28 May 2020, 19:13 | Ana Səhifə - Yazılar - “Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın
“Vətən gününüz kutlu olsun!” - deyə bir-birinizi salamlayın

Aida Eyvazlı

“VƏTƏN GÜNÜNÜZ KUTLU OLSUN!"- deyə bir-birinizi salamlayın!

Dünən də, bu gün də qulaqlarım səsdə, gözüm bayram əhval-ruhiyyəsi axtarmaq həvəsində oldu. Təkcə sosial şəbəkələrdə istifadəçilər bir-birini təbrik edir. Bu gün bir daha mənə elə gəldi ki, 98 il əvvəl bəhrəsini dərdiyimiz Müstəqilliyimizin dadını hələ dərk eləmirik. Doğrudur, 70 il tərkibində ömür sürdüyümüz Sovetlər İttifaqı və rejimi bizə çox dəyərlərimizi unutdurmağa çalışmışdı. Lakin 1991-ci ildə TALE bu fürsəti bizə bir də qismət elədi. Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov Müstəqillik Aktına imza atdı. Bu günkü müasir Müstəqil Azərbaycanımız Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşlarından bizə əmanət edilən 1918-ci ildə Şərqdə ilk müstəqillik qazanan Azərbaycan Demokratik Respublikasının varisidir. Sənədləri, arxivləri araşdırıb oxuyanda görürsən ki, 1 əsr bundan əvvəl insanlar bu Vətəni daha çox sevir, dəyərləndirirdilər.
Bilirsiniz nədən qeyzlənmişəm?

Yeni il, Novruz bayramı, Oruclüq bayramlarında məhəllələrimizdə, küçələrimizdə, evlərimizdə başqa cür şadyanalıq olur. İnsanların üzündən, əhvalından sevinc yağır. Yolda, küçədə, iş yerində, dayanacaqda, marşrutda üz-üzə gələn insanlar bir-birini təbrik edirlər. Ancaq 28 May Respublika günümüzdə , 18 oktyabr Müstəqillik bayramımızda insanlarımızda, vətəndaşlarımızda bu əhval-ruhiyyənin şahidi olmuruq. Bu bayramlarımız sanki bir təqvim xarakteri daşıyaraq , əsasən rəsmi qaydada keçirilir. Ayrı-ayrı təşkilatlar, müəssisələr, dövlət orqanları növbəti bayram təqvimi günü kimi borclarını yerinə yetirmiş olurlar. Konsertlər növbəti tədbir planı kimi çəkilib, televiziyalarda nümayiş etdirilir.

Hamımız gözəl bilirik ki, bu gün 29 yaşı tamam olan Müstəıqillik tariximiz də Azərbaycanın sinəsinə də qanla yazıldı. Dövlətimizin uğurları ilə bərabər, uğursuzluqları da oldu. Müasir dövlətçiliyimizin ilk illərində ümummilli lider Heydər Əliyev bu işin öhdəsindən bacarıqla gələ bildi. Dəmir iradəsi və liderlik xüsusiyyətləri ilə ölkənin tarixinə şanlı səhifələr yazdı. Həm xaricdən, həm də daxildən dövlət müstəqilliyimizə zərər vuranlara yerini göstərdi. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev də 70 ildən sonra, qazandığımız müstəqilliyimizi qorumaq üçün mücadilələr edir, 5 bir yanımız düşmənlə dolu bir vaxtda, həm də daxilimizdəki dövlətin içərisinə qurd kimi doluşan, onu içindən yeyənlərlə mübarizə aparır. Bu tarixi bir faktdır ki, 1991-ci ildə Müstəqillik Aktına imzanı ancaq 43 deputat atıb. Hətta böyük Rus İmperiyası qarşısında həyatlarını təhlükəyə atmaqdan da çəkinməyiblər. Bu gün demək olar ki, həmin deputatların nə özləri, nə də övladları görünür. Müstəqilliyin nə qədər böyük və gözəl nemət olduğunu anlayandan sonra isə, “peşiman olanlar”, müstəqillik Aktına imza atmayanlar fəaliyyətə başladılar. Demək olar ki, 29 il Müstəqillik tariximizdə “Vətən” , “Dövlət”, “Torpaq” deyib, daha çox özlərini və övladlarını düşündülər. Onların övladlarının əksəriyyəti bu gün Azərbaycandan çox-çox uzaqlardadırlar. Atalarının müstəqillikdən qazandıqları sərvələri hesabına kef edirlər. Sizi inandırım ki, heç Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin bu gözəl bayram günündə sərgilədikləri tədbirlərə də qatılmırlar.

