18 Fevral 2019, 18:16 | Ana Səhifə - Yazılar - İlk verilişin ilk təəssüratı
İlk verilişin ilk təəssüratı

Mülatif Adurov,
Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, 
veteran telejurnalist


Son zamanlar İctimai Televiziya bir sıra yeni verilişlərlə tamaşaçılarının rəğbətini qazanmaqdadır. Görünür, kanalın rəhbərliyi geniş tamaşaçı auditoriyasını əldə saxlamaq üçün yeni-yeni axtarışlar yolundadır. Təzə kadrların gətirilməsi, müasir texniki vasitələrin geniş tətbiqi və s. də bu qəbildəndir.


Vaxtilə AzTV-də xəbər aparıcısı kimi fəaliyyət göstərmiş Vüsala Səidin bu kanala gəlişi də bir yenilik oldu. Onun layihəsi əsasında ekran təcəssümü tapmış “itvtech” verilişi müasir texnologiyaların tətbiqinin reallaşdırılmasında xüsusi rol oynayır.


Onu da qeyd etmək istəyirəm ki, Vüsalə Səid bu kanala gəlməzdən əvvəl Naxçıvanda xəbər aparıcıları yetişdirmək üzrə mütəxəssis kimi dəvət almışdı. Bu fəaliyyəti uğurlu alınsa da, həmyerlimiz daha baxımlı layihələrə imza atmağa cəhd göstərdi.


İctimai Televiziyada isə ötən şənbə günü onun ideyası əsasında “Azərbaycanın dostları” verilişi baş tutdu və mən deyərdim ki, bu, çox uğurlu başlanğıc oldu. Bəzi şirkətlərin reklam kimi öz kanallarına verdikləri ad – “Baxdıqca baxılır” adı elə bil bu verilişə biçilmişdi: həqiqətən veriliş baxdıqca baxılırdı.


Uzun müddətli telejurnalistik fəaliyyətimdə bir ilkin şahidi oldum: bəlkə də səhv edirəm, amma birinci dəfə idi ki, verilişin aparıcısı öz qonağını binanın qapısı önündə qarşılayıb səliqə-sahmanlı foyelərdə gəzdirib  veriliş üçün nəzərdə tutulmuş məkana gətirdi. Müasir dəbdə geyinmiş, aristokrat xanım yeni imicində çox cazibədar görünən Vüsalə xanım bəsit tərtibatlı studiyada bir daha qonaöını salamladı. Qonaq isə kim olsa yaxşıdır? Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu! Çox uğulu seçim idi, sözün əsl mənasında bu veriliş üçün son dərəcə əlverişli, dərrakəli, mütərəqqi düşüncəli  sima idi. Yalşın Topçu Azərbaycana, xalqımıza həddən artıq bağlı bir insandır. Elə buna görə də ...



Onun türkçə səlis danışığına, dünyagörüşünə heyranlıqla qulaq asırdım. Yaddaşına, iki ölkənin dahi şəxsiyyətlərinin – Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin ideyalarını necə dəyərləndirdiyini, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın qardşlığına dair konkret misalların, Bakı haqqında təəssüratını alüdəçiliklə dinləyirdim, bir dövlət iki millətin uğurlarına vurğunluğumu gizlədə bilmirdim. Aparıcının isə bir üstünlüyü də məni valeh etmişdi:müsahibini təmkinlə dinləmək bacarığı. Bu hər aparıcıya nəsib olmur. Axı, aparıcının belə nəcib davranışı müsahibinə sərbəstlik veməklə onun fikirlərini dolğun çatdırmağa şərait yaradır.


Bir sözlə, verilişin qonağı da, aparıcısı da təxminən 40 dəqiqə tamaşaçını bir anlığa belə ekrandan ayırmağa imkan vermədi. Məntiqi suallar, əhatəli cavablar sanki tamaşaçıları tilsimə salmışdı, heç tərcüməyə də ehtiyac yox idi. Amma neyləyəsən ki, bizim ekranlarda əcnəbi dildə veriliş səsləndirilmir, belə bir qərar var. Yəqin ki, bu qayda qardaş dilə tətbiq edilməyəcək, istəyimizlə olacaq. Gözləyək, inşallah!


Verilişin sonunda hörmətli qonağa üzərində “Bir millət iki dövlət” sözləri həkk olunmuş tablo hədiyyə edildi. Yalçın Topçu bundan hədsiz duyğulandı, gözlərini nə tablodan, nə studiyadan çəkə bilmirdi, sanki məkandan ayrılmaq istəmirdi. Azərbaycanın əsil dostu bax beləcə təəssürat yaratdı.


Verilişlərin həmişə uğurlu olsun, Vüsalə! Hər şənbə günü efirdə görüşənədək!


P.S. Ad-soyadlarını titrlərdə oxuyub hafizəmdə saxlaya bilmədiyim yaradıcı heyyətə səmimi təşəkkürümü bildirirəm.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Nazirdən təhsil kreditləri ilə bağlı narazılıqlara CAVAB 2 Dekabr 2021, 14:12 “Bayraktar”lar havaya qaldırıldı - VİDEO 2 Dekabr 2021, 14:06 Elmar Məmmədyarov Rövnəq Abdullayevin yanına gəldi - FOTOLAR 2 Dekabr 2021, 13:50 Prezidentin köməkçisi Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətdən DANIŞDI 2 Dekabr 2021, 13:45 “Dədə Ələsgər irsinə olan möhtərəm ehtiram” 2 Dekabr 2021, 13:40 Hikmət Hacıyevdən jurnalistlərə tövsiyə: “Ermənistan mediasına istinadları minimuma endirək” 2 Dekabr 2021, 13:35 Milli komandamızda yeni baş məşqçi TƏYİNATLARI 2 Dekabr 2021, 13:30 Nazir istilik problemi olan məktəblərin sayını AÇIQLADI 2 Dekabr 2021, 13:26 Dünənki aksiyada saxlanılanların məhkəməsidi 2 Dekabr 2021, 13:22 Növbəti həftələrdə ənənəvi tədris tam bərpa oluna bilər - Nazir 2 Dekabr 2021, 13:18 Prezidentin köməkçisi helikopter qəzasından DANIŞDI 2 Dekabr 2021, 13:14 ATƏT xarici işlər nazirlərinin iclası başladı 2 Dekabr 2021, 13:09 Fuad Muradov Britaniyada səfərdədir 2 Dekabr 2021, 13:04 Bu dövlət qurumlarına yeni səlahiyyət VERİLDİ 2 Dekabr 2021, 13:00 AFFA millinin baş məşqçisi De Byazi barədə QƏRAR VERDİ 2 Dekabr 2021, 12:54 Son 1 həftədə yol qəzalarında 14 nəfər ölüb 2 Dekabr 2021, 12:48 Rusiyada 1221 nəfər virus qurbanı oldu 2 Dekabr 2021, 12:43 Qarabağın azad olunması hər kəsdə özünəinam yaratdı - Nobel mükafatçısı 2 Dekabr 2021, 12:38 “Walt Disney”ə ilk dəfə qadın rəhbərlik edəcək 2 Dekabr 2021, 12:34 Belarus və Rusiya Ukrayna sərhədində təlimlər keçirəcək 2 Dekabr 2021, 12:31 İlham Əliyev ərəb Şeyxini TƏBRİK ETDİ 2 Dekabr 2021, 12:27 Noyabrda 9 nəfər mina qurbanı olub - FAKTLAR 2 Dekabr 2021, 12:25 Sabahın hava proqnozu 2 Dekabr 2021, 12:20 Metroda telefon oğurladı - TUTULDU 2 Dekabr 2021, 12:16 İcra hakimiyyətlərinin ləğvi gündəmdə - Cəmi 14 regional icra başçısı ola bilər - SİYAHI 2 Dekabr 2021, 12:11 İcra başçısı şəhidin evində 2 Dekabr 2021, 12:07 Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri  2 Dekabr 2021, 12:03 Saakaşvilinin məhkəməsi keçirilir 2 Dekabr 2021, 12:00 Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı 2 Dekabr 2021, 11:57 Hikmət Hacıyev: “Azərbaycan bölgənin geosiyasi mənzərəsini dəyişdi” 2 Dekabr 2021, 11:53 ABŞ Dövlət katibi Lavrovla görüşəcək 2 Dekabr 2021, 11:50 2022-ci ilin bayram GÜNLƏRİ açıqlandı 2 Dekabr 2021, 11:45 Üçtərəfli işçi qrup yenidən görüşəcək 2 Dekabr 2021, 11:40 Ermənistandan qənimət götürdüyümüz texnikalar ordumuzun istifadəsinə verilib 2 Dekabr 2021, 11:34 Distant təhsil real təhsili əvəz edə bilmir - Nazirdən etiraf 2 Dekabr 2021, 11:28
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?