24May | Ana Səhifə - Yazılar - Təbrik XƏSTƏLİYİ
Təbrik XƏSTƏLİYİ

Fazil Mustafa,
Milli Məclisin üzvü

Adətimiz var: İnsanlar vəzifəyə təyin olunan adamı dərhal təbrik etməyə tələsirlər. Bir çox hallarda təyin olunanlar da təbriklərin səmimiyyət dəyərini çək-çevir etmədən etiket qaydalarına uyğun olaraq təşəkkürlərini bildirirlər. Burada həm də bəzən bir an, bəzən də bir gün məsələsi var. Qətiyyən gecikmək olmaz. Sonra qəbula gedəndə gecikdiyin vaxt qədər də orada gözləməli olacaqsan. Üstəlik qəbul olunmamaq kimi bir durumla da qarşılaşmaq ehtimalın ola bilər.

Oktyabr çevrilişindən öncə bolşevik qulduru Leninin söylədiyi tərzə yaxın bir bir ifadə burada da keçərlidir: "Təbrik etməkdə ləngimək, siyahıdan silinməyə bərabərdir". Bəzən elə hallar da olur ki, yenicə vəzifəyə təyin olunan şəxslərlə əvvəlcədən tanışlıq münasibəti varsa və əgər unudaraq təbrik etməmisənsə, ən yaxşı halda ərkyana giley, ən pis halda da qəzəb də duyursan. Təqribən belə: "Bu boyda məqama gəldim, adamın əlini atıb telefona ağızucu təbrik etməyə də dili gəlmədi".

Biz azərbaycanlıların öz boynuna vəzifə götürmək ənənəsində də xeyli qəribəliklər var. Adam çox vaxt söyləməz ki, bu vəzifəni götürməyə mənim ağlım və təcrübəm yetərli deyil. Sırf ona görə götürər ki, tanıdığı adamlar ondan əvvəl vəzifə götürüblər, onlarla sıralamada geridə qalmaq olmaz. Həm də ailədə, çevrədə dəyəri olmayan adamdan birdən-birə hamının təzim etdiyi bir məxluqa çevrilirsən. Artıq yasda sənə ayrıca yer saxlayacaqlar, toyda yuxarı başda əyləşdirib kimlərlə bir masa arxasında oturmaq istədiyini soruşacaqlar. Kənardan adamlar da heç vaxt söyləməzlər ki, "bu vəzifə adamın ağlına biçilib". Deyərlər ki, "lap boyuna biçilib". Vəzifənin ağılla əlaqələndirilməsi deyil, boyla əlaqələndirilməsi sırf mental qalıntılardır. Çox vaxt da kimisə vəzifəyə layiq görməyənlərin giley motivi sırf şəxsi baxışdan yaranır. "Mənim kimi kadr qalıb kənarda, gör kimi təyin ediblər".

Quranda belə bir ayə var ki, Yaradan əmanəti dağlara, göylərə, yerə təklif etdi, heç biri bu məsuliyyətin altına girmək istəmədi, lakin insan cahillikdən bu əmanəti götürdü. Əslində bu əmanət insana spesifik bir dəyər olaraq bəxş olunan ağıldır. İlahi mesajın mənasi budur ki, götürdüyün dəyərə uyğun da, altına girdiyin məsuliyyətə uyğun da əxlaqlı olmalısan, məsuliyyətinə görə davranmalısan. Çünki artıq həmin əxlaqi tələblər hesab günü dağlardan, göylərdən, yerdən soruşulmayacaq, əmanəti götürdüyünə görə məhz səndən, yəni insandan soruşulacaq. Bu qədər sadə bir ilahi formul qarşımıza qoyulub.

İndi keçək sözümüzün canına. Vəzifəyə təyin olunmağa heç bir təbrik düşmür. Çünki vəsifə məsuliyyətdir, onun öhdəsindən gəlib-gəlməmək bu məsuliyyətə hər kəsin necə yanaşmasından asılıdır. Əgər vəzifəyə bir fürsətçilik kimi baxacaqsansa, bir komfort kimi yanaşacaqsansa, sonrası xeyli ağır nəticələrlə qarşılaşmaq deməkdir. Təbrik, məhz vəzifədə qazandığın hansısa uğura görə, atdığın faydalı addıma görə düşür. Təsəvvür edək ki, sən bir müəllimsən. Müəllim olduğuna görə adamı təbrik etməzlər. Əgər şagirdin, tələbən hansısa uğura imza atıbsa, burada sənin payın olduğuna görə sənə təbrik düşür. Adam alimdir. Titulları dələduzluq yolu ilə alıb yığıb adının altına. Hər titul alanda da adama təbrikləri yağdırırlar. Bir sağlam kadr yetişdirməyib, üstəlik də bir sanballı əsər yaza bilməyib, bunun harasına təbrik düşür? Bir deputata da, bir nazirə də, bir icra başçısına da, bir generala da oxşar münasibət sərgilənməlidir. Məsuliyyətin altına girmisənsə, faydalı olmaq zorundasan. Məhz gördüyü işə görə, adama təbrik və ya töhmət yönəltmək olar. Onsuz da təyin olduğun yerdə adamlar sənə bir prinsiplə yanaşacaqlar: "Adama hörmət etməsək də, məqama hörmət edək!". Məqamda oturan Adam olacaqsa, hər ikisinə hörmət etmək mümkün olacaq.

Bilmirəm, ruslarda, ingilislərdə, hətta Anadolu türklərində bu varmi, ancaq düşünürəm ki, dolma-plov-ləvəngi kimi, məhz bizə məxsus daha maraqlı bir mental xüsusiyyət də var. Təbrik etdiyin vəzifəli şəxs də hər fürsətdə təyin olunmasına vasitəçilik edəni və yaxud təyin edəni xatırladaraq "adamın çörəyini yeyirəm" ifadəsi ilə sədaqət, qədirbilənlik simptomlarını da vurğulamağı zəruri sayır. Tost külliyatında ən çox baş vurulan ifadə də budur. Bəzən təyin edən şəxsin hansısa vücud elementlərini yeməyə hazır olduğunu bəyan edən vəzifə sahibləri yalnız çörəklə doymadıqlarını da bəyan etməkdən çəkinmirlər. Bu ifadə bizdə vəzifənin borc kimi deyil, süfrə qırıntılarını yemək kimi anlaşılmasını bariz şəkildə göstərir. "Ruzi Yaradandan, halallıq insanlardan" prinsipinin işləyişinə isə hələ ki, uzun illər var.

Hər şey elə bu cür təbrik mərəzindən başlayır. Gənc adam bir rayona icra başçısı, yaxud nazir, yaxud da baş idarə rəisi təyin olunur. Cəmiyyət öz mental anormallığı ilə təbriki təbrik dalınca yağdırmaqla ilk gündən adamı havaya soxmağa başlayır. Belə bir durumda ən anlamlı ifadə "Qəzan mübarək olsun!" ola bilər. Çünki vəzifə anlayan insan üçün bir lüks deyil, bir məşəqqətdir, Yaradanın təqdirini qazanmaq üçün yaradılana xidmət fürsətidir.

Vəzifəyə təyin olunanı təbrik etmək rüşvət vermək kimi bir şeydir. Bu da rüşvətin söz formasında təzahürlərindən sayılır. Səmimi deyim ki, mən də hamı kimi bu rüşvəti verənlərdən sayılıram, çünki bu rüşvəti umanlara məsələnin məğzini anlatmaq çox çətin olur. Ancaq sədaqətinə görə deyil, ləyaqətinə görə insanlar hansısa uca bir mərtəbəyə qalxanda, məmləkətim adına bəlkə də ən çox sevinən insan olduğumu iddia edə bilərəm. Ən böyük sədaqət, ləyaqətdən başlayır, məncə. Ləyaqət isə hər cür təbrikə layiqdir!

MÜƏLLİFİN DİGƏR YAZILARI
“Biz mütləq öz torpaqlarımıza qayıdacağıq” - İlham Əliyev 19 Sentyabr 2020, 20:18 Yol qəzası mərkəzi prospektdə tıxac yaratdı 19 Sentyabr 2020, 20:01 Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12