3 Fevral 2019, 21:35 | Ana Səhifə - Yazılar - Sizə “əhsən!” düşür, SOCAR!
Sizə “əhsən!” düşür, SOCAR!

Mülatif Adurov,
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, 
veteran telejurnalist


Bir vaxtlar “Palmali” Şirkətlər Qrupunun nəcib bir təşəbbüsü – tərsanələrdə yeni inşa edilmiş gəmilərə, xüsusən iritutumlu tankerlərə Azərbaycanın məşhur şəxsiyyətlərinin, Azərbaycan güşələri ilə  bağlı adların verilməsini hər bir azərbaycanlı dərin iftixar hissi ilə qarşılayır, Şirkətlər Qrupunun bütün heyətinə, onun prezidenti Mübariz Mənsimova hədsiz minnətdarlıq edirdi. Necə də sevinməyəsən! Görün hansı gəmilərin adları kimlərin adına idi – dahi öndər Heydər Əliyevin, yazıçı Mircəlal Paşayevin, sərkərdə Həzi Aslanovun, Xankəndinin... Siyahı çox uzun olduğu üçün mətləbi uzatmaq istəmirəm. Nəhayət, 2015-ci  ildə “Poet Qabil” adlı tanker tərsanələrdən birində təntənəli mərasimlə suya salındı. O gündən dünyanın müxtəlif okeanlarında “Poet Qabil” gəmisi də üzməyə, bununla da sevimli şairimizin adını yaymağa və yaşatmağa başladı. Təkrar edirəm ki, qürur və fəxr duyardıq bununla! “Palmali”yə dönə-dönə təşəkkür edirdik.

Onu da deyim ki, Azərbaycanlı məşhurların və ölkəmizin güşələrinin adlarının gəmilərə verilməsi mərasimlərinnin əksəriyyətində bu sətirlərin müəllifi də iştirak etməkdən məmnun qalmışdır. Şair Qabilin adının  yaşadılması isə mənə dah böyük sevinc bəxş etmişdir.

Hər bir azərbycanlı yazıçı və şairin adı məşhur şəxsiyyət kimi çox sevilir. Çox sevinənlər arasında isə çox oxunan yazıçı və şairlər də olur. Qabil İmamverdiyev belələrindən idi, onun özü və yaradıcılığı ümumxalq liderimiz Heydər Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir, həm də dönə-dönə, qəlbən, dillər əzbəri olan misralarının səsləndirilməsi ilə!

Heyif  ki ,SOCAR yıxdı-sürüdü bu dəyərləri. Onun Qabilə münasibətini başqa cür qiymətləndirə bilmirəm. “Palmali” Şirkətlər Qrupunun beş gəmisinin adı dəyişib. Gəmilər SOCAR-a verilib. Onlar arasında “Poet Qabil” da var. Gəmilərin sahibi dəyişəndən sonra adlarının dəyışilməsi standart prosedurdur. Ancaq bir fakt aydın deyil ki, “Poet Qabil” adının ləğvi hələlikdirmi, həmişəlikdirmi? 
SOCAR isə bundan istifadə edərək gəmiyə “Blue Lake Star” (tərcüməsi “Göy Göl Ulduz”) verilib. SOCAR-ın ictimaiyyətlə əlaqələr qurumunun əməkdaşı İbrahim Əhmədov  bu xəbəri  tələm-tələsik oxuculara çatdırıb.

Ürəkdən fəxr etdiyimiz “Qabil İmamverdiyev” tankerinin “Göy Göl Ulduz” adı ilə adlandırılması hansı məntiqə xidmət edir? Deməli, “Göy Göl Ulduz” dünya okeanlarında üzəndə elə biləcəklər ki bu “Poet Qabil” gəmisidir? “Əhsən” belə dəyərə, əhsən SOCAR-a! Bu bizim xaricdəki yaxınlarımızın diqqəti, hörməti, bu da özümüzün (bu sözü deməyə adamın dili gəlmir) SOCAR-ı!!!

SOCAR-dan :“Gəmiyə füsunkar ad vermişik”. Əla! Sağ olun! Göy Göl də bizimdir, fəxrimizdir. Bəs Qabil nə oldu? Şairə sədaqətiniz, hörmətiniz bu qədərmiş?!

İnanmıram ki, SOCAR rəhbərliyinin bundan xəbəri var ...

Görək SOCAR-ın bu qayğıkeşliyinə onun fəaliyyətinə nəzarət edənlər hansı qiyməti verəcəklər? Gözləyək...

MÜƏLLİFİN DİGƏR YAZILARI
İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20 "YAŞAT"a daxil olan vəsait MƏBLƏĞİ 3 Dekabr 2021, 17:15 Qarabağa gedən yollarda niyə postlar qurulub? - DİN AÇIQLADI 3 Dekabr 2021, 17:10 ADU-də “Bir günlük xəlifə”lər seçilib 3 Dekabr 2021, 17:06
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?