15 Dekabr 2018, 13:12 | Ana Səhifə - Yazılar - Tolstoy olan yerdə Dostoyevski kim idi…
Tolstoy olan yerdə Dostoyevski kim idi…

Firuz Mustafa


Tarixən Şərqdə yazı-pozu adamlarına qonorar yox, ənam verirdilər.

İlk rəsmi qonorarı Avropa yazıçıları almağa başlayıb.

Rus ədəbiyyatında ilk sistemli qonorar alan Aleksandr Puşkin olub.

Şeir kitabları elə o vaxt da gəlirli deyildi. Daha çox nəsr əsərləri qazanc gətirirdi. 
Bəs görəsən, rus yazıçıları nə qədər qonorar alırdı?

Məsələn, Mixail Zaqoskin 1831-ci ildə nəşr edilən “Roslavlev” kitabına görə 40.000 rubl, A.S. Puşkin 1833-cü ildə nəşr edilən “Yevgeni Onegin”ə görə 12.000 rubl, M.Lermontov “Zəmanəmizin qəhrəmanı” romanına görə (1841-ci ildə) 1.500 rubl, İ.Qonçarov “Oblamov” romanına görə (1859-cu ildə) 10.000 rubl, İ.Turgenev “Zadəgan yuvası” romanına görə (1859-cu ildə) 4.000 rubl, F. Dostoyevski “İdiot” romanına görə (1868-cu ildə) 7.000 rubl, L.Tolstoy “Anna Karenina” romanına görə (1877-ci ildə) 20.000 rubl qonorar almışdı.

O dövrkü pulun dəyərini öyrənmək istəyənlərin nəzərinə belə bir “aydınlaşdırıcı məsəl” çəkmək istəyirəm. Məsələn, 12.000 rubla Moskvada ev almaq olurdu. 2.000 rubla dördnəfərlik kareta, 30 rubla 30 şüşə amerikan romu, 400 rubla 400 kisə kartof, 600 rubla dörd yüz dənə yekə qarpız, 2 rubla 500 yumurta almaq olurdu.

Dediyim kimi, Rusiyada təxminən iki yüz il bundan əvvəl formalaşmağa başlayan qonorar sistemi, yaradıcı adamların həyatının stimullaşmasında mühüm rol oynadı. Xüsusən adlı-sanlı nasirlər aldıqları qonorarın hesabına normal yaşayırdılar. Sonralar bu cəhətdən dramaturqlar nasirləri üstələməyə başladılar. O vaxt mənim bu vaxtkı qədər əsərim tamaşaya qoyulsaydı, gör bir nə qədər qonorar alardım.

***

Qraf Lev Tolstoy gəncliyində pulu sağa-sola xərcləyən əhlikef bir adam olub. O, orta yaşlarında pulu sevməyə başladı. Qoca Tolstoyun isə nəinki pula, hətta bu dünyada baş verən bir çox məsələlərə heç bir marağı qalmamışdı. Bunu bir çoxları bilmir, ömrünün lap son günündə evdən çıxıb getməyinə də səbəb onun öz arvadı Sofya Bers arasında pul və sərvətlə bağlı yaranan mübahisə olmuşdu. Dediyim kimi, artıq bu vaxtlar Tolstoy üçün pul elə bir mahiyyət kəsb etmirdi. Hələ bu azmış kimi, qoca Lev Nikolayeviç öz ailə büdcəsini də “talayır”, yəni xeyriyyəçilik edirdi. O vaxtlar Rusiyada haqları pozulan dini azlıqların- duxoborların Rusiyadan sağ-salamat çıxıb getməsinə də Tolstoy yardım etmişdi. Yazıçı “Hərb və sülh” romanını nəzərdə tutduğu vaxtdan xeyli əvvəl bitirib nəşriyyata vermiş, aldığı yüksək qonorarın hamısını Rusiyadan Kanadaya köçən dini təriqətin üzvlərinə, yəni duxoborlara xərcləmişdi.

Dahi Lev Tolstoy sağlığında Rusiyanın ən çox qonorar alan yazıçılarından biri, lap elə birincisi idi. 
Dostoyevski hər çap vərəq üçün yüz rubl alırdısa, Tolstoy beşyüz rubl alırdı. 

Qonorar bir yana. Tolstoy olan yerdə Dostoyevskiyə, rus demiş, delat neçeqo...

MÜƏLLİFİN DİGƏR YAZILARI
DSX-nin həbs edilən vəzifəli şəxsləri azadlığa BURAXILDI 10 May 2021, 10:45 İlham Əliyev Naxçıvanda səfərdədir 10 May 2021, 10:39 Azad olunan ərazilərdə “Xarı bülbül” maketləri ərsəyə gətirildi - FOTOLAR 10 May 2021, 10:33 Siyəzəndə narkotik becərən şəxs saxlanıldı 10 May 2021, 10:26 Sabiq deputat: “Parlamentdə işləmək mənim üçün çox çətin idi” - MÜSAHİBƏ 10 May 2021, 10:20 Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdilər 10 May 2021, 10:13 Ötən həftə Qarabağda 93 hektar ərazi minalardan təmizlənib 10 May 2021, 10:06 Bakıda 200 ədəd yeni ağac əkildi - FOTOLAR 10 May 2021, 10:00 Azərbaycanlı jurnalist Fransa portalında minalanmış ərazilərdən yazdı 10 May 2021, 09:53 Böyük şəxsiyyətlər və xilaskarlar unudulmur - VİDEO 10 May 2021, 09:46 Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur 10 May 2021, 09:39 Ermənistan parlamenti yenidən toplaşır - Paşinyanın taleyi həll olunacaq 10 May 2021, 09:32 Qocalmanın qarşısını alan 6 MÖCÜZƏ 10 May 2021, 09:24 Bu tarixdən havanın temperaturu gündən-günə yüksələcək - RƏSMİ 10 May 2021, 09:17 DTX-dan Heydər Əliyevin ildönümü ilə bağlı PAYLAŞIM 10 May 2021, 09:10 Xəzər rayonunda 28 yaşlı gənc bıçaqlandı 10 May 2021, 09:04 Bakıda yaşayış binasında  yanğın - xəsarət alanlar var 10 May 2021, 08:58 Güclü külək Bakı-Qazax yolunun bağlanmasına səbəb oldu 10 May 2021, 08:52 Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərə vaksin vurulacaq 10 May 2021, 08:44 Bakıda “Mercedes” YANDI 10 May 2021, 08:37 Lavrov bu gün Azərbaycana gəlir 10 May 2021, 01:19 "Sevilya"nın oyunçusu "Real"ı uduzmaqdan xilas etdi 10 May 2021, 01:11 "Yuventus" evdə darmadağın oldu 10 May 2021, 01:00 Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək 10 May 2021, 00:55 Polislər ağac əkdilər - FOTO 10 May 2021, 00:46 Nigeriyada gəmi çevrildi - onlarla insan öldü 10 May 2021, 00:31 Bakıda maşın 4 piyadanı vurdu - ölən və yaralananlar var 10 May 2021, 00:23 500 min yəhudinin qatili erməni Salasyan 10 May 2021, 00:12 Heydər Əliyevin anadan olmasından 98 il ötür 10 May 2021, 00:01 Ağcabədidə yol qəzası 9 May 2021, 23:48 Türklərlə düşmənçilik təkcə Ermənistan üçün deyil, bütün bölgə üçün fəlakətdir - Paşinyan   9 May 2021, 23:33 Türkiyədə yoluxanların sayı 15 minə düşdü 9 May 2021, 23:16 Əməkdar artist yenidən xəstəxanaya yerləşdirildi 9 May 2021, 23:03 Məşhur Məmmədov abidə kompleksinin açılışında iştirak edib - FOTO 9 May 2021, 22:52 Bölgələrə dolu yağdı - FAKTİKİ HAVA 9 May 2021, 22:45