10 Dekabr 2020, 09:22 | Ana Səhifə - Yazılar - Əsrin paradı
Əsrin paradı

Qəzənfər Həmidoğlu

 

8 Noyabr Zəfər Gününün təntənəsi - dekabrın 10-da Bakıda keçiriləcək Zəfər paradı böyük tarixi hadisədir.

Bu hərbi nümayiş Azərbaycan xalqının uzun illər həsrətində olduğu və 44 günə düşmənini əzərək qazandığı Zəfərin bayramıdır.

Möhtəşəm, unudulmaz parad olacaq, çünki hərbi, siyasi və rəmzi anlamları misilsizdir. 2020-ci ilin payızı boyu Qarabağa dikilən gözlər bu dəfə Bakıya, Azadlıq meydanına yönələcək. Çünki Zəfər paradı ilə Azərbaycanın, can qardaşımız Türkiyənin dünyaya, dostlara və düşmənlərə güclü mesajları olacaq.

Zəfər paradı həm Vətən Müharibəsindən qalib çıxmış Vətənin, Millətin və onun bağrından qopan Müzəffər Ordunun qüdrət və əzminin fiziki nümayişi, həm də Qalib xalqın qürurunun, ruhunun mənəvi təntənəsidir.

Bu paradda 2783 şəhidimizin ruhu bizimlə olacaq. Canlarını Vətən naminə fəda edən qəhrəmanlarımızın ruhları şad olsun!

Bu, əsrin hərbi paradıdır. Çünki son illərdə bütün dünyada keçirilən paradlar ötən əsrin tarixi hadisələri ilə bağlı ənənəvi hərbi nümayişlərdir. Nə qədər yeni mesajlar versələr də, onlar keçmişin əks-sədasıdır.

Azərbaycanın torpaqlarını hərb yolu ilə işğaldan qurtarmaq nümunəsi dünyada son 30 ilin presedentidir.

Bütünlükdə, Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, Ali Baş Komandanın 44 günlük savaşda

- strateji hədəfi, tarixi şəraiti və hərbi-siyasi fürsəti dəqiq müəyyənləşdirməsi;

- supergüclərlə oyun düsturu;

- etibarlı strateji müttəfiqlə birgə hərbi-siyasi manevri;

-ordunu həlledici hərbə yüksək döyüş hazırlığı ilə yetişdirməsi;

- savaş meydanında hərbi-taktiki gedişləri

və cəmiyyətdə ruh yüksəkliyi, siyasi birlik və həmrəyliyə nail olunması ərazi bütövlüyü pozulmuş ölkələrin işğaldan qurtulması üçün öyrəniləsi örnəkdir.

Dünyaya yeni ərsrin hərbini nümayiş etdirən savaşdakı möhtəşəm Zəfərdən sonra keçirilən paradımız fərqli parametrləri ilə də XXI əsrin paradıdır.

Azərbaycan və bizə mənəvi-siyasi dəstəyini, hər cür qardaş yardımını əsirgəməyən Türkiyə tarix yazaraq dünyaya fərqli geosiyasi paradiqma nümayiş etdirdi. Bu gün iki dost və qardaş Ali Baş Komandanın Azadllq meydanındakı qalib duruşları və verəcəkləri mesajlar, qəhrəman əsgərimizlə, qazilərimizlə şanlı mehmetciyin təntənəli keçidi, ərşə yüksələcək və düşmən qulağı dələcək "Qarabağ Azərbaycandır!", "Şəhidlər ölməz, Vətən bölünməz" şüarları bizi bir daha qürurlandıracaq, fəxarət hissləri yaşadacaq və sevincimiz köksümüzə sığmayacaq.Düşmənə gözdağı olacaq, zillətini artıracaq.

Biz Zəfəri dırnaqlarımızla söküb, canımızla-qanımızla qoparıb aldıq. Biz bu paradı haqq etdik!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Qasparyan Koçaryanın tərəfinə keçdi 18 May 2021, 11:35 Kişinyovda Heydər Əliyevə həsr edilmiş tədbir keçirilib 18 May 2021, 11:29 Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi… 18 May 2021, 11:25 “Sputnik” agentliyi Azərbaycanla bağlı növbəti YALAN YAYDI - FOTOFAKT 18 May 2021, 11:24 İtkin düşən tələbə TAPILDI 18 May 2021, 11:18 Azərbaycanda 5 ulduzlu otellərə tələbat daha çoxdur 18 May 2021, 11:13 Azərbaycanlı jurnalist Ərəb mediasında ermənilərin məscidlərimizi təhqir etməsindən YAZDI 18 May 2021, 11:10 Belarusun müdafiə naziri Bakıya gəldi 18 May 2021, 11:06 Bakı-Qəbələ qatarı sənişinlərin istifadəsinə verilməyəcək 18 May 2021, 11:00 İşğaldan azad olunan ərazilərdə turizm marşrutları hazırlanır 18 May 2021, 10:54 Sonuncu buraxılış imtahanlarının nəticələri bu tarixdə AÇIQLANACAQ 18 May 2021, 10:48 Xırdalanda vaqon yanır 18 May 2021, 10:43 Azərbaycan ordusu bölgədə sülhün və təhlükəsizliyin qarantıdır 18 May 2021, 10:40 Stress pozuntularının aradan qaldırılması xaricdəki azərbaycanlı mütəxəssislərlə müzakirə edilib 18 May 2021, 10:35 “Mətbuat Dmanisidəki insidentlə bağlı informasiyalara diqqət etməlidir” - "Lider Media”nın rəhbəri 18 May 2021, 10:30 Bakıdan Qəbələyə ilk qatar yola düşdü 18 May 2021, 10:24 Qırğızıstan lideri Putinlə görüş üçün izolyasiya olundu 18 May 2021, 10:18 Bu gün “Avroviziya -2021”də Azərbaycan ifaçısı da ÇIXIŞ EDƏCƏK  18 May 2021, 10:12 Daha Laçının işğal gününü QEYD ETMİRİK - 28 illik həsrətə SON! 18 May 2021, 10:06 PUA-lar kəşfiyyat əməliyyatlarına cəlb olundu - VİDEO 18 May 2021, 10:00 Heydər Əliyev Fondu Goranboyda məktəb tikdirir 18 May 2021, 09:57 İlham Əliyev Co Baydenin müşaviri ilə sərhəd mübahisəsindən danışdı - Rəsmi MƏLUMAT 18 May 2021, 09:53 Saatlı sakini tüfəngini polisə təhvil verdi 18 May 2021, 09:48 Bakıda dizayneri tok vurub öldürdü 18 May 2021, 09:42 Səxavət Məmmədovun qardaşı vəfat etdi 18 May 2021, 09:36 Neft yenidən bahalaşdı 18 May 2021, 09:30 Manatın xarici valyutalara qarşı MƏZƏNNƏSİ 18 May 2021, 09:24 Bakıda və Xaçmazda mağaza YANDI 18 May 2021, 09:18 Türkiyədə terrorçular məhv EDİLDİ 18 May 2021, 09:12 “Eurovision-2021”Azərbaycanın səsverməsini onlar elan edəcək 18 May 2021, 09:06 Ərdoğandan Baydenə sərt mesaj - "Ermənilərin tərəfində oldunuz, indi də qanlı əllərinizlə tarix yazırsınız!" 18 May 2021, 09:00 ABŞ-ın milli təhlükəsizlik müşaviri Əliyevlə Paşinyana zəng etdi - Ağ Ev sərhəd mübahisəsindən narahatdır 18 May 2021, 08:55 Qadağalarla bağlı bir sıra məhdudiyyətlər götürüləcək - Deputat açıqladı 18 May 2021, 08:44 Hacıqabulda ağır qəza - 1 ölü, 3 yaralı 18 May 2021, 08:35 Hikmət Hacıyev Brüsseldə Avropa İttifaqı komissarı ilə görüşüb 18 May 2021, 08:26