Modern.az

Müxtəlif ölkələrin gənc alimləri Bakıya toplaşıb

Müxtəlif ölkələrin gənc alimləri Bakıya toplaşıb

5 Oktyabr 2009, 21:17

Oktyabrın 5-də AMEA-nın  Geologiya Institunda gənc alim və tələbələrin “Yer elmləri sahəsində tədqiqatların yeni istiqamətləri” adlı III Beynəlxalq elmi konfransı keçirilib. Konfransın təşkilatçıları Azərbaycan Geoloqlarının Milli Komitəsi, Geologiya İnstitutu və institutun Gənc Alimlər Şurasıdır. Tədbirdə ABŞ, Almaniya, Belarus, Polşa, Qazaxıstan, İran və Gürcüstandan olan 90-a yaxın gənc alim və tələbə iştirak edib.
Modern.az xəbər verir ki, BP şirkətinin dəstəyi ilə keçirilən konfransda çıxış edın Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadə bildirib ki, tədbirin keçirilməsində məqsəd Yer elmlərinin müxtəlif istiqamətləri üzrə gənc alim və tələbələrin təcrübə mübadiləsini genişləndirmək, bilgilərini artırmaq, həmçinin yeni tədqiqat mövzuları, obyektləri seçməkdir.
Toplantıda “Yanar şistlərin elastiklik əmsalının təyini üsulu”, «Bakı şəhərinin seysmik təhlükəsi, dayanıqlığı və riskinin ədədi qiymətləndirilməsi”, “Azərbaycan zəlzələlərinin fraktal statistikası”, “Qobustanın palçıq vulkanlarının xəritəsinin ArcCİS mühitində tərtib olunması”, “Təbrizin ərazisinin kembriyə qədərki metallogeniyası, Şimali-Qərbi İran”, “Gürcüstan ərazisində seysmohidrodinamiki müşahidələr” və s. mövzularda məruzələr dinlənilib.
Proqram çərçivəsində xarici qonaqlar Gənc Alimlər Şurasının işi ilə tanış olacaq, oktyabrın 6-da Pirəkəşkül palçıq vulkanına ekskursiya edəcəklər. Konfrans öz işini 6 oktyabr tarixinədə yekunlaşdıracaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi