Modern.az

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü yaralanıb

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü yaralanıb

Ölkə

Bu gün, 08:47

Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb.

Modern.az xəbər verir ki, bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində hərəkətdə olan "Nissan" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü Fərzəliyeva Mahirə Mahir qızı və övladları, 2019-cu il təvəllüdlü F.M müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı