Modern.az

Qafqaz Albaniyasının irsi beynəlxalq aləmdə tanıdılacaq

Qafqaz Albaniyasının irsi beynəlxalq aləmdə tanıdılacaq

Aktual

21 Sentyabr 2026, 10:27

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində Qafqaz Albaniyasının tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılması məqsədilə tədbir keçirilir.

Modern.az xəbər verir ki, tədbirin açılışında çıxış edən BMTMM-in şöbə müdiri Mətin Məmmədli bildirib ki, görüş Qafqaz Albaniyasının Azərbaycan dövlətçilik tarixində rolunun daha dərindən öyrənilməsi və bu irsin müasir siyasi proseslər fonunda qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, tədbir çərçivəsində Qafqaz Albaniyasının tarixi, mədəni irsi və abidələri ilə bağlı məsələlər müzakirə olunacaq.

M.Məmmədli qeyd edib ki, tədbirin əsas çıxışçılarının təqdimatlarından sonra mövzu ətrafında müzakirələr aparılacaq və iştirakçılar öz fikirlərini bölüşəcəklər.

Tədbirdə Qafqaz Albaniyasının irsinin daha geniş şəkildə tanıdılması, bu irsin beynəlxalq ictimaiyyətə çatdırılması və onun elmi əsaslarla təbliği məsələləri diqqət mərkəzindədir.

Nicat Rüstəm

Whatsapp
Bizə yazın!
Keçid et
Ərdoğandan Bakıya kritik mesaj - İranda müharibə hazırlığı başladı!