Modern.az

İran Türkiyə ilə sərhəd məsələsini müzakirə edəcək

İran Türkiyə ilə sərhəd məsələsini müzakirə edəcək

Dünya

Bu gün, 16:26

İran və Türkiyənin daxili işlər nazirləri Ankarada keçiriləcək görüşdə sərhəddən keçid, təhlükəsizlik, ticarət mübadiləsi və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcəklər.

Modern.az xəbər verir ki, bunu İranın daxili işlər naziri Eskəndər Mömini Türkiyəyə səfəri zamanı bildirib.

Onun sözlərinə görə, iki ölkənin daxili işlər nazirliklərinin birgə iclasları, adətən, ildə bir dəfə keçirilir. Ötən il görüş Tehranda baş tutub, bu il isə nazirliklər arasında əldə olunan razılaşmaya əsasən, görüşə Ankara ev sahibliyi edir.

Danışıqlarda hər iki nazirliyin səlahiyyət dairəsinə daxil olan məsələlər nəzərdən keçiriləcək.

Əsas müzakirə mövzuları arasında sərhəd-keçid məntəqələrinin fəaliyyəti, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, təhlükəsizlik, ticarət əlaqələri və mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq yer alır.

Mömini İran və Türkiyə arasındakı münasibətlərin dərin tarixi köklərə və iki ölkə arasındakı mədəni əlaqələrə əsaslandığını vurğulayıb.

“Türkiyə bizim dost və qardaş ölkəmizdir. Buna görə də bu səfər mühüm əhəmiyyət daşıyır”, - deyə İranın daxili işlər naziri bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda dəhşətli anlar: Sərnişin dolu təyyarə havada parçaland