19İyul | Ana Səhifə - Yazılar - Öz it həyatını yaşayan itlər
Öz it həyatını yaşayan itlər

  Akif Cabbarlı


 “Olur , olur, belə işlər də olur” silsiləsindən


 Atalar sözü kimi məşhurlaşan  bir deyim var ki,  “ itlə dostluq etsən də  gərək ağacı yerə qoymayasan”.  Bilmirəm düz ifadə etdim yoxsa yox, hər halda lap qədimlərdən  vəfalı ev heyvanı sayılan itlərin də günlərin birində cızığından çıxmayacağına , ətrafındakıları, hətta öz sahibini belə dişləməyəcəyinə zəmanət verən tapılmaz. Bir halda ki, bu zavallıların adı da, təyinatı və mahiyyəti də indi tamam dəyişib. Xaricdən külli vəsaitlə alınıb möhtəşəm villalarda, bağ evlərində bəslənən Alman ovçarkalarından, buldoq  və adlarını, növlərini xatırlamadığım dördayaqlılardan  fərqli olaraq paytaxtın küçə və meydanlarında veyillənənlər sözün əsl mənasında it günündə  öz mənasız it həyatlarını yaşayırlar.

 Son vaxtlar Bakının əksər ünvanlarında sülənən, zibilliklərdə eşələnib özlərinə gündəlik yemək tapmaq eşqi ilə vurnuxan it sürülərini müşahidə etmək həqiqətən də ürək ağrıdır. Yaltaq və süzgün nəzərlərlə ötüb-keçənin dalınca sürünən  irili-xırdalı, çirkli-paslı, baxışlarında qəribə bir qorxu və iztirab hissi gəzdirən itlər insanların nə vaxtsa onlara sür-sümük, kiflənmiş çörək qırıntısı, iylənmiş sosis yaxud kolbasa  atacağı ümidi ilə küçələri, dalanları, həyət-bacanı fırlanmaqdan bezmir, öz xoşbəxt saatlarını gözləyirlər. Bəzən bu yazıqlara təpik ilişdirən, daş atanlar da tapılır və belə hallar təbii olaraq itlərin insanlara olan etimadını azaldır, onların vəfalılıq dərəcəsini aşağı salır. Ən azından sürəkli mırıltılar, bir-iki ağız hürüş əli ağacsız, yəni silahsız insanları qorxuya salır, vahimələndirir. Belədə əlac nəyə qalır? Yolların kənarındakı onsuz da susuzluqdan qurumuş ağacların budağını qırıb dişlərini qıcayan vəfasızlardan qorunmağa.  


Qonşularımdan biri danışır ki, sübh tezdən dəmiryolu vağzalına gedəcəkmiş. Sən demə günün erkən vaxtı küçə itləri daha amansız, daha qəddar olurmuşlar. Axşamdan  ac qalan və ümidlərini təsadüfi “zavtrak”a  bağlayan binəvalar rast gəldikləri insanlara ümidlə yanaşarkən təpki ilə qarşılaşanda istər-istəməz hirslərini onların üstünə tökməli olurlar.  Səhər-səhər küçələrdə insanların az olduğu məqamda isə ac-yalavac itlə üzbəüz olmağın ağrı-acısı da çox olur.  Şalvarının dizi cırılır, dərin sıyrılır, topuğa qədər qana bulaşırsan, ürəyinin guppultusu isə az qala öz qulağını deşir. Belə anların hansısa fəsadlarla, şəkər yaxud infarktla qurtaracağı isə şəksizdir. Bu dediklərimi qonşum da əyani olaraq öz bioqrafiyasının qanlı səhifəsi kimi tarixləşdirib. Üç-dörd qancığın arasında sözün əsl mənasında “xoruzlanan” ala köpək kişinin üstünə necə cumub, şalvarının balağından nə cür yapışıbsa çığırtısına Yeni Yasamaldakı “Bəyaz market” –in bütün işçiləri, taksi sürücülərinin hamsı yığışıb gəlib. Su içirdiblər, üst-başını qaydaya salıb avtobus dayanacağına qədər  ötürüblər. Bunlar öz yerində, qonşumun qorxuluğunu ki, götürmək mümkün olmayıb. Bunun üçün o çıldağa, ya da psixiatra müraciərt etməlidir. Soruşa bilərsiniz ki, niyə Yeni Yasamaldakı  Dadaş Bünyadzadə və digər küçələrin abadlığına, yaşıllığına və eləcə də itsizliyinə cavabdeh olan qurumların rəhbərlərinə yox, həkimə müraciət etməlidir mənim qonşum. Cavabı aydındır. Həmin bu küçəni, eləcə də şəhərin digər guşələrini əriş-arğac edən itlərin yığışdırılması barədə müraciətləri qulaqardına vuran müvafiq idarə başçıları bu yerlərdən heç vaxt piyada keçmirlər. Keçsələr də ac-yalavac itlərin bahalı maşınların ardınca cummağa və bu maşınların enli təkərlərini dişləməyə taqətləri yoxdur axı...

Qaxda zəlzələ olub 17 İyun 2019, 10:33 Kanadada yaşayan azərbaycanlı rəssam:  “Yox cavabı alanda, deyirdilər, “heç olmasa, amerikalısan” - MÜSAHİBƏ 17 İyun 2019, 10:20 Bakıda Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 110-cu sessiyasına start verilib 17 İyun 2019, 10:02 Xalq şairinin yubiliyar qızı - Xatirə xanım 17 İyun 2019, 10:02 Ermənilər cəbhədə təxribatlara davam edir 17 İyun 2019, 10:00 40 gündə 93 ölüm - Rəis piyadaları İTTİHAM ETDİ 17 İyun 2019, 09:38 Qaxda kişi özünü bıçaqladı 17 İyun 2019, 09:23 Beş ayda ölkədə istifadəyə verilmiş müəssisələrin SİYAHISI 17 İyun 2019, 09:04 Bakıda 2 otaqlı ev yandı 17 İyun 2019, 08:55 Ərdoğan Putin və Trampla bir araya gəlir 17 İyun 2019, 00:41 Prezident canlı yayımda 600 mindən artıq sualı cavablandıracaq 17 İyun 2019, 00:09 Kazinoda azərbaycanlı qadın döyüldü 16 İyun 2019, 23:49 Sumqayıtda ağır qəza 16 İyun 2019, 23:37 Pənah Hüseyndən Surət Hüseynova sərt CAVAB: “Qələt eləyir, başın daşa döyür” 16 İyun 2019, 23:15 Baş redaktor vəfat etdi 16 İyun 2019, 22:57 Təyyarə qəzadan son anda döndü 16 İyun 2019, 22:52 Surət Hüseynovun sensasion VIDEOSU - Mir Şahinin vaxtnda 16 İyun 2019, 22:42 Şəkidə 14 yaşlı yeniyetmə intihar etdi 16 İyun 2019, 22:24 İstanbul savaşı: İmamoğlu-Yıldırım debatından CANLI YAYIM 16 İyun 2019, 22:06 Litvaya 19 minə yaxın miqrant gəlib 16 İyun 2019, 21:46 Göygöldə ağır mikroavtobus qəzası 16 İyun 2019, 21:27 Krımda azərbaycanlı pula görə qətlə yetirildi - VİDEO 16 İyun 2019, 21:08 İki təyyarə toqquşdu: pilotlar öldü 16 İyun 2019, 20:54 Röyadan LGBT-yə dəstək 16 İyun 2019, 20:36 Azərbaycanlı qəza törətdi: Futbolçunun həyat yoldaşı öldü 16 İyun 2019, 20:19 Azərbaycandan Meksikaya gedən turistlərin sayı artıb 16 İyun 2019, 20:02 Gürcüstanda meşə yanğınları olub 16 İyun 2019, 17:43 Goranboyun başçısı görülən işlərlə tanış oldu 16 İyun 2019, 17:06 Sumqayıtda ər arvadını bıçaqladı - SƏBƏB  16 İyun 2019, 16:55 Suriyada Türkiyənin müşahidə məntəqəsi atəşə tutulub 16 İyun 2019, 16:29 Binəqədidə üçmərtəbəli yaşayış binasında YANĞIN   16 İyun 2019, 16:01 9-cular üçün buraxılış imtahanının ikinci mərhələsi başa çatıb 16 İyun 2019, 15:23 Azərbaycanlılar Fuad Abbasova görə Moskvada aksiya keçiriblər - FOTOLAR 16 İyun 2019, 15:06 OPEC-in növbəti görüşünün keçiriləcəyi vaxt açıqlandı 16 İyun 2019, 14:41 Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır 16 İyun 2019, 14:10