7 Aprel 2020, 11:51 | Ana Səhifə - Yazılar - Hacı Əbdüllə bağlı xatirələrim var...
Hacı Əbdüllə bağlı xatirələrim var...

Firuz Mustafa

Hacı Əbdül 80 yaşında vəfat edib. Allah rəhmət eləsin.

Mənim də onunla bağlı bəzi xatirələrim var.

Vaxtilə (sovet dönəmində) AzTV-də “İlğım” adlı bir verilişin aparıcısı idim. Düzdür, mən adı çəkilən təsisatın, yəni televiziyanın ştatda olan əməkdaşı deyildim. Amma bu veriliş o vaxtlar kifayət qədər populyar idi və onun özəlliklərindən biri də qeyri-adi hadisələrə işıq tutmaq idi.

Bizim verilişlərdə “qar adam”, “uçan boşqab”, “klinik ölüm”, “ölüm tuneli”, xülasə, qeyri-adi hadisələr haqqında söhbət açılırdı. Hətta, o zamana qədər haqlarında mediada söz deyilməsinə ciddi tabu qoyulmuş, amma xalq arasında məşhur olan çıldaqçı Ağasəlim, meyxanaçı Nizami Rəmzi haqda da verilişlər hazırlamışdıq.

Günlərin bir günü qərara aldıq ki, təzə meydana gələn “Tövbə” cəmiyyəti və onun sədri Əbdül Almasov haqda da bir veriliş hazırlayaq. İşıqçını və operatoru götürüb üz tutduq dəqiqləşdirdiyimiz ünvana-Əbdülün, səhv etmirəmsə, o vaxtlar fəaliyyətə başladığı yerə, daha doğrusu təmirdən təzəcə çıxan İmam Hüseyn məscidinə.

Söhbət əsnasında o da məlum oldu ki, Əbdül deputat olmaq istəyir. Amma sonralar birinci turda onun bəxti gətirmədi və yenə səhv etmirəmsə onun “sənəd verdiyi” dairədən əvvəlcə dostumuz, Xalq şairi Nəriman Həsənzadə deputat seçildi.

Əbdül həyatın hər üzünü görmüş adam idi. Verilən sualları öz imkan və qabiliyyəti çərçivəsində cavablandırdı. Biz onun dediklərini lentə aldıq. Bu, öz yerində.

Amma məsələnin ən maraqlı yeri sən demə hələ irəlidə imiş. Arada Əbdül bizdən çox mədəni qaydada bir neçə dəqiqəlik icazə alıb məsciddən çıxdı. Və az sonra geri qayıtdı. İndi onun əlində uzun bir şallaq və yanındasa kürən bir oğlan vardı. Bu gənc oğlan milliyyətcə rus (və ya ukraynalı) idi. Demə, bu bakılı vətənpərvər həmyerlimiz könüllü şəkildə, yəni öz ayağı ilə Əbdülün yanına gəlibmiş. Oğlanın ricası çox sadə və bir az da əcaib idi: əyyaşlıqdan (yəni alkollu içki asılılığından) uzaq qaçmaq və müsəlman olmaq (yəni sünnət olunmaq).

Bunun üçün xüsusi protsedura varmış: əvvəlcə oğlanın, yəni bu xristian balasının tövbə etməsi lazım idi. Əbdül elə yanımızdaca oğlanın kürəyinə bir-iki şallaq dartdı. Əyyaşlığa qurşanmış gənc əllərini yuxarı qaldırıb gülümsəyərək qarışıq bir leksikonda cani-dildən Əbdülə təşəkkür etməyə başladı.

Sanki bu “tamaşa” əvvəlcədən məşq edilib hazırlanmışdı. Mən bu “tamaşanın” arxasına baxmaq istəmirdim. Ona görə də Əbdüldən xahiş etdim ki, bu “çıxışa” xətm versin, çünki biz tələsirik, buradan biz çıxıb başqa bir çəkilişə getməliyik.

Əbdül təəccübləndi. Bizə, yəni televiziyadan gələnlərin timsalında mənə, müraciətən dedi:

- Bəyəm çəkmək istəmirsiz bu tövbə epizodunu?..

Mən bildirdim ki, bu cür hərəkətlərin lentə alınması, üstəlik ekranda göstərilməsi, həm onun özünün, həm də “Tövbə” cəmiyyətinin nüfuzuna xələl gətirə bilər.

Əbdül çox da dərinə gedib mübahisə etmədi. Amma bizə öz arzusunu bildirdi:

- Çəkmək istəməsiniz, lap yaxşı, bu sizin öz işinizdır. Onsuz da mən indi bu övladımızın şallaq payını necə lazımdır artıqlaması ilə verəcəyəm. Amma bir xahişim var. Bir həftədən sonra bu balamızın sünnət toyu olacaq. Kirvəsi də məlumdur. Mən onu müsəlman edəcəyəm. Bax indi mən bu fürsətdən istifadə edib sizin hamınızı sünnət toyuna dəvət edirəm. Bütün xərclər mənim boynumadır. Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir... Bəyəm pis iş görürəm?

Biz xudahifizləşib Əbdüldən ayrıldıq.

Veriliş efirə getdi. Pis də qarşılanmadı.

Az sonra, Hacı Əbdül deputat seçildi.

Sonralar o, siyasi proseslərə qoşuldu. Bir müddət həbsxanada da “yatdı”. Və səsi də, fiziki mənada batdı.

Bir-iki il əvvəl ailə qurub təzədən evləndi və dünyaya gələn oğluna öz adını verdi, yəni dünyaya ikinci Əbdül gəldi.

Biz sonralar onunla Hüseyn Cavid bağı və “Nizami” metrostansiyası tərəfdə arabir rastlaşdıq. İndi Hacı Əbdülün səsi tutulmuşdu, sanki danışanda onu boğurdular.

Koloritli bir adam idi Hacı Əbdül. Özü də köhnə idmançı idi.

Onun səsi qulağımdadır: “Mənim borcum bu mütəqəlqəl zamanda yolunu azanları Allah yoluna dəvət etməkdir... Bəyəm pis iş görürəm?..”

Bax belə.

Ta orasını bilmirəm ki, bu bu mütəqəlqəl zamanda Hacı Əbdülün dəfni necə keçdi?

Bax belə-belə işlər.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Paytaxtın bu ərazisində tıxac yaranıb - FOTO 11 May 2021, 20:35 Heydər Əliyevin Belqrad və Buxarest şəhərlərindəki abidəsi ziyarət edildi - FOTO 11 May 2021, 20:28 Rusiya Rumıniya diplomatını ölkədən çıxarır 11 May 2021, 20:18 İran və ABŞ dənizçiləri arasında insident 11 May 2021, 20:04 Buffon ayrılıq qərarı verdi 11 May 2021, 19:20 Gümüş və bürünc medalçılar da müəyyənləşdi 11 May 2021, 19:12 Şəmkir sakini bibisi oğlunu GÜLLƏLƏDİ 11 May 2021, 19:05 40 kilometrlik "Zəngəzur dəhlizi" mütləq açılacaq 11 May 2021, 18:58 Prezident və xanımı Tatarıstan liderinə başsağlığı verdi 11 May 2021, 18:50 İlham Əliyev Putinə başsağlığı verdi 11 May 2021, 18:43 ANS-i ANS edən kim olub: Mirşahin, Vahid Naxış, yoxsa... 11 May 2021, 18:36 Formula 1 Türkiyə Qran-Prisi ləğv oluna bilər 11 May 2021, 18:29 “Spartak” Ayaz Quliyevlə yollarını ayırdı 11 May 2021, 18:22 Bacısı qızını boğaraq öldürən dayı HƏBS EDİLDİ 11 May 2021, 18:15 Lavrov Bakıdakı Müqəddəs Məryəm kilsəsində - FOTOLAR      11 May 2021, 18:08 Azərbaycanda deputat millət vəkillərinin maaşının azaldılmasını təklif etdi - ÖZƏL 11 May 2021, 18:00 Messi “Barselona” ilə danışıqlara başlayıb 11 May 2021, 17:54 Bakının əsas küçə və prospektlərində sıxlıq var 11 May 2021, 17:48 Çavuşoğlu Tatarıstan prezidenti ilə DANIŞDI 11 May 2021, 17:41 İspaniya və İsveçdə Heydər Əliyev yad edilib 11 May 2021, 17:34 Ukraynanın Baş nazirinin Azərbaycana səfəri planlaşdırılır 11 May 2021, 17:27 Ceyhun Bayramov və Lavrovun görüşünün təfərrüatı AÇIQLANDI 11 May 2021, 17:20 Avropa Şurası ilə birgə layihəyə başlanıldı 11 May 2021, 17:13 Səfir Bakıda Türkiyə yığması ilə görüşdü 11 May 2021, 17:06 Nantdakı "Qarabağ" məktəbinin şagirdlərinə ümummilli liderin fəaliyyətindən danışılıb 11 May 2021, 16:59 Prezidentin Naxçıvandan verdiyi mesajlardan Ermənistan nəticə çıxarmalıdır 11 May 2021, 16:52 Məktəblilər təlim mərkəzlərindəki praktiki məşğələlərdə iştirak ediblər - FOTOLAR 11 May 2021, 16:45 Ölkəmizdə daha 18339 nəfərə vaksin vuruldu 11 May 2021, 16:38 Koronavirus Azərbaycanda bu gün -  STATİSTİKA 11 May 2021, 16:31 Bolqarıstan parlamenti buraxıldı 11 May 2021, 16:24 Böyük Britaniyada vaksin pasportları tətbiq olunacaq 11 May 2021, 16:17 Çətənə yetişdirən şəxs saxlanıldı 11 May 2021, 16:10 Tatarıstanda matəm elan olundu 11 May 2021, 16:04 Türkiyə XİN Rusiyaya başsağlığı verdi 11 May 2021, 15:57 Jurnalistlər Qubadlıda DSX-nin hospitalı ilə tanış olublar - FOTO 11 May 2021, 15:50