Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri və sədr müavini seçilib.
Modern.az xəbər verir ki, bu gün keçirilən iclasda partiyanın VIII Qurultayında seçilmiş komissiya üzvləri sədr vəzifəsinə Sevinc Hüseynovanın, sədr müavini vəzifəsinə isə Nizami Səfərovun namizədliyini irəli sürüblər.
Sevinc Hüseynova yenidən YAP Təftiş Komissiyasının sədri, Nizami Səfərov isə sədr müavini seçilib.
Qeyd edək ki, hər iki şəxs partiyanın VII Qurultayından sonra da həmin vəzifələri tutub.
