Modern.az

Hər 10 şagirddən 9-u dərslərində süni intellektdən istifadə edir

Hər 10 şagirddən 9-u dərslərində süni intellektdən istifadə edir

Təhsil

Bu gün, 12:54

Azərbaycanda 15 yaşlı şagirdlərin yalnız 8 faizi məktəb tapşırıqları üçün süni intellekt çatbotlarından heç vaxt və ya demək olar ki, heç vaxt istifadə etmir.

Modern.az xəbər verir ki, bu barədə OECD-nin PISA 2025 tədqiqatının Azərbaycan üzrə nəticələrində bildirilib.

Bu isə şagirdlərin 92 faizinin müxtəlif sıxlıqla süni intellekt çatbotlarına müraciət etdiyini göstərir. OECD ölkələrində süni intellektdən istifadə etməyənlərin orta payı 14 faizdir.

Azərbaycanda şagirdlərin 48 faizi öyrənmək məqsədilə süni intellekt çatbotlarından həftədə ən azı bir dəfə istifadə edir. OECD üzrə müvafiq göstərici 46 faizdir.

Şagirdlərin 38 faizi yeni mövzu ilə bağlı ilkin araşdırma aparmaq, 32 faizi oxuduğu mətni xülasələşdirmək, 35 faizi isə yazı tapşırıqlarını hazırlamaq üçün süni intellektdən yararlanır.

OECD ölkələrində bu göstəricilər müvafiq olaraq 31, 30 və 29 faiz təşkil edir. Beləliklə, azərbaycanlı şagirdlərin süni intellektdən məktəb tapşırıqları üçün istifadə səviyyəsi hər üç istiqamətdə OECD ortalamasından yüksəkdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI