Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsinin dövlətçilik yolunda hələ ilk addımlarını atdığını bildirib.
Modern.az xəbər verir ki, Ermənistanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində “XİN rəhbəri ilə söhbət: müstəqillik və xarici siyasət” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə 250-yə yaxın gənc iştirak edib.
İştirakçıları salamlayan Ararat Mirzoyan Ermənistanın sentyabrın 21-də müstəqilliyinin 35-ci ildönümünü qeyd edəcəyini bildirib.
“...sizinlə çox səmimi olmaq istəyirəm: ən azı məndə belə bir hiss var ki, biz yenicə dövlət olmağa başlayırıq”, – Mirzoyan deyib.
O qeyd edib ki, obyektiv və ya subyektiv səbəblərdən Ermənistan həqiqi və müstəqil dövlətə çevrilmək yolunda ilk addımlarını atır.
Nazirin sözlərinə görə, bu, ilk növbədə xarici siyasətdə və digər dövlətlərlə münasibətlərdə özünü göstərir.