Özbəkistan Respublikasındakı Azərbaycan səfirliyinin 1997-ci ilin iyil ayında baş tutan açılışında Heydər Əliyev də iştirak etmişdi. Bu ölkədəki ilk səfirimiz Özbəkistandakı çox hörmətli və məşhur azərbaycanlımız Aydın Əzimbəyov idi. O, 28 may Respublika gününün dəyərini gözəl bilirdi. Çünki ailəliklə sürgünlərdən çıxmışdılar. Bu bayram münasibəti ilə Daşkənd şəhərinin müxtəlif ali təhsil ocaqlarında oxuyan tələbələri səfirliyə dəvət edir və onlar üçün əsil bayram əhval-ruhiyyəsi yaradırdı. Məqsəd də ondan ibarət idi ki, azərbaycanlılar bir-birindən ayrı düşməsinlər, sevib-seçib, ailə qursunlar. Və təbii ki, həmin bayram tədbirində tanış olan hansısa gənclər bir gün xatirələrini vərəqləyəndə deyəcəklər ki, Biz Azərbaycan Respublikasının Müstəqilliyi günündə tanış olmuşduq. Aydın Əzimbəyovdan sonra, bu ölkədə səfirimiz şərəfli general Namiq Abbsov oldu. Diplomat kimi də öz işinin öhdəsindən layiqincə gəldi. 28 May Respublika günü ərəfəsində, 18 oktyabr günlərində tələbələri bir araya gətirmək ənənəsini o da davam etdirdi. Səfirliyin həyətində bayram süfrələri qurulur, xonçalar düzülürdü. Və bir də ki, təhsildə, səfirliyin və Azərbaycan diasporunun tədbirlərində fərqlənən gənclərə və kasıb ailələrə SPUTNİK antennası verirdi ki, soydaşlarımız asanlıqla Vətəndə baş verən hadisələrdən xəbər tutsunlar.

Vətən onda Vətən olur ki, onu canından əziz tutasan. Bizim yekə-yekə “kişiləri”miz görün bu müstəqilliyimizdən faydalanaraq, nələr etdilər. İndi qanunsuz yolla tikdirdikləri villaları, imarətləri sökülür. Və məlum olur ki, o milyonları Azərbaycanın müstəqilliyi yolunda canından keçmiş insanların qanı, canı hesabına qazanıblar. Qapılarına gələn şəhid anasını qovub, Qarabağ müharibəsi veteranını təhqir də edirlər.

Nəfsinə güc gələ bilməyən insanların ucbatındandır ki, bu gün təhsilimiz axsayır, səhiyyəmizdəki həkimlərimizin bir qismi fərasətsiz, dərmanlarımız saxtadır. Neft və Milyonlar səltənətini kor qoyan milyonçu məmur və nazirlərimizin səhhətlərində problem yaşanarkən, onu milli kadrlarımıza etibar etmirlər. Xarici ölkələrdəki həkimlərə və bahalı klinikalara üz tuturlar. Ən yüksək texnologiyalarla zəngin xəstəxanalarımızın çoxunda, həmin aparatları işlətməyən həkimlərimiz var.Həkimlərə və təhsil ocağında çalışan müəllimlərimizə isə 29 ildir ki, rüşvətxorluğu tərgidə bilmirik. Rüşvətə nə qədər “yox” desək də, bağçada və məktəbdə müəllimlərə, xəstəxanalarda qapıçısından tutmuş baş həkimlərinə qədər rüşvət istəyirlər. Nə yazıqlar olsun ki, elə öz maraqlarını güdən bəzi deputat oliqarxların, nazir-milyoner-oliqarxların ucbatındandır ki, TİBBİ SIĞORTA adlı qanunun layihəsinin hazırlanması gecikir.

Mən azadlığı, Müstəqilliyi, dürüstlüyü uğrunda canımdan keçməyə hazır olduğum Azərbaycanımda Milli DOKTRİNA və yeni MİLLİ İDEOLOGİYA istəyirəm. O təbliğatda “Vətəni sevmək imandandır!” sözləri olsun! O Milli doktrinanın birinci sətrində Azərbaycanın Respublika və Müstəqillik tarixləri günü təkcə rəsmi tarix kimi deyil, həm də ürəkdən , qəlbdən keçən, gözlənilən bir bayram kimi qeyd olunsun. Bu bayram süfrələrimizdə, evlərimizdə hiss olunsun, Novruz bayramı, Yeni il bayramları kimi. Bunun üçün yeni təbliğat forması yazılsın. Həmin ərəfədə səhər sinifə girən uşaqlar bir-birini “Vətən bayramınız kutlu olsun!””, “Vətən gününüz mübarəkdir!” - deyə salamlasınlar.

Hara getdimsə, harada yaşadımsa, harada oldumsa, evimdə o Respublika Günündən – 28 Maydan bizə əmanət qalan üçrəngli, yolunda fəda olduğum bayrağımız oldu. Bu Vətən naminə, o gözəl bayrağımız naminə, Vətən gününü ürəklərinizə köçürün, yaddaşınıza yazın!!! Bəlkə həmin gün halal açılan süfrə başında özünə bir hesabat verən də olacaq: mənım bu müqəddəs bayramda sevinməyə, onu keçirməyə haqqım çatırmı?! O haqqı qazanmaq bu millətə, bu dövlətə faydalı olub, ən balaca uşağından, ən kiçik daşına qədər sevməlisən. Onun daşını, vətəndaşını uzağa daşımamalısan. Yoxsa Vətəndə daş qalmaz ki...

Braziliyada karnaval keçirilməyəcək 23 Yanvar 2021, 17:57 Türkiyənin PUA-ları Qarabağda müharibə metodlarını dəyişdirdi - Ərdoğan 23 Yanvar 2021, 17:50 Kəlbəcərin Qamışlı kəndi - VİDEO 23 Yanvar 2021, 17:44 Polad Bülbüloğlu Şuşada atasının evində - VİDEO 23 Yanvar 2021, 17:37 Azərbaycanda daha 162 nəfər yoluxdu - 8 nəfər öldü 23 Yanvar 2021, 17:30 Rusiyada etirazlar zamanı saxlanılanların sayı 1000-i KEÇDİ 23 Yanvar 2021, 17:24 Kamal Abdullanın romanı Almaniyada çap olundu 23 Yanvar 2021, 17:17 AQTA epizootik vəziyyətlə bağlı vətəndaşları diqqətli olmağa çağırır 23 Yanvar 2021, 17:11 Dünya jurnalistikasının canlı əfsanəsi vəfat etdi 23 Yanvar 2021, 17:04 İlham Əliyev Zelenskiyə başsağlığı verdi 23 Yanvar 2021, 17:00 Məişətdə yanğın baş verməməsi üçün nə edilməlidir? 23 Yanvar 2021, 16:55 İşğaldan azad olunmuş rayonlara qeydiyyat dayandırılıb - Rayon RƏHBƏRLƏRİ 23 Yanvar 2021, 16:49 SOCAR-ın fəaliyyətinin diaqnostikası aparılacaq 23 Yanvar 2021, 16:43 Prezidentdən SOCAR-ın idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı FƏRMAN 23 Yanvar 2021, 16:36 Navalnının tərəfdarları polislə toqquşdu: yaralananlar var 23 Yanvar 2021, 16:30 Navalnının həyat yoldaşı da həbs olundu 23 Yanvar 2021, 16:25 Komissiya müharibədən qayıdan 5 298 müraciətinə baxıb 23 Yanvar 2021, 16:18 Moskvada minlərlə etirazçı Kremlə doğru İRƏLİLƏYİR 23 Yanvar 2021, 16:12 SOCAR-ın Müşahidə Şurasının tərkibi təsdiqləndi - SİYAHI 23 Yanvar 2021, 16:06 Moskva, Peterburq, Novosibirsk, Vladivostok... – Rusiyada kütləvi aksiyalar – FOTOLAR 23 Yanvar 2021, 16:00 Pandemiya tələblərini pozan 17 obyekt cərimələndi 23 Yanvar 2021, 15:55 Daha 13 müəssisə Rusiyaya pomidor və alma ixrac edəcək 23 Yanvar 2021, 15:50 Azərbaycanda bu məşhur broyler müəssisəsi iflas etdi 23 Yanvar 2021, 15:44 İran XİN başçısı Bayden administrasiyasına çağırış etdi 23 Yanvar 2021, 15:37 Prezident İsmayıl Hacıyevi “Şöhrət” ordeni ilə təltif etdi 23 Yanvar 2021, 15:30 Tərtərdə karantin rejimini pozan çayxana aşkar edildi 23 Yanvar 2021, 15:22 “Təhsil naziri ictimai fikrə böyük önəm verir” - Müşavir 23 Yanvar 2021, 15:15 Azərbaycan torpağı Zəngəzur və ermənilərin iç üzü dünyanın gözü ilə 23 Yanvar 2021, 15:09 Şəhidin üzünü görmədiyi oğlu UĞUR doğuldu - FOTO 23 Yanvar 2021, 15:02 Deputatlar sabah Strasburqa gedirlər 23 Yanvar 2021, 14:55 Şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin olundu 23 Yanvar 2021, 14:48 Azərbaycanda yeni qanun layihəsi hazırlanır 23 Yanvar 2021, 14:42 İstanbuldan Bakıya qızıl sikkələr gətirən şəxs tutuldu - VİDEO 23 Yanvar 2021, 14:34 "Kommersant"ın müxbiri də həbs olundu 23 Yanvar 2021, 14:28 Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu 23 Yanvar 2021, 14:21