Modern.az

Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə görüşüb

Hikmət Hacıyev BƏƏ Prezidentinin müşaviri ilə görüşüb

Ölkə

Bu gün, 00:39

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaşla görüşüb.

Modern.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” hesabında məlumat yayıb.

Görüş Əbu-Dabidə baş tutub. Tərəflər Azərbaycanla BƏƏ arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın BƏƏ-dəki səfiri Elçin Bağırov da iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?