Modern.az

Yaponiya Azərbaycana 556268 dollar ayırıb

Yaponiya Azərbaycana 556268 dollar ayırıb

7 Oktyabr 2009, 16:50

Yaponiya hökuməti “Ot kökləri və insan təhlükəsizliyi” və “Mədəniyyət üzrə ot kökləri” Qrant Yardımı proqramları çərçivəsində Azərbaycanda həyata keçiriləcək 6 yeni layihənin icrasına 556 min 268 ABŞ dolları vəsait ayırıb.
Yaponiyanın Azərbaycandakı səfirliyinin məlumatına görə, “Ot kökləri və insan təhlükəsizliyi” Qrant Yardımı Proqramı çərçivəsində “Qax rayonunun Qorağan kəndində tibbi məntəqəsinin tikintisi” layihəsinə 85 min 931, “Saatlı rayonu Varxankənd kəndində tibbi məntəqəsinin tikintisi” layihəsinə 96 min 805, “Kürdəmir rayonu Şalıbəyli kəndində tibbi məntəqəsinin tikintisi” layihəsinə 84 min 475, “Şamaxı rayonu Məlikçobanlı kəndində su təchizatı sisteminin yaxşılaşdırılması” layihəsinə 96 min 682, “Fizuli rayonu Böyük Bəhmənli kəndində içməli su təchizatı vasitələrinin tikintisi və suvarma kanalının yaxşılaşdırılması” layihəsinə 97 min dollar ayrılıb.
“Mədəniyyət üzrə ot kökləri” Qrant Yardımı Proqramı çərçivəsində isə “Biləsuvar rayonunda karate və cüdo idman qurğularının təkmilləşdirilməsi” layihəsinə 95 min 375 dollar sərf olunacaq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?