Modern.az

Azərbaycanda oğruların ən çox tamah saldığı avtomibil

Azərbaycanda oğruların ən çox tamah saldığı avtomibil

Ölkə

7 Oktyabr 2009, 12:59

Son illər respublikamızda avtomobil oğurluğu hallarının sayı xeyli artıb. Modern.az Daxili İşlər Nazirliyinin statistikasına əsasən, 2007-ci ildə respublika ərazisində oğrular 100, 2008-ci ildə isə 185 avtomobili qaçırıblar. Bu ilin yanvar-iyun ayları ərzində isə oğruların qaçırdığı avtonəqliyyatın sayı 77 ədəd olub.

DİN-in məlumtına görə, oğurlanın avtomobillərin əksəriyyətini Rusiya istehsalı olan «VAZ» markalı «Jiquli» avtomobiləri təşkil edir. Oğrular aradabir xarici markalı maşınlara da tamah slırlar. Xüsusilə son illər xarici markalardan olan bahalı avtomobillərin də qaçırılması hallarına tez-tez təsadüf olunur. DİN-in statistikasına görə, 2005-ci ildən sonra qaçırılan avtomobillərin sıyahısına BMV, «Mersedes», «Nissan», «Daewoo», «Hunday» kimi xarici markadan olan maşınlarda əlavə olunub. 

Avtomobil oğruları üçün ən münbit məkan isə təbii ki, Bakı şəhəridir. Maşın oğurluğuna görə sonrakı yerlərdə Gəncə, Yevlax, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, Bərdə, Zaqatala, Göygöl rayonları gəlir.  

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir