Modern.az

Moskvaya 249 dron hücum etdi - ölənlər var

Moskvaya 249 dron hücum etdi - ölənlər var

İqtisadiyyat

Bu gün, 11:10

Rusiyanın Moskva vilayətinə gecə saatlarında həyata keçirilən kütləvi pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.

Modern.az xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, yaralananlar arasında 3 uşaq da var. Onlardan 15-i xəstəxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.

Hücum zamanı ən ciddi nəticələr Ramensk rayonunda qeydə alınıb. Sofino kəndində PUA üçmərtəbəli yaşayış binasına çırpılıb. Nəticədə binanın altı mənzilinə ziyan dəyib, 44 yaşlı qadın həyatını itirib. Daha 5 nəfər, o cümlədən 2 uşaq yaralanıb.

Oreхovo-Zuyevo rayonunda isə yaşlı kişi içərisində olduğu fərdi evin dağılması və yanması nəticəsində ölüb.

Şimal şossesində yerləşən 21 mərtəbəli yaşayış binasının damında yanğın baş verib. Binadan təxminən 400 nəfər, o cümlədən 70 uşaq təxliyə edilib. 20 avtomobilə də ziyan dəyib.

Kotelniki şəhərində PUA yaşayış binasına düşüb və yanğın binanın üç mərtəbəsindəki mənzilləri əhatə edib. Ramensk, Kolomna, Yeqoryevsk, Lyubertsı, Lıtkariνο, İstra və digər ərazilərdə də yaşayış evlərinə və müxtəlif obyektlərə ziyan dəyib.

Vorobyovun məlumatına görə, səhər saat 03:00-dan 05:00-dək Moskva vilayətinin 17 rayonunda hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələri 249 PUA-nı vurub və ya zərərsizləşdirib.

Hücum Moskva şəhərinə də çatıb. Moskva meri Sergey Sobyaninin sözlərinə görə, paytaxtdakı neft emalı zavodunun ərazisində obyekt zədələnib. Şəhərdə itki barədə məlumat verilməyib.

Hücumla bağlı Ukrayna tərəfinin açıqlaması barədə məlumat yoxdur. Hadisə Rusiyada parlament seçkilərinin son günündə baş verib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı