6 Aprel 2020, 16:47 | Ana Səhifə - Yazılar - Jurnalistikada da, sosial şəbəkədə də fürsətçi dələduzlar var
Jurnalistikada da, sosial şəbəkədə də fürsətçi dələduzlar var

Fazil Mustafa,
Milli Məclisin deputatı


Fürsətçilik yalnız maska, spirt, qiymətlərin süni şəkldə qaıdırılmasında deyil. Jurnalistikada da, sosial şəbəkədə də vətənpərvərlik paqonlarını taxıb avaralanan bəzi fürsətçi dələduzlar var. Bunlar bilirsiniz nə edirlər? Xalqın duyğuları ilə oynayaraq yanlış informasiya ilə kimlərisə hədəfə götürürlər, kimlərinsə təbliğatını aparırlar. Baxın, statuslar paylaşırlar ki, filan deputatlar seçicilərə yardım etdi. Bəs digərləri? Dərhal başıboş bir kütlə məsələnin mahiyyətini anlamadan başlayır ucdantutma digər deputatları qınaq obyektinə çevirməyə. Bu davranışa ona görə dələduzluq deyirəm ki, səbəbini bilirəm. Hansısa deputatdan beş-on manat alıb, yaxud da hansısa xahişini aşırıb, vəssalam, onun təbliği naminə hamını hədəfə çevirməyə başlayırlar. Kiminsə imkanı səviyyəsində seçicilərini kömək etməsi çox yaxşı işdir və əminəm ki, deputatların böyük əksəriyyəti səssiz-səmirsiz bunu edirlər. Həm də dövlətin yaratdığı fonda da vəsait köçürərək, dövlət tərəfindən də bu dəstəyin göstərilməsinə yardımçı olurlar. İndi karantin qaydalarına görə deputatın köməkçiləri də bayıra çıxmaq imkanına sahib deyillər, insanlarla geniş əlaqə saxlaya bilmirlər. Bu işi dövlətin sosial müdafiə qurumları koordinasiyalı şəkildə edir və etməlidirlər də! Deputatın biznes fəaliyyəti ilə məşğul olması qanunla yasaqdır, əmək haqqından başqa gəlir mənbəyi normalda olmamalıdır. İstisna olaraq pedaqoji fəaliyyətdən də inanmıram ki, elə də əhəmiyyətli gəlir əldə etsin. Üstəlik də əməkhaqqından müəyyən bir hissəni də koronavirusla mübarizəyə dəstək üçün yönəldir. Özünün də hansısa rəsmi və zəngin fondu yoxdur. O halda xərclədiyi vəsaiti ya obyektlərinin gəlirlərindən, ya da aldığı qanunsuz rüşvətdən olmalıdır. Bu kimi neqativ faktlar da ortaya çıxan kimi, edilən xeyirxalığı da unudan məhz bu sosial şəbəkə və media dələduzları olur ki, başlayırlar şivənə: bəs deputat niyə qanunsuz fəaliyyətlə məşğul olur? Qəribə parodoksdur, adamdan həm təmizlik tələb edirlər, həm də sövq edirlər ki, haradan istəyirsən qazan və seçiciyə pul xərclə! Şəxsən mən seçki dairəmdə əsasən tənha yaşlılar üçün dəstəyi gücüm yetən səviyyədə edirəm. Çünki onların internete girmək, yaxud da marketə getmək imkanları belə olmur. Digər müraciətləri də yerli icra hakimiyyətinə və sosial müdafiə qurumuna yönləndirirəm ki, həqiqətən imkanı olmayan kimsə unudulmasın. Bütün ehtiyacı olan insanlara köməklik göstərmək üçün deputatların maddi imkanı yoxdursa, onları ucdantutma hədəfə çevirmək tərbiyəsizlik deyilmi? Kimisə təbliğ etmək istəyirsinizsə, edin. Kiməsə yarınırsınızsa, yarının. Ancaq başqalarını o halda ittiham edə bilərsiniz ki, səlahiyyət və imkan sahibi olsun, lakin öz səlahiyyətlərini yerinə yetirməsin.Bu addımla həm də dövlətin etdiklərini də kölgə altına salırsınız. Çünki dövlət özü vətəndaşına lazımi səviyyədə sahib çixir, bu dəstəyi ala bilməyən insanlara da hamılıqla kömək etməliyik ki, bu çətin günlərdə unudulmasınlar.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Mişa ona qurulan məhkəməni “milli biabırçılq” adlandırdı - Hər larinin hesabatını verməyə hazıram 3 Dekabr 2021, 23:50 QHT Agentliyi qrant müsabiqəsi elan etdi 3 Dekabr 2021, 23:44 Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?