Modern.az

Ukrayna öz "Starlink"ini yaradır - Zelenski

Ukrayna öz "Starlink"ini yaradır - Zelenski

Dünya

Bu gün, 02:45

Ukrayna “Starlink”in analoqu olacaq öz peyk sistemini inkişaf etdirir.

Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

"İrəliləyiş var. Biz “Starlink”in bənzəri üzərində işləyirik", - deyə prezident bildirib.

O əlavə edib ki, hazırda Ukraynanın Rusiyaya qarşı zərbələr endirmək üçün “Starlink” peyk rabitəsindən istifadə edə bilməsi ədalətli olardı.

Zelenski Rusiyanın da tezliklə oxşar imkanlar əldə etməyi planlaşdırdığını əlavə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər