1 Avqust 2019, 11:55 | Ana Səhifə - Yazılar - 12 yaşında təcavüzə uğrayan Aytacın FƏRYADI: “Məni xilas edin!”
12 yaşında təcavüzə uğrayan Aytacın FƏRYADI: “Məni xilas edin!”

Məhsəti Şərif, 
İstanbul

İstanbulda yaşayan jurnalist həmkarım Elçin məni arayaraq dedi ki, burada bir Azərbaycan vətəndaşı var, dardadır. Ona yardım etmək lazımdır, bəlkə sən yazasan bu barədə. Razılaşdım, əgər yazmaqla bir vətəndaşımıza yardım edə biləriksə, hər zaman hazırıq. 

Türkiyədə sənədsiz yaşayan yüzlərlə vətəndaşımızdan biri haqda yazacaqdım. Amma duyduqlarımı yazmaq üçün iki gün düşündüm. Yazacaqlarım ağır gəldi...

Aytac Abdulayeva 1992-ci ildə  Bakının Yasamal rayonunda anadan olub. Atası rus, anası ləzgidir. Aytac atasını heç tanımayıb. Bakıda sosial problemlərlə üzləşən Aytacın anası qızını da götürüb İstanbula gəlib. Ana əvvəlcə evlərdə işləməyə başlayıb. Aytacın başına da bütün işlər o zaman gəlib. Deyir ki, 12 yaşında Türkiyə vətəndaşı Mustafa Aksoy tərəfindən təcavüzə uğrayıb:

“Anam işləməyə başladı. Məni onun işlədiyi yerə qoymurdular. Sonra anam məni də başqa birinin evinə işçi olaraq verdi. Mən həm orda qalırdım, həm də işləyib az da olsa, məvacib alırdım. Anam da məni tez-tez görməyə gəlirdi. Mən evində çalışdığım adamın qohumu tərəfindən təcavüzə məruz qaldım. Bu təcavüzdən hamilə qaldım, övladım oldu. Məni o adamla evləndirdilər. 13 yaşında ana olmuşdum. Anam məni Bakıya apara bilməyəcəyini söylədi. Orda qardaşım vardı, ailəliydi. Anam dedi ki, qardaşının başını aşağı eləyəcəyik, Bakıya getmə. Məni məcburən o adamla evləndirdilər".


Aytac 13 yaşında rəsmi nikahı olmadan Mustafa Aksoy ilə yaşamağa başlayıb. Bundan sonra daha 4 uşağı dünyaya gəlib. 5 uşaqlı gənc ana Aytac həyatıyla barışıb və sonra övladlarının atasıyla rəsmi nikaha daxil olub.  Amma qara günləri də bundan sonra başlayıb. Hər gün şiddət görüb. 


“Mən uşaqkən uşaq böyütməyə başladım. Hər gün döyüldüm. 16 yaşımdan sonra anamın məcburiyyəti ilə rəsmi nikaha da girmişəm. Mən sonrakı uşaqları istəmirdim. Hər dəfə məni döyə-döyə hamilə qoyub. Deyirdi “sənin işin nədir? Qadınsan, uşaq dünyaya gətir və onlara bax!”. Yaşım az idi, heç kimi tanımırdım. Hara gedim, kimə sığınım, bilmirdim. Təhsilim yox idi, Türkiyədə tanıdığım azərbaycanlılar da yox idi. Azyaşlı olduğum üçün də icazə olmadan heç nə edə bilmiridm.  Dəfələrlə çölə atıldım. 4 il sonra isə anam rəhmətə getdi. Bundan sonra hər şey daha pis oldu. Anam olanda, ən azından maddi cəhətdən dəstək verirdi. Ac qalmırdım. Şiddət o həddə çatdı ki, qadın sığınma evinə getdim. Sonra eşitdim ki, qardaşımın keçmiş həyat yoldaşını evinə gətirib və o da uşaqlarımın atasından hamilədir. Bunu eşidib geri qayıtdım, məqsədim  uşaqlarımı almaq idi. Məni döyərək evdən qovdu. Artıq 1 ildir ki, küçələrdə qalırsm. Hər gün bir yerdə gecələyirəm. Elə ağır günlər keçirirəm ki, nə edəcəyimi artıq bilmirəm. Bir ildir də övladlarımı görə bilmirəm. Rəsmi nikahım olsa da, məni evə qoymur, çünkü evdə qardaşımın keçmiş həyat yoldaşı və ondan da bir uşağı var".



Aytac Abdullayeva düşdüyü vəziyyətlə bağlı rəsmi orqanlara da müraciət edə bilmir. Deyir ki, bir ildir pasportunun müddəti başa çatıb. Eyni zamanda, oturma üçün rəsmi icazə müddəti də bitib.  Pasport almağa maddi gücü yoxdu. Cünki bunun üçün Azərbaycanın Türkiyədəki konsulluğuna 55 ABŞ dolları ödəməlidir: 

"Mən günlərlə ac qalan insanam. Rəsmi işə də girə bilmirəm. Sənədim yoxdu ki, iş tapım. Günlük iş olanda çalışıram. Pasport alsam belə, mənim oturma icazəm üçün Mustafa Aksoyun rəsmi izni lazımdır. Bunun üçün onun da sənədlərindən istifadə olunmalıdır. Amma o, məni eşitmək belə istəmir. Vəkil tutmağa da maddi imkanım yoxdur. Əlim-qolum hər tərəfdən bağlanıb, artıq yolun sonundayam". 


İndi Aytac Abdullayevanın ümidi Azərbaycan dövlətinədir. Onu bu vəziyyətdən qurtarsınlar deyə, xahiş edir:

"Mən 12 yaşından əzab çəkən 27 yaşlı 5 uşaqlı anayam. Bütün mənə edilən zülmlərə dözdüm, ölməmək üçün mücadilə etdim. Övladlarım üçün yaşadım. İndi onların həyatından narahatam. Analarına təcavüz edən atayla qalmalarını istəmirəm. Sənədlərimin düzəlmısini, rəsmi olaraq boşanmamı və övladlarımı istəyirəm.  Artıq 12 yaşında deyiləm. Mən heç uşaq olmadan böyümüş anayam. Xahiş edirəm mənim səsimi duyun!".


Aytacın son olaraq bir çağırışı da var: "Atalar, analar övladlarınızı yalnız qoymayın. Onları təcavüzçülərin nikahına salmayın. Övladlarınıza sahib çıxın!".

 

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
İsrail qırıcıları Fələstin DİN-in binasını vurdu 14 May 2021, 23:59 Çində yeni koronavirus ocağı aşkarlandı 14 May 2021, 23:49 Suriyadan İsrailə atılan raket öz ərazisinə düşdü 14 May 2021, 23:37 Kainat genişlənir 14 May 2021, 23:23 Xırdalanda piyadanı maşın vurdu 14 May 2021, 23:10 Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırdı 14 May 2021, 22:56 Cozep Borrelldən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanat 14 May 2021, 22:41 Quterreş İsrail və Fələstini hərbi əməliyyatları dayandırmağa çağırdı 14 May 2021, 22:29 Rusiyaya dost olmayan dövlətlərin siyahısı təsdiqləndi 14 May 2021, 22:15 Azərbaycan çempionu son turda bilinəcək 14 May 2021, 22:02 Ukraynada hökumət böhranı - iki nazir istefa verdi 14 May 2021, 21:48 "Facebook" və "İnstagram"ın işində problem yarandı 14 May 2021, 21:35 “Türk Hava Yolları” Tel-Əvivə uçuşları dayandırdı 14 May 2021, 21:23 Masallıda ər keçmiş arvadını bıçaqladı 14 May 2021, 21:08 ÜST-dən koronavirusla bağlı təhlükəli XƏBƏRDARLIQ 14 May 2021, 20:54 Erməni əsgərin asılmış meyiti tapıldı 14 May 2021, 20:40 “İyunda məhdudiyyətləri ciddi şəkildə yumşaltmağı planlaşdırırıq” - Ərdoğan 14 May 2021, 20:28 Mehriban Əliyeva Qarabağdan növbəti paylaşım etdi - VİDEO 14 May 2021, 20:14 Şentop Sahibə Qafarovaya zəng etdi 14 May 2021, 20:05 Apreldə bahalaşan və ucuzlaşan MƏHSULLAR 14 May 2021, 18:31 Şuşada keçirilən "Xarıbülbül" festivalı heç vaxt yaddaşlardan silinməyəcək 14 May 2021, 17:52 Bakıda restoranda partlayış: 4 nəfər yaralandı 14 May 2021, 17:30 Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb 14 May 2021, 17:14 Ceyhun Bayramov avropalı diplomatla sərhəddəki gərginliyi müzakirə etdi 14 May 2021, 16:57 Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI 14 May 2021, 16:49 Daha 326 nəfər koronavirusa yoluxdu: 12 nəfər vəfat etdi 14 May 2021, 16:36 “Düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq eşitməyə məhkum olacaq” - Deputat 14 May 2021, 16:23 Ceyhun Bayramov ABŞ Dövlət katibi ilə danışıqlar apardı                                         14 May 2021, 16:07 Azərbaycan övladlığa verilən uşaqların sayı açıqlandı 14 May 2021, 15:55 Dost ölkə prezidentindən İlham Əliyevə ZƏNG 14 May 2021, 15:43 AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır 14 May 2021, 15:30 Yasamalda 26 yaşlı gəncin ölümü ilə bağlı cinayət işi AÇILDI 14 May 2021, 15:22 Türkiyənin COVID-19-a qarşı vaksini bu tarixdə HAZIR OLACAQ 14 May 2021, 15:06 Məsciddə partlayış: 12 ölü, 20 yaralı 14 May 2021, 14:48 “Paşinyan Azərbaycanla sərhəd mübahisəsinə görə Putindən....” - Kremldən AÇIQLAMA 14 May 2021, 14:26