Modern.az

Qarabağ separatçılarının ideoloqu ABŞ-yə qaçdı

Qarabağ separatçılarının ideoloqu ABŞ-yə qaçdı

Aktual

Bu gün, 08:48

Vaxtilə erməni kilsəsinin Qarabağ yeparxiyasının rəhbəri olmuş arxiyepiskop Parqev Martirosyan ABŞ-da  immiqrant statusu əldə edib.

Modern.az xəbər verir ki, bu barədə erməni əsilli vəkil Kristine Parikyan məlumat yayıb.

Bu status müəyyən hallarda birbaşa daimi yaşayış icazəsi - “Green Card” əldə etmək imkanına yol açır.

Xatırladaq ki, Parqev Martirosyan I Qarabağ Müharibəsi və 44 günlük Vətən Müharibələrində Qarabağdakı separatizmin əsas ideoloqlarından biri olub. 

O, Vətən Müharibəsindən sonra 2020-ci ildə ABŞ-yə qaçıb və hazırda həmin ölkədə yaşayır. 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı