Modern.az

Azərbaycanda şagirdlərin 48 faizi minimum riyazi biliklərə malikdir

Azərbaycanda şagirdlərin 48 faizi minimum riyazi biliklərə malikdir

Təhsil

Bu gün, 12:20

Azərbaycanda 15 yaşlı şagirdlərin yarıdan çoxu riyaziyyat üzrə minimum bilik səviyyəsinə çata bilməyib.

Modern.az xəbər verir ki, OECD-nin PISA 2025 tədqiqatına əsasən, Azərbaycan şagirdlərinin 48 faizi riyaziyyat üzrə ikinci və ya daha yüksək nəticə göstərib.

OECD ölkələrində isə bu göstərici orta hesabla 65 faiz təşkil edib.

İkinci səviyyəyə çatan şagirdlər sadə vəziyyətlərin riyazi şəkildə necə ifadə oluna biləcəyini göstəriş olmadan müəyyənləşdirə bilirlər. Buraya alternativ marşrutların məsafəsinin müqayisəsi və qiymətlərin başqa valyutaya çevrilməsi kimi tapşırıqlar daxildir.

Azərbaycanda şagirdlərin 5 faizi riyaziyyat üzrə ən yüksək nəticə hesab edilən beşinci və ya altıncı səviyyəyə çatıb. OECD ölkələrində orta göstərici 8 faizdir.

Yüksək səviyyəyə çatan şagirdlərin payı Çinin Pekin, Şanxay, Jiangsu və Zhejiang bölgələrində 54, Sinqapurda 37, Çin Taypeyində 32, Makaoda 29, Cənubi Koreyada 23, Yaponiyada 22, Honkonqda isə 21 faiz təşkil edib.

PISA 2025-də iştirak edən 13 ölkə və iqtisadiyyatda şagirdlərin 10 faizdən çoxu riyaziyyat üzrə beşinci və ya altıncı səviyyəyə yüksəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI