Modern.az

Şoyqu: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək

Şoyqu: Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyəcək

Aktual

Bu gün, 15:15

Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiyası prosesini maliyyələşdirmək niyyətində deyil.

Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu qurumun Elmi-Ekspert Şurasının Rəyasət Heyətinin iclasında bildirib.

“Vurğulamaq istəyirəm ki, Rusiya Ermənistanın Avropaya inteqrasiyasını maliyyələşdirməyə hazır deyil və bunu etməyəcək. Bu istiqamətdə atılan hər bir addımın obyektiv nəticələri var”, – Şoyqu deyib.

Rusiya Təhlükəsizlik Şurasının katibi əlavə edib ki, Moskvanın mövqeyinə görə, İrəvan gələcək inteqrasiya kursu ilə bağlı seçim etməlidir.

Şoyqu bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük və ya Avrasiya İqtisadi İttifaqında qalmaq məsələsi ilə bağlı mövqeyini müəyyənləşdirməsinin vacibliyini daha əvvəl ifadə edib.

Qeyd edək ki, Putin sentyabrın 1-də Ermənistanın Avropa İttifaqına inteqrasiya istəyini ölkənin suveren hüququ adlandırsa da, Aİ və Avrasiya İqtisadi İttifaqında eyni vaxtda üzvlüyün mümkün olmadığını bildirib.

Sizə yeni x var
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada