13 May 2019, 08:53 | Ana Səhifə - Yazılar - Paşinyanın Şuşada konyak içib yallı getməsi...
Paşinyanın Şuşada konyak içib yallı getməsi...

Fazil Mustafa,
Milli Məclisin deputatı

Siyasi Ermənistanın Şuşada Qələbə günününün acığına bizim Bakıda faşizim üzərində Qələbə günü geçirməklə verdiyimiz cavabın məlum effektivliyi üzərində dayanmadan bir gerçəyi qeyd etməliyik ki, ermənilərin Qarabağ üzərindən oynadıqları bütün havalar Azərbaycan adlanan məmləkətə azacıq könül bağı olan hər kəsin sümüklərini sızlada bilir. Şuşada konyak içib yallı getməkdən tutmuş, Kəlbəcərdə bizi lağlağı atəşənə tutan meyxana teatrına qədər hər bir addımın arxasında bir ruh düşkünlüyü yaratmaq niyyəti özünü açıqca göstərir.

Bəs bu görüntülərin azərbaycanlılar tərəfindən kütləvi şəkildə tirajlanması hansı fayda və zərər meyarlarına uyğun gələ bilər, deyə sorularla da qarşılaşırıq.

Bəri başdan bu tezisin altını cızaq ki, gözümüzü yumub üzərindən laqeydliklə keçmək də çıxış yolu sayılmaz, onsuz da müasir texnologiya məkanı hansısa formada bu kadrları gətirib gözümüzə soxacaqdır. Burada, əlbəttə, firkirlər, yanaşmalar monoton olmayacaq və hər kəsin arqument avantajına yetərincə imkan tanınır. Fikrimcə ermənilərin Qarabağ üzərindən görülən tədbirlərin təbliği vasitəsilə Azərbaycan sosial şəbəkə auditoriyasına girişi bizim üçün zərərli deyil. Sözü uzatmadan deyə bilərəm ki, bu, bizim Vətənə, torpağa, millətə, və həm də Qarabağın azad olunmasına aid duyarlılıq dinamizmimizi qoruyacaq bəlkə də yeganə vasitələrdən biridir. Əslində son otuz ilin siyasi və sosial palitrasına diqqət yetirsək rahatlıqla sezə bilərik ki, bizim toplumumuzun alt yapısında dinamikliyi körükləyən dəyər və ya dəyərlərin yoxluğu məhz erməni sindromuna qarşı həssaslığımız hesabına doldurula bilir.

Vaxtilə böyük aydınımız, düşüncə adamımız və gerçək milli fədaimiz Xudu Məmmədovun söylədiyi bir priçtanı burada xatırlatmaq yerinə düşər. Bir ingilis səyahətçisinin müşahidələrini misal çəkən Xudu müəllim söyləyirdi ki, bir dəfə balıqçı gəmisinin göyərtəsində səpələnmiş yeni ovlanan balıqların bir neçə gün sudan kənarda qalmasına rağmən sağ qalması sahildə gəmini qarşılayanların təəccübünə səbəb olmuşdu. Bu qərib durumu araşdıranlar dənizçilərin söyləntisi əsasında anlamışlar ki, göyərtədə olan pişik balası bu balıqları yeyə bilmədiyinə görə onları yol boyu dayanmadan cırmaqlamaqla məşğul olmuş və bu proses balıqların hissiyatını diri saxlamaqla onların salamatlığını təmin etmişdir. Xudu müəllim deyirdi ki, bizi hər zaman kiminsə cırmaqlaması Vətənə, torpağa, millətə həssaslığımızı qoruyub saxlayan əsas amillərdən biri kimi anlaşılmalıdır. İndi düşünün görək bizim dinamizmimi qoruyacaq başqa amillər nə dərəcədə ayıqdır, qalıcıdır, hərəkətlidir və təsir gücünə malikdir? 

Dövlət adına təqdim olunan dəyərlər ideoloji mahiyyət daşıdığından cəmiyyətin alt qatlarına və şüuraltına gedib yetişmir. 

Tarix adına təqdim olunan dəyərlər müasirlik obrazımızı şəkilləndirmir, keçmişin anlamsız mazoxizminə özümüzü həsr etməkən başqa bir işə yaramır. Məchul bir tarix nağılları yerinə, "Cavanşirəm, Babəkəm, Nəbiyəm, Koroğluyam" süni pafosunun melanxoliyasına aludəçilik əvəzinə real milli mövcudluğunuzu tanıdan Dədə Qorqud-Oğuz mədəniyyətini təməl olaraq sabit bir milli-tarixi dəyərimizə çevirə bilsəydik, ən azı qırğızların Manasa olan sevgisinə, dəyər olaraq bağlılığına yaxın bir faydalılıq əldə edə bilərdik. Tarixə dönük and yeri olmayan, öz milli mövcudluq mənşəyini dəyər olaraq günümüzə daşımayan toplumun müasir ekstremal şərtlərdə təşkilatlanmasının tarixə bağlı mənəvi dəyər bazası yox səviyyəsində olur. Bizim üçün milli mədəniyyəti qabardan tarix mollaxana ənənəsini qabardan tarixə açıq-aşkar uduzduğuna görə hələ də ən böyük mənəvi irsimiz sayılan Dədə Qorqud-Oğuz mədəniyyətinin gerçək mirasçısına çevrilə bilməmişik. Bu miras hələ də bizi həyəcanlandırmır, onun qaladığı ocaq bizi təşkilatlandırmır, onun missiyası bizə Vətənə yönəlik ciddilik və məsuliyyət duyğusu aşılamır. 

Din amili də bizim üçün həyəcanverici miras sayılmaz. Adını ərəbin dini qoyub aşağıladığımız, farsın dini kimi sevib yaşadığımız, Yaradanı özümüz yaratmış kimi lağlağıya çevirdiyimiz din də bizi həm mənəviyyat olaraq, həm də müəssisə olaraq təşkilatlandıra bilmir, ancaq dedi-qodu, cahillik kimi viruslarımızı diri tutmağa yarayır. Biz atdığımız adddımların məsuliyyət cinahında "belə davranışa Allah nə deyər?" düşüncəsinin ciddiliyindən çoxluğumuz etibariylə çox-çox uzağıq və hərəkətlərimizdə ən çox çəkindiyimiz "ermənilər bundan bizə qarşı necə istifadə edər?" sual-təhlükəsi olduğunu da gizlətməyə qətiyyən dəyməz. 

Ona görə də bizim Qarabağ sevgimizin də, Vətən sevgimizin də, az-çox təhlükə barədə düşüncə havasına girişimizin də alt qatında düşmənimiz, işğalçımız, qatilimiz olan ermənilərin bu davranışları önəmli rol oynayır. Əlbəttə, bizi ruhdan salmaq, torpaqları azad etmək üçün iradəmizi sındırmaq niyyəti ilə bu təbliğatı aparırlar, ancaq həm də bizi diri tuturlar, dinamik tuturlar, hissiyatımızı oyaq saxlayırlar, hədəfsiz, biganə bir toplum olmağa qoymurlar. İndi eyni prosesi gürcülər bizə qarşı başladırlar. Həmişə bəhanə etmişik ki, biz Qarabağ məsələsinə hazırlıqsız yaxalandlq, guya Gürcüstanın iddialarına bunca fəlakətlər yaşamış bir toplum hazırlıqlı yaxalanıb? Bütün tarix boyu bizim özümüzü qoruma addımımız nəsihətdən sonra deyil, müsibətdən sonra atılıb və indi də ənənəvi durumumuzda dəyişən heç nə yox! Bu halımız nə qədər davam edəcək, doğrusu proqnozlaşdıra bilmirəm. Bildiyim odur ki, düşmən bizə yalnız hərbi üstünlüklə qalib gəlməyib, yalnız rusun, farsın, fransızın dəstəyi ilə qalib gəlməyib, həm də ağılından doğru istifadə etməklə, doğru təşkilatlanma qabiliyyəti ilə qalib gəlib. Bu gün bizi təşkilatlandıracaq mühərrik isə təəssüf ki, erməninin və başqa düşmənlərimizin canımızda yaratdığı qıcıqla işə düşür. Əvvəl Topxana qıcığı, sonra Laçın qıcığı, indi də Şuşa, Kəlbəcər qıcığı! Bu isə daimi yanacaq sayılmaz, keçici hissi mahiyyət daşıyır və istənilən anda sönüb-soyuma risqinə tabedir. Odur ki, millət olaraq doğru və qalıcı dəyərlər təməlində təşkilatlanma qabiliyyətini və məsuliyyətini qazanmaq üçün fədakarlıq etməyənə qədər düşmənin hər bir davranışı həm Qarabağda, həm də Keşikçi dağda heç olmazsa bizə içimizə bunca müsibətlərdən sonra da otura bilməmiş Vətən torpağına ağalıq keyfiyyəti yerinə keşikçi xarakterini aşılayırsa, buna faydalı proses kimi yanaşmaq olar.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Yaponiyada nüvə santralını bağladı 24 Oktyabr 2021, 14:10 NATO-dan üçüncü baza 24 Oktyabr 2021, 14:07 Saakaşvilinin son durumu: ürək çatışmazlığı... 24 Oktyabr 2021, 13:58 DÇ-2022-nin siması müəyyənləşdi 24 Oktyabr 2021, 13:49 Ermənistanda virusa yeni yoluxanlar 24 Oktyabr 2021, 13:40 Sərnişin avtobusu "KamAz"la toqquşdu 24 Oktyabr 2021, 13:30 Nəbiyev amerikalı rəqibini yendi  24 Oktyabr 2021, 13:20 İran və Azərbaycan arasındakı münasibətlər necə davam edəcək? 24 Oktyabr 2021, 13:08 Əfqanıstan qana boyandı 24 Oktyabr 2021, 13:00 Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemi olmayacaq 24 Oktyabr 2021, 12:46 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23