Modern.az

13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq

13 yaşadək uşaqlara sosial şəbəkə qadağan olunacaq

Aktual

17 Sentyabr 2026, 15:02

Avropa Komissiyası 13 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən, 13–15 yaş aralığında olan yeniyetmələrin isə sosial platformalara çıxışını məhdudlaşdıran qanun layihəsi təklif edib.

Modern.az xəbər verir ki, təklif Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən irəli sürülüb.

Təşəbbüsə əsasən, 13 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə icazə verilməməsi, 13–15 yaşlı yeniyetmələr üçün isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Bundan əlavə, 18 yaşdan aşağı şəxslərə xidmət göstərən sosial şəbəkələr, video platformaları, onlayn oyunlar və süni intellekt əsaslı çat-botlar üçün yeni öhdəliklərin müəyyənləşdirilməsi təklif olunur.

Avropa Komissiyasının təşəbbüsünün məqsədi uşaqların onlayn mühitdə təhlükəsizliyinin artırılması və onların yaşlarına uyğun olmayan məzmundan qorunmasıdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir