11 Fevral 2019, 16:45 | Ana Səhifə - Yazılar - Emosional aksiyalar istəyi və reallıq
Emosional aksiyalar istəyi və reallıq

Elman Babayev

Əli Kərimli daha böyük rəqəmlərə iddia edərək, insanları 50-60 minlik mitinqlərə çağırır. Belə ki, emosional, coşğulu mitinqlər istəyir. 

 

Ortada o qədər gülünc və təhrikedici bir vəd var ki... yəni, ey,  bu sayda etirazçı,  küçələrə çox halda çıx ki, bütün tələblərin öz həllini tapa bilsin!

 

Kim deyir ki, 50-60 min insanı aksiyaya çağırmaq olmaz?! Amma gərək üslub təhrikedici, aldatma, qızışdırma üslubu şəklində olmasın. 

İkincisi, gərək həqiqətən kütləvi aksiya çağırışı edəni bu qədər müdafiəyə qalxan, inanan, onun arzularına cavab verən vətəndaş olsun, təbii şəkildə.Varmı? Əlbəttə ki, yox.

Vaxt var idi, kütləvi aksiyalar xaricdən ötürülən vəsaitlərlə muzdlu vətəndaş hesabına formalaşdırılırdı. Həmin pul mənbələrinin yolu ölkəyə bağlandıqdan sonra müxalifətin emosional aksiyaları bir daha təkrarlanmadı.   

 

Siyasi prosesləri dəqiq qiymətləndirəndə,  hakimiyyət sükanına iddialıların düşdüyü durum diqqətdən kənarda qala bilməz. Zorla bir dirəniş yaratmaq, narazılar qrupu axtarıb tapmaq, mitinqlər üçün iştirakçı ovlamaq üçün çarpışma gedir.      

Hər dəfə iddia olunan rəqəmə yetişməyəndə, bunu sünü yollarla şişirtmək, yalan göstəricidən ilhamla təkrar irəli atılmaq, insanları “biz güclüyük” saxtakarlığına inandırıb ətrafına çəkmək fəaliyyəti başlayır.

 

Əgər bir tərəfdə sosial bazası kasad, ayrı-ayrı sosial narazıları hərəkətə gətirmək üçün min cür vasitəyə əl atan müxalifət varsa, digər tərəfdə ölkədəki vəziyyətə tam nəzarət edən, xalqın rifahının yaxşılaşmasına hədəflənən qərarların təşəbbüskarı prezident İlham Əliyev var; o, cəmiyyətin gözləntilərini gerçəkləşdirməklə sosial narazılıqlardan faydalanmaq istəyənlərin arzularını alt-üst etməyi bacarır. 

 

50-60 minlik mitinq üçün əvvvəlcə narazı deyilən hissəyə real iqtisadi proqram təqdim etmək lazımdır. Uğurlu iqtisadi təhlillər apara bilən, hazırlayan insanlarsa artıq müxalifət liderlərinin yanında deyil, müstəqil çalışırlar. Odur ki, müxalifətdə inandırıcı, gerçəkçi sosial-iqtisadi proqramlarla mübarizə aparmaq, mübarizəni, davanı intellektual müstəvidə yürütmək imkanları çox zəifdir, belə olduqda bütün enerji narazı insan tapmaq, onları emosianallığa kökləmək, reallıqdan uzaq vədlər verməklə öz tərəfinə çəkmək xətti ənənəvi olaraq davam etdirilir.

 

Siyasi partiyaların gurultulu sözlərdə, boş vədlərdə yaratdığı hər hansı bir mənzərə var, fəaliyyət var, sadəcə.  Əslində isə onların daxil olduğu siyasi səhnədə dəyişən heç nə yoxdur. Onların siyasət üçün vacib, uğurlu rolları ortaya çıxmır.

 

Müxalifət anlamalıdır ki, hakimiyyətin narazı vətəndaşı razı salmaq imkanları onun narazılardan qalxan düzəltmək imkanlarından böyükdür. Çünki idarəçilik, islahatlar səlahiyyəti, dövlət büdcəsi, ehtiyat fondları, bir sözlə, hər məsələyə  həll modeli tapmaq gücü ondadır.

Müxalifət olanlarınsa, vətəndaşa verəcəyi ancaq quru söz,  gəlişigözəl vədlər ola bilər.         

İlham Əliyev hər ilin əvvəlində olduğu kimi əhalinin sosial rifahının güclənməsi ilə bağlı verdiyi qərarlarla, müəyyən problemlərin üstünə birbaşa özünün getməsi ilə indiyə kimi qurduğu səhv siyasi mübarizənin qurbanına çevrilmiş müxalifətin əlini ancaq boşda qoya bilər.  Ona nəinki 50-60 minlik bir aksiya 5 minlik bir mitinq şansının yaranması çətindir.  

Özünə siyasi qüvvə deyənin 50 minlik aksiyanın qüruru ilə sosial şəbəkələrdə müzakirə açmağa haqqı çatar! 3-5 minlik mitinqlə gündəmi bərk-bərk tutub saxlamaq, cəmiyyətin istəmədiyi bir etirazın virtual məkanda müzakirəsini davam etdirməksə çarəsizliyin, acizliyin görüntüsündən başqa bir şey deyil.   

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Bu tərbiyəsiz Volodya hələ də anlamır ki...” - Fazil Mustafa 31 İyul 2021, 22:22 Türkiyədə yanğınla bağlı son vəziyyət 31 İyul 2021, 22:07 Samuxda piyadanı maşın vurdu 31 İyul 2021, 21:53 Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32