26 Avqust 2016, 15:00 | Ana Səhifə - Yazılar - Özününkünü və özgəsini söyənlər...
Özününkünü və özgəsini söyənlər...

Əmrah Fəqanoğlu

 

Yayın nəfəskəsən istiləri hələki davam edir. Son illər avqustun axırlarında yay öz yağış-küləyi ilə payızı xatırlatsa da, builki qırmızı Meymun ilində deyəsən əsl “yaylığını” sübut etmək üçün dəridən-qabıqdan çıxır. “Qayınana” filmindəki “Əlibala, ver gəlsin!” komandasına uyğun olaraq günəşdən istinin nəyi var yollamasını tələb edir. Yayın ilk günlərində havaların sərin keçməsindən şikayətlənənlər indi istinin əlində əsir-yesir qalıblar. Kimi dindirirsən ilk kəlməsi havadandı: “yaman isti var ha, lap bezdirdi bizi...”

 

Yayda isti olması adi, normal haldı, şikayət edib-etməməyimizdən asılı olmayaraq. Amma istinin başımıza vurub bizdə bir-birimizə qarşı aqressivlik yaratması həddindən artıq anormallıqdı və bir ucu da cinayətə aparan haldı. Keçən həftə səhər işə gələndə də yaman isti vardı.  Baxıram ki, piyada keçidinin bir addımlığında iki kişi əlbəyaxa olub, bir xanım da onları ayırmağa çalışır. Sonda da biri o birisinə güclü yumruq ilişdirdi, zərərçəkənin ağzından qan açıldı. Yaxşı ki, hərbi formada olan üçüncü kişi haraya yetişib onları güc-bəla ilə ayırdı. Ağzı qanayanın onu vuranın ünvanına ağır söyüş söyəndən sonra  öz avtomobilinin sükanı arxasında oturub uzaqlaşmasından anladım ki, dava piyada keçidi ilə bağlı olub. Ana ilə oğul zolaqlı, amma svetaforla nizamlanmayan piyada keçidindən adlayarkən sürücü maşınla az qala onları vuracaqmış. Amma üzrxahlıq etmək əvəzinə, hər ikisini söyüşə qonaq edib, adekvat cavab “atəşi” ilə qarşılaşanda isə maşından düşüb və ona cavab qaytarana əməllicə dərs vermək qərarına gəlib. Amma iş elə gətirib ki, sonda onun özünə bəlkə də həyatı boyu unutmayacağı bir dərs verilib.  

 

İsti adamın başına nə qədər vursa da, gərək çalışıb aqressivləşməsin, onun-bunun ünvanına xoşagəlməz ifadələr işlətməsin, söyüş söyməsin. Bu səhər də işə gələndə qarşılaşdığım hadisə qanımı qaraltdı. Nobel prospektində- AFFA-nın inzibati binasının ətrafında yolu keçmək istəyən gənc xanımdan xeyli aralıda olmasına baxmayaraq, avtomobilinin sürətini azaltmaq əvəzinə daha da artırıb düz onun üzərinə sürən cavan oğlan əlini siqnaldan çəkmədən başını pəncərədən çıxarıb “ay qancıq, hara keçirsən, bir yola bax də...” - deyə bağırdı. Xanım isə donub qalmışdı və tərbiyəsiz sürücüyə heç nə demədi. Düşünürəm ki, həmin anda o xanımın yaxınlarından biri orda olsaydı, sürücünü təqib edib saxladar və ömür boyu unutmayacağı bir dərs verərdi... Dayanacaqda avtobus gözləyən orta yaşlı xanımsa pərt olan gənc qıza təskinlik verdi: “fikir vermə bala, yəqin o öz arvadına, qızına, bacısına da sənə bağırdığı sözü deyir, tərbiyəsi budur...”

 

Ümumiyyətlə, insanların tanyıb-tanımadıqları insanlara qarşı təhqiramiz ifadələr işlətməsi sonda cinayətə aparıb çıxarır. Dostlardan biri danışır ki, bir dəfə bir taksi sürücüsü son model avtomobil sürən bir xanımı yanındakılara göstərərək, nümayişkaranə şəkildə  “bu qız pozğunluq etməsə (təbii ki, mən sivil formada deyirəm), heç vaxt belə maşında gəzə bilməz”-deyə, əl-qolunu ölçürmüş. Bu olay qıza çox pis təsir edib, həmin taksinin nömrəsini götürüb öz qardaşına verib. Qardaşı da müştəri adı ilə taksini Bakının uzaq bir ərazisinə sürdürüb və orada bacısı haqda dediyi əyər-əskik ifadələri ən biabırçı formada qeybətcil sürücüyə yedirib. Bunu lentə alıb, videoyazının bir surətini də ona hədiyyə edib ki, tanıyıb bələd olmadığı insanlar barədə nalayiq sözlər danışanda, qeybət edəndə dilinin bəlasından öz başına gələnləri də yadından çıxarmasın. Deyilənə görə, o sürücü bununla da vərdişini tərgidib. Necə deyərlər, ilan vuran ala çatıdan qorxar...

 

Sözümün canı budur ki, yayın istisi, lap elə qışın soyuğu başımıza vursa da, sevgi göstərməyimiz bir yana qalsın, ətrafımızdakılara qarşı heç zaman aqressiv olmayaq. Ən azından ətrafdakılar da birbaşa və dolayısı yolla bizim özümüzünkülərdir-öz doğmalarımızdır.  Kişiliyindən-qadınlığından asılı olmayaraq, əsl adam nə özgəni, nə də öz doğmasını təhqir edib söyüş söyər. Hər bir insanın leksikonu, danışıq tərzi onun iç dünyasının, mənəviyyatının güzgüsüdür. Bir də unutmayaq ki, hər şey qarşılıqlıdır-sevgi də, hörmət də, aqressiya da... 

MÜƏLLİFİN DİGƏR YAZILARI
Böyük Qayıdış reallaşır: Qarabağda  işsizlik problemləri olmayacaq 24 Oktyabr 2021, 12:38 Şəhidimizin anım günü - Video 24 Oktyabr 2021, 12:35 Xarkovda Axundova heykəl qoyuldu 24 Oktyabr 2021, 12:29 "Keşlə" -"Qəbələ" dueli 24 Oktyabr 2021, 12:19 Sabahın havası: duman olacaq  24 Oktyabr 2021, 12:08 Goranboyda oğrular qandallandı 24 Oktyabr 2021, 11:58 Yeni qeydiyyata alınan partiyanın HƏDƏFLƏRİ 24 Oktyabr 2021, 11:51 Dünyanın koronavirus MƏNZƏRƏSİ 24 Oktyabr 2021, 11:39 Balakəndə reyd  24 Oktyabr 2021, 11:29 Prezident və xanımından sevgi FOTOSU 24 Oktyabr 2021, 11:22 Bakıda fabrik alovlandı 24 Oktyabr 2021, 11:11 Mərmərədə gəmilər TOQQUŞDU 24 Oktyabr 2021, 11:08 Gürcüstanda virusa YOLUXANLAR 24 Oktyabr 2021, 11:00 Tayvan silkələndi 24 Oktyabr 2021, 10:51 Ötən ilin bu həftəsi - Müdafiə Nazirliyindən YENİ VİDEO 24 Oktyabr 2021, 10:48 Bu gün dünyanın gözü "Kamp Nou"da olacaq 24 Oktyabr 2021, 10:44 Bahalaşan neft, yüksələn ərzaq qiymətləri fonunda manatı nə gözləyir: devalvasiya, yoxsa...? 24 Oktyabr 2021, 10:32 Kolumbiyanın ən böyük narkotaciri qandallandı 24 Oktyabr 2021, 10:30 24 oktyabr:  Ümumdünya Poliomielitlə Mübarizə Günü 24 Oktyabr 2021, 10:26 Mənzildə meyit tapıldı 24 Oktyabr 2021, 10:16 Tovuzda ağır qəza  24 Oktyabr 2021, 10:05 Xəzərdə 5 otaqlı ev yandı 24 Oktyabr 2021, 09:59 SAVAŞ XRONİKASI: 24 oktyabr - düşmənin döyüş təyyarəsi vuruldu 24 Oktyabr 2021, 09:49 Özbəkistan  prezidentini seçir  24 Oktyabr 2021, 09:39 Məhəmməd Salahın mum heykəli London muzeyində 24 Oktyabr 2021, 09:30 Yunanıstan Misirdən işıq alacaq 24 Oktyabr 2021, 09:23 Həmyerlimiz Finlandiya çempionu oldu 24 Oktyabr 2021, 09:14 Rusiya vətəndaşlarına Gürcüstanda əmlak qadağası 24 Oktyabr 2021, 09:05 Tiflisdə zəfərimizin ildönümünə həsr olunan futbol turniri 24 Oktyabr 2021, 08:59 Kennedinin qətli ilə bağlı məxfi sənədlər açıqlanacaq   24 Oktyabr 2021, 00:51 NATO-dan Baltikyanı ölkələrdə növbəti aviabaza 24 Oktyabr 2021, 00:31 Erməni qoşunlarını Qarabağdan çıxaracaq SƏNƏD 24 Oktyabr 2021, 00:02 Vulkan püskürən adada ZƏLZƏLƏ 23 Oktyabr 2021, 23:51 Bakıda 35 yaşlı kişi meyiti tapıldı 23 Oktyabr 2021, 23:20 Saakaşvilinin Batumidəki tərəfdarları AYAĞA QALXDI - FOTOLAR 23 Oktyabr 2021, 22:41