30Aprel | Ana Səhifə - Yazılar - Ramil Usubov yanaşması
Ramil Usubov yanaşması

Mahir QABİLOĞLU   

 

Deyirlər ki, nazir Ramil Usubov jurnalistlərin tərif yazılarını sevmir. Təbiidir. Çünki kənardan bu cür yazılar sifariş xarakterli görünür. Mən də atamın dostu saydığım Ramil müəllim haqqında  bir neçə yazı yazmışam. İçində tənqid yoxdur. İçində tərif də yoxdur. Sadəcə yazılan fikirlər ona layiqdir. O ki qaldı tənqidə... Onu istənilən vəzifəli insan haqqında yazmaq olar. Daha doğrusu insan yox, onun başçılıq etdiyi qurum haqqında. Nazir Ramil Usubov da həmən reaksiya verəcək. Araşdıracaq. Haqlı tənqid olsa, polislər cəzalandırılacaq. Birdən haqlı tənqid olmasa... bunu düşmənimə də arzulamazdım.

Yazımın giriş hissəsindən belə nəticə hasil olur ki, nazir Ramil Usubov tərifi sevmir. Tənqidə isə diqqətlidir. Amma atam Qabilin bir sözü vardı – insanı müsbət emosiya yaşadır. Bunun əksini ifadə etməyimə isə ehtiyac yoxdur. Sadəcə, zəmanə elə zəmanədir ki, hər hansı yüksək vəzifəli haqqında bir xoş söz yazanda, yaxud da ki, yubileyini təbrik edəndə, ağzıgöyçəklər buna xüsusi don geydirirlər: imkanı var, vəzifəlidir, təşkil elətdirib, özünü təriflədib.

Mən Mahir Qabiloğlu da jurnalistikada köhnə olduğumdan bu nüansları çox gözəl bilirəm. Ona görə də  Ramil müəllim haqqında yazanda Ayın görünən tərəfini məhdud şəkildə, ehtiyatla işıqlandırıram. Düzdür, digər görünən və ya görünməyən tərəfləri də yazıram. Amma ictimailəşdirmirəm. Atıram “sandığ”a.

İllər əvvəl qonşumuz, Yusif Vəzir Çəmənzəminlinin oğlu Orxanın atam haqqında dediyi sözləri heç yaddan çıxartmıram. O deyirdi ki, “Qabil, sən infarktdan ölməyəcəksən. Çünki ürək bir akkumlyatordur. Bir tərəfdən dolanda, o biri tərəfdən boşalmalıdır. Sən də heç vaxt ürəyində söz, kin saxlamırsan. Ya deyirsən, ya da yazırsan. Akkumlyator bir tərəfdən dolanda, o yandan boşalmayanda partlayır. Yaxud da ki, dolmayanda, sadəcə boşalanda dayanır”.

Mən də yazıram. Bu il nəşr olunacaq kitabımda çap olunmayan yazılarım ictimailəşdirdiklərimi üstələyir. Anons verim? Verim də... Nə deyirəm ki... Məsələn: Abel Məhərrəmov haqqında yazdığım “Alimini çaxır çəlləyində dəfn eləyən xalq”, qonşum Bayram əminin 100 illiyinə yazdığım “Bayram Bayramovu bağışlamaq olarmı?” və sairə və ilaxır.

Bir yazım da var. Dekabrın 22-də çap edəcəkdim. Ramil müəllimin 70 illik yubileyinə. Yazdım. Amma ki, saxladım. Nəvaxtsa çap etdirmək arzusuyla. 


RAMİL USUBOV və İRAN
 

Hospitaldayam. Anam Hacıbəyim insult keçirib. Atam Qabil nazir müavini Əsgər Ələkbərova zəng etdikdən sonra Hospitalın rəis müavini, qaynım Ramiz bacısının qaynanasını reanimasiya şöbəsinə qəbul edib. Hospitalın rəisi Aydın doktor da burdadır. Anamın başına fırlanırlar – atamla birlikdə. Kənarda bir şəfqət bacısı oturub. Başını yuxarı qaldırmır. Üzündən nur, ismət, abır-həya tökülür. Kədər isə bunların hamısını niqablayır. Qızı baldızım oğlu, polkovnik-leytenant, tibb elmləri namizədi Nahid Zairova göstərib, kimliyini soruşuram. Əsəbləşir. “Bura bax, özünü yığışdır. Birdən söz-zad atarsan ha ona, canını alaram. Ağlın başqalarına getməsin. Bu, şəhid qızıdır. Babası da bir ay burda yatdı. Nazirimiz Ramil Usubov gəlib baş çəkdi, hər gün maraqlanırdı onunla. Sağalda bilmədik. O zəhirmar xəstəlikdən idi. Bu qızı da nazirimiz işə götürdü. Bərk-bərk də tapşırdı ki, gözünüz şəhid övladının üstündə olsun”.

Dinmədim. Nahidin mənim haqqımda yanlış fikrinə də münasibət bildirib özümə haqq qazandırmadım. Sadəcə susdum.

 

HAŞİYƏ: Dostumuz Məsiağa Məhəmmədinin 50 illik yubileyindəyik. Yemək-içmək məclisidir. O farsşünas alimdir. Şərqşünasdır. Prezident yanında Strateji Araşdırmalar Mərkəzində işləyir. Yubiley mərasiminə yığdığı adamlar da özünə bab alimlərdir. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar da təzəcə qüvvəyə minib. Üzbəüz oturduğum adamlardan biri söhbət əsnasında deyir ki, ABŞ İranı heç vaxt diz çökdürə bilməyəcək. Sanksiya-manksiya boş şeydir. Maraqlı gəlir mənə. Soruşuram ki, niyə? Deyir ki, mən İranda üç il çalışmışam. İki məqam var ki, bu sanksiyaları heçə endirir. 
Fikrini əsaslandırmağını istəyirəm. 

Danışır: “Günlərin bir günü bir iş yoldaşımızın atası rəhmətə getmişdi. Dəfnə getdim. Cənazəylə qəbiristanlığa girdik. Bir də gördüm ki, tabutu yerə qoydular və hamı başqa istiqamətə yol aldı. Mən də onların arxasıyca. Gəlib naməlum qəbirlərin yanında dayandılar. Fatihə surəsi oxuyub, yenidən geri qayıtdılar. Ölümüzü basdırıb qəbiristanlıqdan çıxdıq. İş yoldaşlarımın birindən baş verənlər barədə soruşdum. Dedi ki, biz qəbiristanlığa gedəndə birinci şəhidlərimizi ziyarət edirik. Sonra isə öz ölülərimizi. Ona görə deyirəm ki, öz şəhidinə hörmət edən xalq heç vaxt basılmaz. Bu bir...”. (SON) 


AzTV-də işləyirəm. Sədrimiz filoloq-alim, professor, filologiya elmləri doktoru Nizami Xudiyevdir. Mən onu çox istəyirəm. Xeyirxah insandır. Onun haqqında vəzifədən çıxandan sonra “Çörəkverən sədr” adlı yazı da yazmışam. Baxmayaraq ki, məni adi müxbirlikdən bir addım da irəli çəkməyib. Qiymətləndirməyib.  

İclaslarda alim, Əməkdar elm xadimi Nizami müəllim dissertasiya müdafiə edən işçilərini nəinki qiymətləndirirdi, əksinə, məzxərəyə qoyub, dolayırdı. Alim-jurnalistlərimiz isə dinmirdilər.

Günlərin bir günü hospitalda işləyən qohumlardan eşitdim ki, Daxili İşlər Nazirliyi sistemində elmi iş müdafiə edənlərə hörmətlə yanaşılır. Həmin adama vəzifə çinindən asılı olmayaraq, bir ulduz əlavə verilir. Məsələn, əgər polis nəfəri polkovnik-leytenant rütbəli vəzifə daşıyırsa, polkovnik verilə bilər. Bu Ramil Usubovun elmə, alimə verdiyi xüsusi qiymət idi. 


HAŞİYƏ:
 ...Məsiağa müəllimin yubiley mərasimindəki alim İranla bağlı ikinci fərziyyəsini danışır: 
“Küçədə oturmuşduq. Bir də gördük ki, qapıda adi bir maşın dayandı. Hamı tez ayağa durdu. Mənə də dedilər ki, dur ayağa. Tez maşının qapısını açdılar. Bir nəfər sadə geyimli, uzun saqqallı, gözü eynəkli adam düşdü maşından. Onu az qaldılar ki, əllərinin üstündə binaya aparsınlar. Həmən başa düşdüm ki, hansısa vəzifəli şəxsdir. Hər halda Azərbaycanda belə görmüşük. Amma maşını adi maşın idi. Soruşdum ki, bu kimdir? Dedilər ki, alimdir. Məəttəl qaldım. Ona görə deyirəm ki, aliminə və şəhidinə bu cür hörmət edən xalq heç vaxt basılmaz”. (SON) 

 

Yazıram. Bilirdim ki, çap etməyəcəyəm bu yazımı. Düzgün başa düşülməz. Amma ki, yazıram. Yuxarıda qeyd etdiyim kimi, “akkumlyator”un partlamamağı üçün. 

Amma aprelin 29-da baş vermiş bir hadisə dörd ay əvvəl qələmə alınan bu yazımın ictimailəşməsinə təkan verdi. Düz 25 il əvvəl – 29 aprel 1994-cu ildə Prezident Heydər Əliyevin FƏRMANıyla Ramil Usubov Azərbaycanın Daxili işlər naziri təyin olunub.

“Ramil Usubov və İran” adlı yazım isə sadəcə yubiley təbrikiydi. Atam, Xalq şairi Qabil deyərdi ki, yubiley yazıları yubiley banketində – əlində badə yubilyarın şərəfinə deyilən sağlığa bənzəməlidir. Sırf tərif olmalıdır. Bilmirəm nə qədər atamın dediklərinə riayət etdim, ya yox... Çətin ki, ona oxşayım. Axı nə edim ki, mənim üslubum bu cürdür. Əsas isə nəticədir.

Aliminə və şəhidinə hörmətlə yanaşan Daxili İşlər naziri Ramil Usubovun nazir kimi 25, atamın dostu Ramil müəllimin isə 70 yaşı mübarək!

 

HÖRMƏTLƏ: Mahir QABİLOĞLU 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36 Qubanın dağlıq kəndlərinə qar yağıb 22 Sentyabr 2019, 10:32 Şirvanda transformator yanıb   22 Sentyabr 2019, 10:27 Ermənilər cəbhədə təxribatlara davam edir 22 Sentyabr 2019, 09:36 Bu gün Azərbaycan komandası Dünya Çempionatının finalında mübarizə aparacaq 22 Sentyabr 2019, 09:31 “İlin sonuna problemli kreditlərlə bağlı əhalini sevindirəcək DƏYİŞİKLİK GÖZLƏNİLİR” 22 Sentyabr 2019, 09:20 Bakıda 9 yaşlı uşağı yük maşını vurdu 22 Sentyabr 2019, 00:34 Güclü külək Goranboyda fəsadlar törətdi 22 Sentyabr 2019, 00:16 Tacikistanda rüs əsgərlərinə hücum edildi 21 Sentyabr 2019, 23:54 Ermənistanda qubernator köməkçisi ordu zabitini öldürdü 21 Sentyabr 2019, 23:09 Neftin bölüşdürülməsi problem yaratdı 21 Sentyabr 2019, 22:47 İran, Çin və Rusiya ilə birgə hərbi təlimlərə hazırlaşır 21 Sentyabr 2019, 22:33 Rektor tələbələrə daha 10 tövsiyə verdi 21 Sentyabr 2019, 22:10 Xəzərdə dalğanın hündürlüyü 6,3 metrə çatdı 21 Sentyabr 2019, 21:58 Gecə klubundakı atışmada 2 nəfər ölüb   21 Sentyabr 2019, 21:39 Albaniyada güclü zəlzələ: yaralılar var 21 Sentyabr 2019, 21:25 İcma sədrindən ATƏT-də Qarabağ çağırışı 21 Sentyabr 2019, 21:06 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şuralarının nümayəndələri İstanbulda - FOTO                        21 Sentyabr 2019, 20:48 Bakıda dünya çempionatının qalibləri mükafatlandırılıb 21 Sentyabr 2019, 20:34 “Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi 21 Sentyabr 2019, 20:18 Güclü külək Bakıda toz dumanı yaradıb 21 Sentyabr 2019, 20:01 “Topaz”dan texniki problemlə bağlı MÜRACİƏT 21 Sentyabr 2019, 19:07 Ermənistan Dilqəmlə Şahbazı azad edə bilər - Yerevan müzakirə aparır 21 Sentyabr 2019, 18:43 Bakıda küləyin sürəti 38 m/s-yə çatıb 21 Sentyabr 2019, 18:28 “Türk ocağı” Azərbaycanda bərpa olundu - Akif Aşırlı başqan seçildi - YENİLƏNİB 21 Sentyabr 2019, 17:51 Bakıda küçələrə atılan azyaşlıya görə cinayət işi açıl 21 Sentyabr 2019, 17:18 Ordumuzun bir hərbçisi həlak oldu 21 Sentyabr 2019, 17:14 Azərbaycanda 3030 boşanmış və 204 dul qalmış qadın yenidən ƏRƏ GEDİB 21 Sentyabr 2019, 17:00 Tokio-2020 Olimpiadasına lisenziya qazanan 5 idmançımız kimdi? - SİYAHI 21 Sentyabr 2019, 16:03 SOCAR küləklə əlaqədar 500-dən çox neftçini sahilə çıxarıb 21 Sentyabr 2019, 15:51 Koreya səfiri “Qobu Park”da köçkünlərə dəstək verməyə gəldi 21 Sentyabr 2019, 15:34