Rusiyada ailələrin 59 faizində ən azı 1 pişik saxlanılır. Bu göstərici ölkəni pişik saxlayan ailələrin payına görə dünyada ilk sıraya çıxarıb.
Modern.az xəbər verir ki, araşdırmaya əsasən, ikinci və üçüncü yerləri Rumıniya və İndoneziya tutur. Bu ölkələrdə ailələrin müvafiq olaraq 48 və 47 faizinin ən azı 1 pişiyi var.
İlk onluğa Filippin (43 faiz), Tailand (42 faiz), Polşa (41 faiz), Yeni Zelandiya (41 faiz), ABŞ (37 faiz), Latviya (37 faiz) və Macarıstan (35 faiz) da daxil olub.
Araşdırmada qeyd edilir ki, Şərqi Avropada pişiklərin geniş yayılması ənənələrlə əlaqəlidir. Keçmişdə bu heyvanlar kənd təsərrüfatında, xüsusilə gəmiricilərə qarşı mübarizədə mühüm praktik rol oynayıb.
Cənub-Şərqi Asiyada isə getdikcə daha çox ailənin pişik saxlamağa başladığı bildirilir. Tədqiqatın müəllifləri bunu şəhərləşmə və orta təbəqənin artması ilə əlaqələndirirlər.
Maraqlıdır ki, siyahının liderləri arasında Yeni Zelandiya da yer alıb. Ölkədə quşların qorunması ilə bağlı müzakirələrin davam etməsinə baxmayaraq, ailələrin 41 faizində ən azı 1 pişiyin olduğu qeyd edilir.