Modern.az

“Beş mərtəbəli evin altıncı mərtəbəsi” romanına postmodern münasibət

“Beş mərtəbəli  evin altıncı mərtəbəsi” romanına  postmodern münasibət

24 Sentyabr 2009, 15:06

Sentyabrın 26-da “Akademiya” kitab mərkəzində “Pəncərə” jurnalının baş redaktoru, yazıçı Günel Anarqızının “Altıncı” adlı kitabıbının təqdimatı olacaq.

Qeyd edək ki, tənqidçilər xalq yazıçısı Anarın “Beş mərtəbəli  evin altıncı mərtəbəsi” romanına  postmodern münasibətlə yazılmış “Altıncı” romanı Azərbaycan ədəbiyyatında müasir romançılığın  əsasını qoyan nümunələrindən biri kimi dəyərləndirirlər. Romanda  “Beş mərtəbəli evin altıncı mərtəbəsi”nin qəhrəmanı Təhminənin ölümündən  40 il sonra yazılmış gündəlikləri tapılır. Bütün hadisələrin inkişafı  roman daxilində bir sıra stilistik oyunlarla bərabər Təhminə və Zaur münasibətlərinə dekanstruktiv münasibətlə özünü göstəririr. Anarın yaratdığı azad qadın obrazının davamı Günel Anarqızının “Altıncı” romanında inkişaf etdirilir. Burada Təhminənin iç dünyası bütün incəlikləri ilə təsvir olunub.      

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub