21 Yanvar 2021, 17:37 | Ana Səhifə - Yazılar - Diversantlar və hərbi əsirlər - Erməni iddiaları
Diversantlar və hərbi əsirlər - Erməni iddiaları

Elçin Alıoğlu

Hərbi əməliyyatlardan sonra Ermənistan iddialarını gündəmdə saxlamaq üçün indi də hərbi əsirlər mövzusunu manipulyasiya obyektinə çevirirb. Lakin bu məsələdə də ölkədə ciddi fikir ayrılıqları, fərqli statistika, hətta ölkə rəsmilərinin verdiyi açıqlamalarda da ziddiyyət özünü kəskin göstərir.

Bəzi rəsmilər 62 nəfərdən danışırlar, Serj Sarqsyanın kürəkəni Mikael Minasyan 115, keçmiş təhlükəsizlik naziri David Şahnazaryan 235, sosial şəbəkələr isə 500-dən artıq erməni hərbçinin əsir düşdünüyü iddia edirlər.

Ermənistanda əsirlərlə bağlı bir-birinə zidd rəqəmlərin səslənməsi, onların bu mövzudan manipulyasiya üçün istifadə etdiklərini göstərir.

Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dekabrın 14-də 44 erməni hərbi əsiri “hamını hamıya” prinsipi ilə qarşı tərəfə təhvil verib.

Bu gün ermənilərin azadlıq istədikləri şəxslərin isə hərbi əsirlərlə bağlılığı yoxdur.

Söhbət hərbi əməliyyatların dayandırılması haqda imzalanmış Bəyanatdan sonra Ermənistanın diversiya-terror fəaliyyəti həyata keçirmək məqsədilə bu əraziyə göndərdiyi şəxslərdən gedir.

Beynəlxalq humanitar hüquq normalarına, o cümlədən Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il tarixli Cenevrə konvensiyalarının müddəalarına əsasən, konkret cinayət əməli törətmiş terror təxribat qrupunun üzvləri hərbi əsir hesab edilə bilməzlər.

Prezident İlham Əliyev: “Biz azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanları əsir götürdük. Məhv etmədik. Dedim ki, əsir götürün, daha müharibə başa çatıb, daha qan tökmək lazım deyil. Bu, yenə də bizim humanist mahiyyətimizi göstərir... Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

Zərərsizləşdirilən şəxslərin hərbi əməliyyatlardın dayandırılmasından sonra əraziyə göndərildiyini yalnız Azərbaycan yox, Rusiya rəsmiləri də etiraf edirlər. S.Lavrovun son mətbuat konfransındakı çıxışından:

“...Noyabrın sonunda erməni hərbçilərindən, bildiyimə görə, çağırışçılardan ibarən böyük bir qrup ora göndərilib və onlar, 62 nəfər, dekabrın əvvəlində əsir düşüblər. Azərbaycan tərəfi bildirib ki, bu insanlar əraziyə hərbi əməliyyatların dayandırılmasından sonra göndərildiyindən, onların məsələsinə ayrıca baxılmalıdır, hərbi əsirlər kimi yox”.

Beləliklə, Ermənistanın manipulyasiya etdiyi və geri qaytarılmasını tələb etdiyi şəxslər hərbi əsir sayıla bilməzlər, onlar diversant və terrorçudurlar və Azərbaycan tərəfi onları məhz bu statusda zərərsizləşdirib.

Terrorçu-diversant qrupun üzvləri isə beynəlxalq humanitar hüququn və Azərbaycanın milli qanunvericiliyinin tələblərinə əsasən hərbi əsir statusu daşımır və onlar barəsində Azərbaycanın CM-nə uyğun məsuliyyət tədbirlərinin tətbiq edilməlidir.

Terrorçu və diversantlar hərbi əsir hesab oluna bilməz!

MÜƏLLİFİN DİGƏR YAZILARI
Belarus səfirliyindən başsağlığı 1 Dekabr 2021, 10:26 Səfir mina təmizləyənləri izlədi - FOTO 1 Dekabr 2021, 10:23 Erməni xarici işlər naziri İsveçə getdi 1 Dekabr 2021, 10:20 DYP işçi axtarır - VAKANSİYALAR 1 Dekabr 2021, 10:17 Rusiya səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 10:15 “Turist”in sahibinə cinayət işi açıldı 1 Dekabr 2021, 10:13 ABŞ Azərbaycana başsağlığı verib 1 Dekabr 2021, 10:09 Türkiyəli həkim böyrək xərçənginin müalicə yollarını AÇIQLADI 1 Dekabr 2021, 10:05 Toyda CƏRİMƏLƏNƏNLƏR 1 Dekabr 2021, 10:00 “Pfizer” “Omicron”dan da QORUYUR 1 Dekabr 2021, 09:57 Nefti ucuzlaşmaqda davam edir 1 Dekabr 2021, 09:55 Beyləqanda polis GÜLLƏLƏNDİ 1 Dekabr 2021, 09:53 Bu marşrutların hərəkət sxemi DƏYİŞDİRİLDİ 1 Dekabr 2021, 09:50 Tezliklə laçınlılar öz doğma yurdlarında yeni həyata başlayacaqlar 1 Dekabr 2021, 09:44 Ceyhun Bayramov İsveçə getdi 1 Dekabr 2021, 09:38 İlin ən yaxşı 10 futbolçusu - SİYAHI 1 Dekabr 2021, 09:32 Yevlaxda YANĞIN 1 Dekabr 2021, 09:26 Şamil Ayrımdan azərbaycanlı həmkarlarına başsağlığı 1 Dekabr 2021, 09:20 Xarici valyutaların manata qarşı məzənnələri 1 Dekabr 2021, 09:15 Borca görə 49 nəfər saxlanıldı 1 Dekabr 2021, 09:10 Cəbrayıla gedən yol asfaltlanır - FOTOLAR 1 Dekabr 2021, 09:06 Uğur Şahin “Omicron” ştammı ilə bağlı danışdı 1 Dekabr 2021, 09:00 Laçına su verildi 1 Dekabr 2021, 08:54 Şəhid Daşqının qardaşından ETİRAZ: “Nigar Qədəşova özünü reklam edir” 1 Dekabr 2021, 08:54 Avropa İttifaqının prezidentindən Ermənistanla Azərbaycana TƏKLİF 1 Dekabr 2021, 08:53 COVID-19 xəstələri SAXLANILDI 1 Dekabr 2021, 08:52 XİN-dən Laçının azad olunmasının 1 ili ilə bağlı PAYLAŞIM 1 Dekabr 2021, 08:49 Beyin xərçənginin SİMPTOMLAR 1 Dekabr 2021, 08:44 Aslan İsmayılovun oğlu tanınmış şahmatçı ilə evləndi - FOTO 1 Dekabr 2021, 08:36 “Fizika müəllimi” və cinayətkar dəstəsi ifşa edildi - FOTO 1 Dekabr 2021, 08:25 NASA astronavtlarının kosmosa çıxma tarixi məlum oldu 1 Dekabr 2021, 08:16 Bu insanlar üçün hava əlverişsiz olacaq -Proqnoz 1 Dekabr 2021, 08:10 Helikopterin qəzadan sonrakı vəziyyəti - VİDEO 1 Dekabr 2021, 07:55 Pakistan səfirliyi Azərbaycana başsağlığı verdi 1 Dekabr 2021, 07:49 Robotlar fabrik işçilərinə kömək edəcək 1 Dekabr 2021, 00:58
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?