Modern.az

Heydər Əliyev medalyonları hazırlanıb

Heydər Əliyev medalyonları hazırlanıb

25 Sentyabr 2009, 23:00

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə həsr edilmiş medalyonların təqdimat mərasimi olub. Təqdimat mərasimində gənclər və idman naziri Azad Rəhimov iştirak edib. Medalyonlar Almaniyanın məşhur “Mayer Mint” şirkəti tərəfindən hazırlanıb.
“Mayer Mint” şirkətinin rəhbəri Bernard H. Mayer deyib ki, xatirə medalyonlarının istehsalı qərarlaşdırılarkən Heydər Əliyev Fondundan rəsmi icazə alıb. 
1871-ci ildə Almaniyada Bernard Henrix Mayer tərəfindən əsası qoyulan “Mayer Mint” şirkətinin kolleksiyaları arasında Mahatma Qandi, Tereza ana, ABŞ-nın keçmiş prezidenti Con Kennedi, şahzadə Diana, Martin Lüter kimi tanınmış şəxsiyyətlərin qızıldan və digər qiymətli metallardan hazırlanmış medalyonları da var. Bu cür medalyonlar müvafiq dövlət orqanlarının xüsusi icazəsi ilə buraxılır. Şirkətin hazırladığı xatirə medalyonları dünyanın 160-dan artıq ölkəsinə yayılıb. Heydər Əliyevin xatirəsinə istehsal edilmiş medalyonlar da həmin medalyonlar sırasına daxil olacaq və dünyanın 200-dən çox ölkəsində kolleksiya həvəskarlarına təqdim ediləcək.
Almaniyalı qonaq bu təşəbbüsü dəstəklədiyi üçün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır