15 Fevral 2019, 12:16 | Ana Səhifə - Yazılar - İlham Əliyevin son 20 gündə imzaladığı 9 vacib sənəd
İlham Əliyevin son 20 gündə imzaladığı 9 vacib sənəd

Elman Babayev

Cari ilin son 20 günü ərzində prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı 9 sənəd imzalayıb. Əsasən, aztəminatlı təbəqənin sosial rifahının gücləndirilməsinə yönələn bu qərarlar, Azərbaycanda son dövrlər iqtisadi, sosial və kənd təsərrüfatı sahələrində aparılan islahatların məntiqi nəticəsidir. Belə ki, prezidentin vurğuladığı kimi bu islahatlar nəticəsində əldə olunan əlavə maliyyə resursları əhalinin sosial müdafiəsinə istiqamətləndirilməkdədir. “Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə-ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik”, - deyə İlham Əliyev bildirib.

Gəlin son həftələr ərzində həyata vəsiqə qazanan sosialyönümlü addımlara ayrı-ayrılıqda diqqət edək.

Bunlardan biri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamdır. Sənədə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə 35 milyon manat əlavə vəsait ayrılıb. Qeyd edək ki, 1997-2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6654 mənzil təqdim edib. Qarabağ müharibəsi əlillərinə təqdim olunan avtomobillərin sayı isə 6144-ə çatıb.

Dövlət başçısının imzaladığı digər sənəd şəhid vərsələrinə birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə sayca ikinci fərmandır. Vurğulamaq yerinə düşər ki, bununla bağlı ilk Fərman 2018-ci ildə keçirilmiş növbədənkənar prezident seçkilərdən sonra imzalanıb və İlham Əliyevin növbəti prezidentlik dönəmində imzaladığı ilk sənəd kimi tarixə düşüb.
Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən, sonuncu Fərmanla birdəfəlik ödəmələrin (11 min manat) verilməsi 2725 nəfər çox olmaqla artıq 12268 şəhidin vərəsələrini əhatə edəcək. Bu məqsəd üçün ümumilikdə 135 milyon manat vəsait sərf olunacaq.

İlham Əliyevin imzaladığı növbəti fərman şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında olub. Fərmanla şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 58 manat artırılaraq 2019-cu il fevralın 1-dən 300 manat müəyyən edilib. Artım 12 mindən çox şəhid ailəsini əhatə edəcək.

Ardıcıllıqla baxsaq, prezidentin imzladığı digər sərəncam əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında olub. Sənədlə 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılması təmin edilib. Eyni zamanda, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçirilib.

İlham Əliyevin son günlər imzaladığı sənədlər içərisində minimum aylıq əməkhaqqının artırılmasını nəzərdə tutan sərəncam da yer alıb. Mühüm sosial əhəmiyyət daşıyan sərəncamla bu il martın 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılaçaq. Bu, 600 mindən çox işçinin əmək haqlarının artmasına gətirib çıxaracaq.

Bununla yanaşı, prezidentin imzası ilə əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanunvericilik layihəsi də hazırlanaraq Milli Məclisə təqdim edilib. 
Laiyihə qəbul ediləcəyi təqdirdə əmək pensiyasının minimum məbləği cari il martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılacaq. Artımıların 233 min pensiyaçını əhatə edəcəyi gözlənilir.

Prezidentin imzaladığı başqa bir sərəncam doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqındadır. 
Sənədə uyğun olaraq, bu kateqoriyadan olan tələbələrə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə təqaüdlərin yeni məbləgləri müəyyən olunub.

Digər sərəncamla ali təhsil müəssisələrində təqaüd sistemi təkmilləşdirilib. Belə ki, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacaq və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbətinin hazırkı 31 faizdən 2019/2020-ci tədris ilində 45 faizə, 2020/2021-ci tədris ilindən başlayaraq isə 50 faizdən az olmayan səviyyəyə çatdırılması təmin ediləcək.

İlham Əliyevin bu qəbildən olan növbəti fərmanı Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi barədədir. Belə ki, Azərbaycan Respublikasında təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği cari ilin martın 1-dən 185 manatdan 210 manata çatdırılacaq.

Qeyd olunan bütün bu sənədlər əhalinin xüsusilə aztəminatlı təbəqəsinin pul gəlirlərinin artımına gətirib çıxaracaq. Digər tərəfdən, yoxsulluq probleminin tam həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq və ölkəmizdə yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq.

Umumilikdə, son proseslər qarşıdakı dövrdə də güclü sosial siyasətin İlham Əliyev hakimiyyətinin gündəliyində ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacağını deməyə əsas verir.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Buraxılış imtahanında maksimum bal toplayan yeganə şagird odur - FOTO 6 May 2021, 22:38 Daha bir itkin zabitimizin şəhid xəbəri gəldi - FOTO 6 May 2021, 22:14 Nazir canlı yayımda sualları cavablandıracaq 6 May 2021, 21:43 Avropa İttifaqı çevik hərbi qüvvələr yaradacaq 6 May 2021, 21:35 Erməni nazir: “Mən türk mallarının satışına qadağa söz verməmişəm” 6 May 2021, 21:26 “Neftçi” çempion oldu - FOTO 6 May 2021, 21:19 Rio-de-Janeyro metrosunda atışma - 25 nəfər öldü 6 May 2021, 21:11 Türkiyə konsulluğu 7 ildən sonra fəaliyyətini bərpa etdi   6 May 2021, 21:00 ABŞ Ukraynanın NATO üzvlüyünə dəstək verdi 6 May 2021, 20:47 Cüdoçumuz “Böyük dəbilqə”də bürünc medal qazandı 6 May 2021, 20:38 Nazirlik çirkab suya görə “Azərsu” ASC-ni ittiham etdi 6 May 2021, 20:21 Samir Nuriyev iclas keçirdi - FOTO 6 May 2021, 20:07 Deputatdan evlənmək istəyənlərə şad xəbər - “Toylarla bağlı yeni standartlar yaranacaq” 6 May 2021, 20:00 Dövlət Agentliyi: Qazilərin protezlə təminatı üçün bütün tədbirlər görülür 6 May 2021, 19:52 Mustafa Cengiz namizədliyini geri götürdü 6 May 2021, 19:44 Saç tökülməsini dayandıran effektiv YOLLAR 6 May 2021, 19:37 Bu bankların əmanətçilərindən ərizə qəbulu başa çatdı 6 May 2021, 19:30 Məşhur restoranlar cərimələndi - SİYAHI 6 May 2021, 19:22 Sabirabadda sirkə turşusu içən qadın xəstəxanada ÖLDÜ 6 May 2021, 19:15 Nazir AzTU-ya yeni prorektor təyin etdi - FOTO 6 May 2021, 19:08 Milli Məclisdə görüş - FOTO 6 May 2021, 19:01 Səfir: “Qazaxıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” 6 May 2021, 18:54 ATƏT sədri Azərbaycanın erməni diversantlarını azad etməsini alqışladı 6 May 2021, 18:47 “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq” - Paşinyan 6 May 2021, 18:40 “Twitter”in işində problem yarandı 6 May 2021, 18:27 Xarici diplomların tanınması üçün müraciət metodu sadələşdirildi 6 May 2021, 18:20 Gömrük Komitəsi bayram günləri də işləyəcək 6 May 2021, 18:14 Buraxılış imtahanlarının nəticələri AÇIQLANDI 6 May 2021, 18:07 Qətərin maliyyə naziri həbs olundu 6 May 2021, 18:00 Məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri ilə müzakirə aparıldı 6 May 2021, 17:54 Dolların sabaha olan məzənnəsi 6 May 2021, 17:48 Saakaşvili seçkilərdə iştirak üçün Gürcüstana qayıdacaq 6 May 2021, 17:42 Bakının mərkəzi küçələrinin birində hərəkət məhdudlaşdırılacaq 6 May 2021, 17:36 Baş Prokurorluğun xəbərdarlıq etdiyi icra başçısının 1-ci müavini işdən çıxarıldı 6 May 2021, 17:30 Mədəni müxtəlifliyin rəmzi - Ramazanın birliyi 6 May 2021, 17:24