Modern.az

İranda “Boeing 737” təcili eniş edib

İranda “Boeing 737” təcili eniş edib

Dünya

16 Sentyabr 2026, 00:15

İranda təyyarə mühərrik nasazlığı səbəbindən qəza enişi edib. 

Modern.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, “Sepehran” aviaşirkətinə məxsus, Məşhəddən Kermanşaha uçan təyyarə təkərinin partlaması və pilotun mühərrikdə nasazlıq barədə məlumat verməsindən sonra havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmağa məcbur olub.

Salonda güclü silkələnmə başlayıb, baqaj rəflərindən əşyalar sərnişinlərin üzərinə düşüb. Heyət təyyarəni geriyə döndərib və Məşhəddə qəza enişi edib.

Məlumata görə, xəsarət alan yoxdur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu