Modern.az

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - GÖRÜNTÜLƏR

Gömrükdə yeni qaydalar vətəndaşlar üçün nəyi dəyişir? - GÖRÜNTÜLƏR

Ölkə

Bu gün, 09:14

Gömrükdən keçirilən bəzi malların bəyan edilməsi artıq daha sadə formada həyata keçiriləcək.

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədovun imzaladığı qərarla "gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları"na dəyişiklik edilib. Yeniliyə əsasən, "qırmızı kanal" buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamənin təqdim olunmasına imkan verəcək. Bu bəyannamə həm kağız üzərində yazılı, həm də elektron formada təqdim edilə bilər.

Dəyişiklik fiziki şəxslərin şəxsi baqajında apardığı bəzi mallara da şamil edilir. İstehsal və ya kommersiya məqsədi daşımayan, lakin yazılı şəkildə bəyan edilməli olan mallar əl yükündə və müşayiət olunan baqajda keçirildikdə sadələşdirilmiş bəyannamə təqdim olunacaq.

Daha ətraflı Xəzər TV-nin videomaterialında:


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı