ABŞ Tramp Marşrutunun (TRIPP) daha da inkişaf etdiriləcəyinə ümid edir.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ermənistanın milli bayramı münasibətilə ünvanladığı təbrikdə bildirib.
O qeyd edib ki, son bir ildə əldə olunan tərəqqi sülh və rifah naminə əməkdaşlığın mühüm nəticələr verə biləcəyini göstərir.
“Biz Tramp Marşrutunun (TRIPP) daha da irəlilədilməsinə, iqtisadi qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, ABŞ investisiyalarının təşviqinə, həmçinin Ermənistan və bütün region üçün yeni imkanların açılmasına ümid edirik”, – M.Rubio vurğulayıb.
ABŞ dövlət katibi yaxın illərdə Ermənistanla tərəfdaşlığın daha da dərinləşəcəyinə ümid etdiyini də bildirib.