Modern.az

Sumqayıtda piyadanı maşın vurub öldürdü

Sumqayıtda piyadanı maşın vurub öldürdü

Hadisə

5 Oktyabr 2026, 04:10

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İrandan müharibə ANONSU: Dəhşətli hücum başlayır?