25 Yanvar 2019, 14:07 | Ana Səhifə - Yazılar - Jurnalist, yoxsa…
Jurnalist, yoxsa…

Hidayət Elvüsal


“Müxbir” adlanan bir vəzifə var. Adətən bu yazı-pozu işlərində çalışanlara deyilir.


Xüsusi xidmət servislərinin də müxbirləri ola bilər. Onlar bir növ kəşfiyyatçı, agent fəaliyyəti ilə məşğuldurlar. Məsələn, Daxili İşlər Nazirliklərinin müxbirləri olub, yəqin ki, indi də var. Bu müxbirlər hansısa hadisə, adam, iş və s. barədə məlumat verirlər. Və bu müxbirlər nə çekist, nə polis, nə də başqa bir adla fəaliyyət göstərirlər. Onlar sadəcə olaraq xəbərçilərdir.

Jurnalistika da belədir. Hər kəs müxbir ola bilər, amma bu o demək deyil ki, jurnalistdir. Məsələn, bir nazirliyin mətbuat xidmətinin rəhbəri, ixtisasca baytar, hüquqşünas, coğrafiyaşünas… olur. Amma ona jurnalist demək olmaz.

Qısası - şou-biznesdə çalıb-oxuyanların şalvarından, ayaqqabısından, sırğasından, donundan, ağzından, burnundan yazanlar müxbirlərdir. Kimisi aqronom, kimisi artist, kimisi tarçalan, pianoçu… olur. Amma bu, onların jurnalist olmasına əsas vermir. Yəni hər yazan, hər danışan jurnalist deyil. Bu adı, bu peşəni hər yetənə peşkəş etməyin.

Və bir az da o “jurnalist” deyilən müxbirlərdən…

Ona həsəd aparanlar var. Çünki ekranlarda görünür, məclislərə, toplantılara dəvət alır, mükafatları, fəxri adı. Daha nəyi çatışmır ki? Jurnalist üçün hər nə icad olunubsa, hamısı onun adında və ləqəbində məskən salıb.

Düzdür, ixtisasca jurnalist deyil. O da artistliyi oxuyub. Amma nə fərqi var? Jurnalistə “xalq artisti”, artistə “əməkdar jurnalist” adı verilirsə, belə şeylərin əhəmiyyəti yoxdur. İllah da “şou-biznes” bataqlığında güllər dərə bilən, maşın alan, villa sahibi olan, pula pul deməyən… əslində “yazanşa”, amma “jurnalist” deyilənlər bu gün dəbdədir.

Və bu yazanşalar sənə gülür, kolleqa. Sən sənayedən, kənd təsərrüfatından, siyasətdən, tarixdən, gündəlik baş verən hadisələrdən… yazanda gülür sənə. Elə onlara heyran olanlar da deyirlər ki, bax, jurnalist belə olar eee…

Yazanşalar dəbdədir, kolleqa. Nə yazırlar? Yazırlar ki, Namiq Qaraçuxurlu canını güc-bəla ilə Aygün Kazımovadan qurtarıb. Hə! Belə yazırlar. Sonra da yazırlar ki, Səidə Sultanın o günkü rəqsi mediada bomba kimi partlayıb. Daha bir bombanı Elza Seyidcahan partladıb:

Dum-dumlar, gum-gumlar,

zum-zumlar

partladılar uçdular

yox oldular

gup-guplar.

İndi isə deyirlər

zıp-zıplar

mat qalmışam mat

yamanca zat qalmışam zat.


Və bu bombanın təsirindən yazanşalar da bəhrələnib. Ağlayanı kim, ağnayanı kim, zarıyanı kim. Yazdıqca yazdılar. Sonra keçdilər əsas məsələyə.

- Elza Seyidcahanın taykeş ayaqqabı geyinməsinin dərin mənası var. O ayaqları ilə demək istəyir ki, gəlin bir olaq, bir rəngdə olaq.

Yazanşalardan biri o gün xəbər yaydı:

- Filan müğənni xanımla, bəhmən müğənni xanım əslində bir kişinin üstündə düşmən olublar. Yəni varlı-hallı, imkanlı bir daydayın.

Başqa biriləri:

- Niyam deyib ki, Zəki Mure, Hülya Afşar, hətta o Yılmaz Morgül əsgəri xidmətdə olub.

- Filan müğənni xanım əslində iki kişi ilə gəzir.

- Filankəs ərdə-zadda deyil. O uşağı da bir restoran müdirindən qazanıb.

- Aşıq Telli hamının ajığına deyib ki, bu millətin dilini ləhcələşdirməmiş sazı yerə qoymaram.

- Əyyub Yaqubovun ayaqqabısının sol tayında palçıq vardı. Yəqin fürsət tapanda bənna işləyir.

- Faiq Ağayev ona görə evlənmir ki, şou-biznes balaca-balaca xalq artistləri ilə dolar.

Və sairə və ilaxır, kolleqa!

Bax, bunlara jurnalist deyirlər. Bir dəfə soruşmurlar ki, hansınızın musiqidən anlayışı var? Niyə bir qayda olaraq OXUNANI yox, OXUYANI vəsf edirsiniz? Musiqi janrlarından başınız çıxırmı? Hansı bəstəkarları tanıyırsınız? Hansı muğamdan xəbəriniz var?

Oxuyanların şalvarından, maykasından, kalqotqasından, corabından, gecəköynəyindən… yazırsınız, bəs oxuduğu mahnıdan niyə yaza bilmirsiniz?

Çünki siz jurnalist deyilsiniz, yazanşasınız. Hə, adınız olacaq, mükafatlarınız da. TV-lərdə düzülüb, şou-biznes camaatının əməlindən, geyimindən, işdəklərindən, maşınından, məşuqundan… bəhs edəcəksiniz. Və… sizə jurnalist deyəcəklər.

Amma çoxları bilməyəcək və bilmir ki, siz jurnalist deyilsiniz, sadəcə yazansansınız.

Elza xanım sizə həsr eləyib bu şeiri:

- Dum-dumlar, gum-gumlar, zum-zumlar, zıp-zıplar…

MÜƏLLİFİN DİGƏR YAZILARI
Əli Əsədov Rusiya baş nazirinə başsağlığı verib 12 May 2021, 12:06 Bu il 44,3 min şəxsə sosial ödənişlər təyin olunub 12 May 2021, 12:03 Sabahın hava PROQNOZU 12 May 2021, 11:47 Avropadakı soydaşlarımız Heydər Əliyevə videoçarx həsr ediblər 12 May 2021, 11:43 Prezident “Xarıbülbül” festivalına gedir - Mehriban Əliyeva Şuşa səfərindən paylaşım etdi - VİDEO 12 May 2021, 11:23 İsrail, yoxsa Fələstin: hansı mövqedə olmalıyıq?.. 12 May 2021, 11:12 Rusiyadan “Laçın dəhlizi” ilə bağlı AÇIQLAMA 12 May 2021, 11:00 İcra başçısı Şəhid ailələri və ağsaqqaları dinlədi 12 May 2021, 10:33 Şuşada Ramazan bayramının namazı canlı YAYIMLANACAQ 12 May 2021, 10:31 Mağazadan qızıl oğurlayan əmioğlular saxlanılıb 12 May 2021, 10:28 Dünyanın ən yaşlı aktyoru vəfat edib 12 May 2021, 10:22 Heydər Əliyev prospektində yol qəzası... 12 May 2021, 09:49 Azad olunmuş ərazilərə keçmək istəyən 9 nəfər saxlanıldı 12 May 2021, 09:47 Bu gün Şuşada “Xarı bülbül” festivalı BAŞLAYIR 12 May 2021, 09:28 Tanınmış ictimai xadimlər və jurnalistlər Şuşaya GETDİLƏR 12 May 2021, 09:21 Amerikalı hüquqşünas hay kilsəsinin həyasızlığı barədə… 12 May 2021, 08:58 Arif Quliyevin o dünyadakı QONŞULARI: “Qurd qapısı”nda torpağa qarışan MƏŞHURLAR... 12 May 2021, 08:33 Qazax Müəllimlər Seminariyası bərpa edilib 12 May 2021, 08:30 Kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyan Əməkdar artist - Azər Mirzəyevin SON GÜNÜ 12 May 2021, 08:26 İsrail “Həmas” hərbi kəşfiyyatının rəhbərlərini məhv edib 12 May 2021, 08:18 Tatarıstanda matəm elan edildi 12 May 2021, 08:03 İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı 12 May 2021, 07:54 Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat edib 12 May 2021, 04:30 BMT Təhlükəsizlik Şurası təcili TOPLAŞIR 12 May 2021, 02:41 Bakıda piyadanı maşın vurub öldürdü 12 May 2021, 02:32 "Onlar bunu öz həyatları ilə ödəyəcəklər" - Netanyahudan hədə 12 May 2021, 02:25 "Barselona" səfərdə vacib xal itirdi 12 May 2021, 02:08 “Formula 1”in Türkiyə mərhələsi ləğv olundu 12 May 2021, 01:00 İsrailin Qəzzaya hava zərbələri nəticəsində 10 uşaq öldü 12 May 2021, 00:53 Tel-Əvivdəki hava limanı raket zərbələrinə görə uçuşları dayandırır 12 May 2021, 00:44 Türkiyədə bu tarixdən mərhələli yumşalma planlaşdırılır 12 May 2021, 00:35 Bakıda I qrup əlil bıçaqlandı 12 May 2021, 00:19 Çempionlar Liqasının finalı İstanbuldan Portuya veriləcək? 12 May 2021, 00:05 “Beşiktaş”la “Fənərbaxça” büdrədi - “Qalatasaray”  sevindi 11 May 2021, 23:51 Azərbaycanlı güləşçi Tokio-2020-də Ukraynanı təmsil edəcək 11 May 2021, 23:36