21 Aprel 2020, 09:15 | Ana Səhifə - Yazılar - Neft 1 dollara - 20 aprel tarixə düşəcək
Neft 1 dollara - 20 aprel tarixə düşəcək

Elçin Alıoğlu


Dünənki gün tarixə düşəcək. Amma isteriyaya və təlaşa səbəb yoxdur. Çoxsaylı "divan ekspert"lərinin rəylərinə nəzər salsaq, az qala dünyanın sonudur.

Belə deyil.

Dünya bazarlarında xam neftin kəskin, hətta fantastik sürətlə ucuzlaşmasının yeganə səbəbi qlobal koronavirus pandemiyasıdır.

Az qala bütün dövlətlərdə karantin rejimi elan olunduğundan, işgüzar aktivlik minimuma enib, daşımalar və loqistika zəfiləyib. Təyyarə, gəmi və avtomobil trafiki də düşdüyündən, təbii ki, neftə də tələbat sürətlə üzüaşağı gedib.

İndi may fyuçersləri ilə satılan, yəni alıcıya may ayında çatdıralacaq WTI neftinin 1 barrelinin dəyəri həmin barrelin vurulacağı dəmir çəlləyin qiymətindən 6 dəfə ucuzdur.
Fiziki neft artıq kimsəyə gərək deyil.

Çıxarılmış nefti sağlamağa yer yoxdur, satmağa alıcı yoxdur, nə etməyi də kimsə bilmir.

Anbarlar neft ilə dolu olsa da, neft hasil edən ölkələr həmin "qara qızıl"la nə isə etməlidirlər: anbarlar və tankerlər boşaldılmalıdır.
Anbarlar faktiki olaraq 80 faiz dolub və çıxarılan nefti doldurmağa az sonra yer olmayacaq.

Məhz bu səbəbdən neftin bir barrelinin qiyməti əvvəlcə 10 dollara, sonra 0 dollara, sonra da mənfi göstəricilərə düşdü.
Sutka ərzində NYMEX birjasında neft 300 faiz ucuzlaşdı.
Ümid iyun ayınadır.

Dünya ölkələrinin çoxunda iyun ayında karantin rejiminin yumhalması, dünyanın ən iri iqtisadiyyatlarının canlanması gözlənilir.

Bu da iyundan sonra neftə tələbatı artıra bilər.
Bir daha təkrar edirəm: aprelin 21-də alııcıya çatdırılacaq neftlə bağlı belə məşhərdir.

Bir ay sonra satılacaq neftin 1 barrelinin qiyməti təqribən 21 dollardır.

Hazırda dünya bazarlarında neftin təklifi tələbatı sutkada 29 milyon barrel üstələyir.

ABŞ-da ötən həftə neft ehtiyatları 19,25 milyon barrel artıb.
Durumu ağırlaşdıran digər məqam isə tankerlərdə saxlanan neftin həcminin 160 milyon barrelə (!) çatmasıdır.

 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Şəhriyar və Teymur FİDE reytinqində mövqeyini qorudu 31 İyul 2021, 21:38 Nazir müavinindən Türkiyədəki azərbaycanlı jurnalistlərə xəbərdarlıq 31 İyul 2021, 21:22 Bakıda mənzildən kişi meyiti tapıldı 31 İyul 2021, 21:08 Növbəti qrup Türkiyəyə yola düşdü - 1 helikopter, 53 texnika, 220 yanğınsöndürən 31 İyul 2021, 20:55 Rusiya qırıcısı dənizə düşdü 31 İyul 2021, 20:48 Prokurorluq bıçaqlanan polislə bağlı məlumat yaydı 31 İyul 2021, 20:36 FHN generalı Türkiyədəki yanğınla bağlı son vəziyyəti açıqladı 31 İyul 2021, 20:24 Bodrumda daha bir yanğın - 3 otel boşaldıldı 31 İyul 2021, 20:09 İki qardaş yol qəzasında yaralandı 31 İyul 2021, 19:55 Bir gündə rekord sayda peyvənd vuruldu 31 İyul 2021, 19:40 Türkiyəyə alovun içində qardaş dəstəyi - VİDEO 31 İyul 2021, 19:33 Marmaris bələdiyyəsi Azərbaycana təşəkkür etdi 31 İyul 2021, 19:25 Bitkoinin qiyməti 42 min dollara çatdı 31 İyul 2021, 19:20 Bakıda Reza Deqatinin sərgisi təşkil olundu - FOTOLAR 31 İyul 2021, 19:10 Həbsdən çıxanlar özünüməşğulluq proqramına cəlb edilir 31 İyul 2021, 19:00 Mehriban Əliyeva “Yüksəliş” müsabiqəsinin qaliblərini TƏBRİK ETDİ 31 İyul 2021, 18:34 Azərbaycan-İsrail iqtisadi əlaqələri genişlənir - FOTO   31 İyul 2021, 18:20 FHN-nin növbəti qrupu Türkiyəyə yola düşür - VİDEO 31 İyul 2021, 18:11 “Belə zamanlarda qardaşlığa çox ehtiyac duyulur” - Ərdoğan 31 İyul 2021, 18:02 Yoluxma sayı açıqlandı - 1 nəfər vəfat edib 31 İyul 2021, 17:50 FHN əməkdaşları Türkiyədə dəhşətli anlar yaşadı - VİDEO 31 İyul 2021, 17:35 BMT-dən aclıq fəlakəti ilə bağlı xəbərdarlıq   31 İyul 2021, 17:27 Eldəniz Səlimovun polis haqqında dedikləri... 31 İyul 2021, 17:05 Bakıda 546 küçə dezinfeksiya edilib 31 İyul 2021, 16:57 Flora Kərimova Prezidentə hərbi salam verdi - “Sizi sevirəm” 31 İyul 2021, 16:48 Keniyalı atletdə dopinq aşkarlandı 31 İyul 2021, 16:23 Hərbçilər üçün konsert verilib - FOTOLAR 31 İyul 2021, 16:14 Nazirlik: Neft ixracı azalıb   31 İyul 2021, 16:05 Həlak olan əsgərimizin FOTOSU 31 İyul 2021, 15:51 Tokio-2020: Futbol yarışlarında ilk yarımfinalçı bəlli oldu 31 İyul 2021, 15:43 Azərbaycan Ordusunun əsgəri həlak oldu  31 İyul 2021, 15:35 Doktoranturaya sənəd qəbulu başa çatır 31 İyul 2021, 15:32 Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr   31 İyul 2021, 15:29 Qadınların da olduğu narkotik şəbəkəsi ifşa edildi 31 İyul 2021, 15:08 Əfqanıstanda 60 nəfər selin qurbanı oldu 31 İyul 2021, 15:00