26 Oktyabr 2021, Çərşənbə axşamı
16 mart 2019, 18:55 | Ana Səhifə - Yazılar - Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyən ƏFV
Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyən ƏFV

Elman Babayev


Azərbaycan Prezidenti İlham Əliyevin başlatdığı yeni islahatlar təkcə sosial-iqtisadi sahəni əhatə etmədi. Bir müddətdir insanların güzəranını daha da yaxşılaşdırmaq üçün həyata keçirilən genişmiqyaslı tədbirlər, çözülən problemlər siyasi islahatlarla tamamlanmaqdadır. Prezidentin Novruz bayramı ərəfəsində imzaladığı sonuncu əfv sərəncamı məhz bu mənada xüsusi əhəmiyyət daşıyır.  


“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamla  keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı,  AXCP sədri Əli Kərimlinin qaynı Eynur Seyidov, Müdafiə Nazirliyinin sabiq mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov,  jurnalist Fikrət Fəraməzoğlu,  “Nida” Vətəndaş Hərəkatının üzvü İlkin Rüstəmzadə, Elgiz Qəhrəman, gənc fəallar Qiyas İbrahimov, Bayram Məmmədov,  Rəşad Raamazanov, Murad Ədilov (Fransada yaşayan Natiq Adilovun qardaşı) və başqa bir sıra siyasi məhbus kimi qələmə verilən şəxslərin adları var. 

 

Ümumilikdə isə sərəncamla azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş üç nəfərdən birinin cəzası 25, iki nəfərinki isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunan və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər cəzadan azad olunub. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, üç nəfər islah işləri cəzasından, bir nəfər ictimai işlər cəzasından, 12 nəfər isə cərimə cəzasından azad edilib.

 

Rəqəmlər təkcə bu dəfəki əfv qərarının əhatəliliyini deyil, həm də onun siyasi əhəmiyyətini göstərir. Ümumilikdə adları hüquq müdafiəçilərinin siyahılarına düşmüş 50-dən çox şəxs əfv edilib ki, bu da öz növbəsində ölkənin ictimai-siyasi həyatına təsirsiz ötüşməyəcək.  

 

İctimai-siyasi aktiv məhbusların əfvi ilk növbədə siyasi müstəvidə müşahidə olunan gərginliyin azalmasına xeyli dərəcədə müsbət təsir edəcək. Hakimiyyətin atdığı bu addım, eyni zamanda, beynəlxalq müstəvidə Azərbaycana qarşı siyasi məhbus adı altında edilə biləcək mümkün təzyiq dalğasını aradan qaldıracaq. 

 

Xüsusilə tanınan isimləri imzalanan əfv sərəncamında görmək cəmiyyətdə olduqca müsbət əhval-ruhiyyə yaradacaq. Cəmiyyəti barış, dostluq, anlaşma ovqatına kökləyəcək. Hakimiyyətin başlatdığı yeni islahatların sözdə islahat olmadığı təsdiqlənməklə, onun mövqelərini daha da möhkəmləndirəcək.

 

Qeyd edək ki, siyasi yükü daha ağır olan sonuncu əfv sərəncamı da daxil olmaqla, 2003-cü ildən bəri İlham Əliyev sayca 33 əfv sənədinə imza atıb. Bununla yanaşı, çoxsaylı Amnistiya aktları ilə xeyli sayda insan azadlığa qovuşub.  


Bu faktlar humanizmin, bağışlamağaın Azərbaycan hakimiyyətinin ümdə dəyərlərindən olduğunu təsdiq edir.

 

İnsan xarakterinin, şəxsiyyətin daxili aləminin ən üstün cizgisi onun kindən uzaqlığı, bağışlamağa səmimən hazır olmasıdır. Əfv humanizmdir; əfv ədalətli addımdır, vicdani hissin parlaq ifadəsidir. Əfv edən böyükdür!!!.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
XİN-dən Avstriyaya TƏBRİK 26 Oktyabr 2021, 19:15 Azərbaycan və Türkiyə liderləri arasında Zəngilanda görüş - FOTO 26 Oktyabr 2021, 19:13 Prezidentlər Zəngəzur dəhlizinin TƏMƏLİNİ QOYDULAR 26 Oktyabr 2021, 19:11 Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb 26 Oktyabr 2021, 18:57 Ərdoğandan İlham Əliyevə özəl hədiyyə - FOTO 26 Oktyabr 2021, 18:44 Metroda sərnişin sıxlığına qarşı nəzarət qrupları yaradıldı 26 Oktyabr 2021, 18:37 ADA universitetində mükafatlandırma mərasimi keçirilib 26 Oktyabr 2021, 18:30 Bayden Makronla görüşəcək 26 Oktyabr 2021, 18:22 BMT-nin Baş katibindən yeni pandemiya ÇAĞIRIŞI 26 Oktyabr 2021, 18:15 Türk konseyinin mediaforumunda Azərbaycanın təklifləri qeydə alındı 26 Oktyabr 2021, 18:09 Ermənistan parlamentinin Azərbaycan müzakirəsi başa çatdı 26 Oktyabr 2021, 18:00 Azərbaycanda yeni seysmik stansiya quraşdırılıb 26 Oktyabr 2021, 17:54 Manatın xarici valyutalara qarşı məzənnəsi sabit qaldı 26 Oktyabr 2021, 17:48 Mehriban Əliyeva Zəngilandan FOTO paylaşdı 26 Oktyabr 2021, 17:42 Dövlət başçıları “Ağıllı kənd” layihəsində görülən işlərlə tanış olublar 26 Oktyabr 2021, 17:36 Prezidentlər Zəngilanda ağac əkdilər - FOTOLAR 26 Oktyabr 2021, 17:30 Zəfərimizin bir ililə bağlı videokonfrans 26 Oktyabr 2021, 17:24 Azad edilən ərazilərdə mühəndis işləri aparılır - FOTO/VİDEO 26 Oktyabr 2021, 17:18 Qazilər yolu niyə bağlamışdılar? - “Azərenerji” İcra Hakimiyyətini suçladı 26 Oktyabr 2021, 17:12 Koçaryanın məhkəməsindən yeni XƏBƏR VAR 26 Oktyabr 2021, 17:06 DİN-dən axundunun cinayətinin araşdırılmaması ilə bağlı iddialara CAVAB 26 Oktyabr 2021, 17:05 Xüsusi təhsil müəssisələrinə müəllimlər seçilir 26 Oktyabr 2021, 17:02 Nərimanovda şəhidlərin anım günü - FOTO 26 Oktyabr 2021, 16:58 Zəngilanda Ərdoğanı qarşılama mərasimi - VİDEO 26 Oktyabr 2021, 16:52 Laçında qəbirüstü at fiqurları tapıldı 26 Oktyabr 2021, 16:46 YAP Ərazi Partiya təşkilatına sədr və müavin seçilib 26 Oktyabr 2021, 16:40 İlham Əliyev və Ərdoğan Zəngilanda “Dost Aqropark”ın təməlini qoydular 26 Oktyabr 2021, 16:35 Bakıda narkotik satanlar tutuldu - VİDEO 26 Oktyabr 2021, 16:30 Almaniyanın nümayəndə heyəti Azərbaycana gəlir 26 Oktyabr 2021, 16:24 “Azəristiliktəchizat” istilik mövsümünə bu tarixdən BAŞLAYACAQ 26 Oktyabr 2021, 16:18 Ata qızını 500 dollara satdı: “Digər uşaqlarım acından ölürdü” 26 Oktyabr 2021, 16:12 Prezidentlər Zəngilanda jurnalistlərin suallarını cavablandıracaqlar 26 Oktyabr 2021, 16:06 Qəbələdə toy sahibləri CƏRİMƏLƏNDİ 26 Oktyabr 2021, 16:00 “Səyyar qəbul otağı” Cəlilabadda - FOTO 26 Oktyabr 2021, 15:55 Aprel‌ ‌şəhidi‌nin ailəsi‌ ‌ziyarət‌ ‌olunub‌ 26 Oktyabr 2021, 15:50