Modern.az

Zelenski: Rusiya təyyarəmin olduğu vaxt Moldovaya iki dəfə dron hücumu təşkil edib

Zelenski: Rusiya təyyarəmin olduğu vaxt Moldovaya iki dəfə dron hücumu təşkil edib

Dünya

Bu gün, 23:28

Ukrayna Prezidenti Volodimir Zelenski son vaxtlar Rusiya PUA-larının iki dəfə Moldovanın hava məkanına daxil olduğunu bəyan edib. 

Modern.az xəbər verir ki,Ukrayna lideri bu barədə “CBS News” telekanalına müsahibəsində məlumat verib. O, bu insidentlərin məhz ona məxsus təyyarənin həmin ölkədə yerləşdiyi vaxta təsadüf etdiyini bildirib.

“Təyyarəm Moldovada idi və onlar məhz bu səbəbdən Moldovaya hücum etdilər. Bəlkə də məqsəd şəxsən mənə hücum etmək deyildi... Biz bu barədə mediaya açıqlama verməmişdik, lakin Kişinyov üzərindən evə qayıdanda onlar eyni addımı bir daha təkrarladılar”, – deyə Zelenski vurğulayıb.

Ölkə rəhbəri bu barədə Avropa diplomatları və rəsmilərinin Ukraynadan Polşaya getdiyi xüsusi qatarın yaxınlığına Rusiya dronunun zərbə endirməsi olayını şərh edərkən danışıb. Zelenskinin sözlərinə görə, Rusiya tərəfi qatarda "avropalıların, amerikalıların və böyük nümayəndə heyətlərinin" olduğunu əvvəlcədən bilib.

“Buna baxmayaraq, hücum həyata keçirildi. Onlar tez-tez Moldovada, Rumıniyada, bəzən də Polşada bənzər addımlar atırlar. Bu, bir prosesdir. Rusiya öz gücünü nümayiş etdirir və başa düşürsünüz ki, bu güc nümayişinə qarşı heç kim adekvat cavab vermir”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?