9 Noyabr 2020, 08:47 | Ana Səhifə - Yazılar - Zəfərin 11 şərti
Zəfərin 11 şərti

Qəzənfər Həmidoğlu

28 ildən sonra Şuşaya qayıtdıq. Gecmi qayıtdıq? 28 il bir igidin ömrüdür, amma 44 gün əvvəl kim deyə bilərdi ki, 43 gün sonra Şuşada olacağıq?!.


Böyük əks-hücum üçün zəmin və şərtlər məhz 2020-ci payızında yetişdi. Bir il əvvəl tez, bir il sonra bəlkə də gec olardı.

İrili-xırdalı, subyektiv və obyektiv bu şərtləri bir yerə yıgıb nəzərdən keçirək:

1. Azərbaycan Ordusunun əzmi. Silahlı Qüvvələrimiz (SQ) artıq ərazi bütövlüyümüzü bərpa etmək və tarixi missiyasını icra etmək üçün yetişmişdi. Son illərdə ordumuzun silah-sursat, texnika və yeni hərbi texnologiyalarla təchizatı yüksələn templə artmış, bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənmişdi. Türkiyə ilə keçirilən intensiv birgə təlimlərlə SQ-nin döyüş hazırlığı yüksək səviyyəyə catmışdı.

2. Hərbi-siyasi rəhbərliyin qətiyyəti. 2016-cı ilin aprel döyüşləri göstərdi ki, Azərbaycanın hərbi-siyasi rəhbərliyi hər an savaş qərarı verməyə hazırdır. 4 il əvvəlki döyüşlər siyasi məqsədli idisə, bu təcrübədən sonra rəhbərlik hərbi hədəfə kilidləndi. 

3. Cəmiyyətin hazırlığı. Bu ilin iyulunda Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı Bakıda keçirilən Qarabağa və Orduya dəstək aksiyası vətəndaşarımızın savaşa hazır olduğunu nümayiş etdirdi.

4. Türkiyənin siyasi-mənəvi dəstəyi. Son 4-5 ildə qardaş ölkənin ordusu İraq, Suriya və Liviyada, eləcə də Şərqi Aralıq dənizində gücünü ortaya qoydu və supergücləri Türkiyə ilə hesablaşmağa vadar etdi. Ankara bu ilin payızına elə geosiyasi oyunçu statusunda yetişdi ki, Ərdoğan "Azərbaycanın yanındayıq" deyə bəyan etdi. Və sonradan bəlli oldu ki, bu, kənar güclərin münaqişəyə müdaxilə iştahlarını küsdürür.

5. Dron müharibəsi. Türkiyə öz PUA və SPUA-ları (Pilotsuz Uçan Aparatlar və Silahlı Pilotsuz Uçan Aparatlar) ilə hələ Suriyanın İdlib bölgəsində və Liviyada füror yaratmışdı və "Bayraktar TV2"lər Rusiyanın HHM sistemlərinin bəlasına çevrilmələri ilə dünyanın diqqətini özünə cəlb etmişdi. Dron müharibəsi zamanı isə bu ilin payızı üçün yetişdi. Azərbaycan müzəffər ordusu, Türkiyə və İsrail istehsallı dronları ilə tank-top müharibəsini atxivə atdı, dünyaya XXI əsrin savaşını nümayiş etdirdi.

6. 1992-ci ilin yazında yaradılan ATƏT-in Minsk qrupu 2020-ci ilin payızına doğru de-fakto canını tapşırdı, həmsədrlər institutu isə qeyri-effektiv və tərəfkeş qurum olduğunu nümayiş etdirdi. Münaqişənin dinc yolla həllinə inamın ölməsi Azərbaycanı hərbi-siyasi həllə vadar edirdi.

7. Paşinyan faktoru. 2018-ci ildə "Qarabağ klanı" nı devirərək küçədən hakimiyyətə gələn Paşinyan çoxvektorlu siyasətə başladı. Az sonra bəlli oldu ki, İrəvan Rusiya ilə Qərb arasında balanslı siyasəti arxası Moskvaya, üzü Avropaya oturmaqla yürüdür. Bu, Paşinyandan gözü su içməyən Putinə xoş getmədi. Digər yandan, Qarabağ danışıqlarında etibarsız tərəf olması, Şuşada qalmaqallı peyda olmaları və qıcıqlandırıcı açıqlamaları ilə Paşinyan Bakının səbrini daşdırırdı. 

8. Putinin Ukrayna və Gürcüstan təcrübələri. Rəngli inqilabları sevməyən Rusiya liderinin ermənilərin baş nazirini cəzalandıracağı şübhə doğurmurdu. Bundan başqa, Rusiyada və ətrafındakı gərginliklər də Kreml sahibini məşğul edirdi. Həmçinin Putinlə Ərdoğan arasındakı anlaşmalar regionda yeni situasiya yaradırdı.


9. ABŞ-ın başının prezident seçkisinə qarışması. 

10. Brexit-dən - Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından sonra AB-nin qlobal geosiyasi oyunçu kimi rolunun zəifləməsi, regiona təsir rıçaqlarının minimuma enməsi.

11.Koronovirus pandemiyasının dünyanı məşğul etməsi. 
Bu tarixi şərait və şərtlər zəminində Ali Baş Komandan sentyabrın 27-də düşmənin qəfil hücumu qarşısında öz Ordusuna Vətən və millətin taleyində tarixi dönüş yaradacaq əks-hücum əmri verdi.

MÜƏLLİFİN DİGƏR YAZILARI
Çempionlar liqası: "Araz Naxçıvan"ın oyunlarının vaxtı açıqlandı 19 Sentyabr 2021, 17:48 Türkiyə millisinin baş məşqçisi müəyyənləşdi 19 Sentyabr 2021, 17:46 Məşhur futbolçu öldü 19 Sentyabr 2021, 17:39 Lənkəranda piyadalara yol verməyən sürücülər cərimələndi 19 Sentyabr 2021, 17:24 Yaponiya silkələndi 19 Sentyabr 2021, 17:02 Ötən gün peyvənd olunanların sayı - STATİSTİKA 19 Sentyabr 2021, 16:50 Azərbaycanda yoluxanların sayı açıqlandı 19 Sentyabr 2021, 16:38 Somalidə hava limanı partladıldı 19 Sentyabr 2021, 16:25 Şəhid övladı Şuşada ad gününü qeyd etdi 19 Sentyabr 2021, 16:11 ABŞ-da qızılın qiyməti rekord vurdu 19 Sentyabr 2021, 16:01 İrandan Zəngəzurda həbs olunan sürücülərlə bağlı AÇIQLAMA 19 Sentyabr 2021, 15:49 Türk ordusu daha 10 terrorçunu məhv etdi 19 Sentyabr 2021, 15:39 Baydendən Makrona söhbət təklifi 19 Sentyabr 2021, 15:26 Rusiyada parlament seçkilərinin seçici statistikası 19 Sentyabr 2021, 15:15 Dövlət qulluğuna qəbul üçün test imtahanı başa çatdı 19 Sentyabr 2021, 15:07 Tennisçimiz beynəlxalq turnirin qalibi oldu 19 Sentyabr 2021, 14:51 Ərdoğan Zəngəzur dəhlizindən danışdı: "...Çətinlik aradan qalxacaq" 19 Sentyabr 2021, 14:38 Ərdoğan Paşinyanın görüş istəyinə belə CAVAB VERDİ 19 Sentyabr 2021, 14:24 Misirdə fironlara aid ayin alətləri tapıldı 19 Sentyabr 2021, 14:21 Deputatdan işğaldan azad olunmuş ərazilərdə abidə TƏKLİFİ 19 Sentyabr 2021, 13:59 Çempionlar Liqasında yer almayan ən bahalı futbolçular - SİYAHI 19 Sentyabr 2021, 13:45 ABŞ-ın baş infeksionisti pandemiyanın bitəcəyi tarixdən danışdı 19 Sentyabr 2021, 13:34 Berlində Almaniya azərbaycanlıları ilə görüş olub 19 Sentyabr 2021, 13:25 Qanunsuz sərnişin daşıyanlar cərimələndi - FOTOLAR 19 Sentyabr 2021, 13:25 Samux sakini yıxılaraq öldü 19 Sentyabr 2021, 13:15 Gorus-Qafan yolunda iki erməni İTİB 19 Sentyabr 2021, 13:12 Deputat şəhid ailələrini ziyarət etdi - FOTOLAR 19 Sentyabr 2021, 13:05 “Mossad” iranlı nüvə alimini robot-pulemyotla güllələyib 19 Sentyabr 2021, 12:59 Koronavirusa yoluxan cərrah reanimasiyaya yerləşdirildi 19 Sentyabr 2021, 12:51 Hindistanda koronavirusdan ölüm sayı yarım milyona çatdı 19 Sentyabr 2021, 12:49 Qaradağda gənc oğlan bıçaqlandı 19 Sentyabr 2021, 12:37 Paşinyanı ələ saldılar: “Ermənistanın selfi çempionu”... 19 Sentyabr 2021, 12:35 ABŞ dünya ölkələrinə 500 milyon doz "Pfizer" paylayacaq 19 Sentyabr 2021, 12:28 Tehran: "Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən üstündür" 19 Sentyabr 2021, 12:20 Sabahın havası: bir külək əsəcək ki... 19 Sentyabr 2021, 12:12
SORĞU Hansı vaksinə etibar edirsiniz?