14 May 2019, 11:47 | Ana Səhifə - Yazılar - Belələri bütün efirlərdən qovulmalıdır
Belələri bütün efirlərdən qovulmalıdır

Mülatif Adurov,
Prezidentin fərdi təqaüdçüsü, 
veteran telejurnalist


Əvvəllər bunu  musiqi aləmində yenilik kimi qəbul edirdilər. Özü də fonoqramla mahnı oxumağı kimlər sevirdilər? İstedadı, bacarığı, musiqidən xəbəri olmayan qeyri-peşəkarlar. Aralarında çox təəssüf ki, təzəcə mahnı oxumağa başlayan uşaqlar da, tanınmış müğənnilər də, xalq, əməkdar artistlər də var. Az qalıb ki xanəndələr də buna əl atsınlar. Tanınmış bir müğənniyə bunu irad tutanda “vallah, yaddaşım itib, sözləri unuduram” deyir. Bu o deməkdir ki, müğənniliyə yaramırsan, get başqa bir peşənin qulpundan yapış.


AzTV istisna olmaqla bütün televiziyalarda fonoqramla oxumaq dəbə düşüb. Hətta bəzi kanallar tamaşaçıya sürpriz olsun deyə “Canlı ifa” titrini də efirə verirlər. İş o yerə çatıb ki, bir telekanal hava haqqında məlumatı oxuyan aparıcının səs yazısını gündə bir neçə dəfə efirdə səsləndirir. Elə anlar olur ki, Bakıda zəif də olsa yağış yağdığı halda, bayırdan xəbəri olmadan aparıcı efirdə “Bakıda hava yağmursuz keçəcək” deyir.


Bir daha fonoqram barədə. Mahnı oxuyan zaman efirdə görünən musiqiçilər bekarçılıqdan mürgüləyir, ya da biri-biri ilə zarafatlaşırlar. “Space” televiziyasında son zamanlar baş verən biabırçılığın əsas mənbəyi elə fonoqramdan qaynaqlanmaq olub. Telekanal işçilərini, müğənniləri məhkəməyə verməkdənsə günahı fonoqramda görməli idilər.

       
Mağar toylarının birində müğənni fonoqramla mahnı oxuduğu yerdə bir gənc bekar dayanmış musiqiçilərə yaxınlaşıb, stolun üstündəki  “Spidola” maqnitofonunu yerə çırpıb, səs kəsilib.  Sən demə, işbazlar mikrofonu “Spidola”nın qabağına qoyub səsgücləndirici dinamiklərlə gurultu yaradırlar (buna da bir məqsəd var). Biabır olan müğənni heç qımıldanmayıb da. Xuliqanlığa səbəb olan fonoqram deyildimi?

Ağsaqqallar münaqişəyə qarışandan sonra həmin müğənni toyxanadan qovuldu. Bizcə belələri təkcə toyxanadan deyil, bütün efirlərdən səhnələrdən qovulmalıdırlar. Elələri də var ki, hələ uşaqkən yazdırdığı fonoqramı saç-saqqalı çıxanadək səsləndirir.


Bəsdir! Nə vaxtadək dinləyiciyə, tamaşaçıya hörmətsizlik olar? Bizi avam yerinə qoyub mənliyimizi alçaltmaq cəhdlərinə qarşı hamılıqla “yox” deyilməlidir.


İndi zaman dəyişib, nadanlara üz verilməməlidir. Televiziya və Radio Yayım Şurası öz qətiyyətli sözünü deməlidir.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Karantin qaydalarımı pozan toy sahibləri CƏRİMƏLƏNDİ 4 Avqust 2021, 20:26 Bu gün 68 mindən çox şəxsə vaksin vurulub 4 Avqust 2021, 20:14 Azərbaycanda yoluxma 1000-ə yaxınlaşır - 5 nəfər öldü 4 Avqust 2021, 20:08 YAP-a birləşən bu partiyaların nümayəndələrinə üzüvlük vəsiqləri verilib 4 Avqust 2021, 20:00 Qətlə yetirilən Sevincin uşaqlarının aqibəti məlum oldu 4 Avqust 2021, 19:51 Ərdoğan Baxçalını evində ziyarət etdi 4 Avqust 2021, 19:40 Sentyabrda məktəblər açılacaq? - Nazirdən cavab 4 Avqust 2021, 19:33 Narkotik becərən şəxs saxlanıldı 4 Avqust 2021, 19:20 Sumqayıtda narkotik satan 3 nəfər tutulub - VİDEO 4 Avqust 2021, 19:11 Yardımlıda yanğının söndürülməsi davam edir - FOTO 4 Avqust 2021, 19:04 Azad edilmiş ərazilərdə görülən işlər müzakirə olundu 4 Avqust 2021, 18:38 Soydaşlarımız Türkiyədə yanğından zərərçəkənlərə yardım göndərdi   4 Avqust 2021, 18:32 Məhkumun evindən narkotik götürüldü 4 Avqust 2021, 18:26 Kəlbəcər yenə atəşə tutuldu: İtkimiz yoxdur 4 Avqust 2021, 18:20 MTRŞ iddiaçıların heç birinə lisenziya vermədi 4 Avqust 2021, 18:14 Müəllimlərin işə qəbulunda yenilik: Nazirdən mühüm AÇIQLAMA 4 Avqust 2021, 18:01 “Biz daha çox biliyi ölçürük, nəinki bacarığı” 4 Avqust 2021, 17:56 Emin Əmrullayev: “Dərs saatı ən azı 18 olmalıdır”  4 Avqust 2021, 17:54 Müdafiə naziri ordunun döyüş hazırlığını yoxladı 4 Avqust 2021, 17:50 Şəfqət dolu ürək... 4 Avqust 2021, 17:50 Nazir narazı namizədlərə müraciət etdi 4 Avqust 2021, 17:42 Zakir Həsənov azad olunmuş ərazilərə getdi - VIDEO+FOTO   4 Avqust 2021, 17:41 “Şikayətçi müəllimlər haqlıdırlar” - Emin Əmrullayev 4 Avqust 2021, 17:33 Ermənistan XİN-nə yeni mətbuat katibi TƏYİN OLUNDU 4 Avqust 2021, 17:29 “Ən çox yer xarici dil müəllimliyinə ayrılıb” - Təhsil naziri 4 Avqust 2021, 17:28 “Azərsu”da İctimai Şuranın ilk iclası keçirildi   4 Avqust 2021, 17:23 Müəllim olmaq istəyənlərin sayı kəskin artıb 4 Avqust 2021, 17:19 “Azəriqaz”ın “Açıq mikrofon”undan ilk səs gəldi - FOTO 4 Avqust 2021, 17:14 Azərbaycan və BMT birgə işçi qrup yaradır 4 Avqust 2021, 17:08 İstanbulda da meşəni yandırdılar 4 Avqust 2021, 17:04 Azər Süleymanov siyasətdən uzaqlaşdı: “Liderlərlə dil tapa bilmədik” 4 Avqust 2021, 16:48 Ağsuda toy təşkilatçısı cərimələndi 4 Avqust 2021, 16:43 Türkiyə və Azərbaycan xüsusi təyinatlılarının birgə təlimləri BAŞLAYIB 4 Avqust 2021, 16:43 Xalq kimin kim olduğunu yaxşı bilir 4 Avqust 2021, 16:42 Tokio-2020: Karateçilərimizin rəqibləri müəyyənləşdi 4 Avqust 2021, 16:40