Modern.az

Türkiyənin Azərbaycandakı səfirliyi narahatdır

Türkiyənin Azərbaycandakı səfirliyi narahatdır

12 Oktyabr 2009, 18:25

Türkiyənin Azərbaycandakı səfirliyi Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına dair iki ölkə arasında məlum protokolların imzalanmasından sonra Azerbaycan mətbuatında Türkiyə-Ermənistan sərhədlərinin açılacağı barədə yazılan xəbərlərin yanlış olduğunu bəyan edib. Bunula bağlı səfirliyin mətbuat xidməti məlumat yayıb.

Səfirlik məqamları Azərbaycan cəmiyyətinin diqqətinə çatdırmağı özünə borc bilib.

“Dünya ictimaiyyətinin yaxından bildiyi kimi, Türkiyə Ermənistanla sərhəddini Azərbaycan torpaqlarının işğalı üzündən bağlamışdı.

Cənab Baş nazirimizin daha öncə çeşidli vəsilələrlə dediyi bir çox açıqlamada dəfələrlə bildirildiyi kimi, Azərbaycanın işğal altındakə torpaqları boşaldılmadan Türkiyə-Ermənistan sərhəddinin açılması sözkonusu deyil”.

Səfirlik xarici işlər naziru Əhməd Davudoğlunin söylədiyi “sərhəddin açılması işinin Yuxarı Qarabağ sorununa ve işğal edilmiş Azərbaycan torpaqlarıyla ilgili paralel getməsi gərəkir”  sözləri də xatırladıb. 

Açıqlamada bildirilib ki, Türkiyə, Güney Qafqazdakı münaqişələrin həlli, bölgədə barış və işbirliyi münasibətlərinin yaradılması üçün qapalı olan bütün sərhədlərin açılması yolunda inad göstərməkdədir. "

Qardaş Azərbaycan xalqının Türkiyəyə güvənməsini, yanlış xəbərlər etibar etməməsini gözləyirik”-deyə, Türkiyənin Azərbaycandakı səfirliyi bəyan edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir