Modern.az

Samuxda növbəti qanvermə aksiyası - GÖRÜNTÜ

Samuxda növbəti qanvermə aksiyası - GÖRÜNTÜ

Aktual

17 Sentyabr 2026, 14:56

Samux Rayon İcra Hakimiyyətinin, Samux Rayon Mərkəzi Xəstəxanasının və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə aksiyasında tədarük olunan qan ehtiyatından hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunması nəzərdə tutulub.

Modern.az xəbər verir ki, aksiyada Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Donorların sağlamlıq vəziyyəti Mərkəzi Qan Bankının xüsusi tibbi briqadası tərəfindən yoxlanıldıqdan sonra qan götürülüb. Aksiyada 120-dən artıq könüllü şəxs iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir