Modern.az

Bakıda bir müəssisənin süd məhsullarına qadağa qoyuldu

Bakıda bir müəssisənin süd məhsullarına qadağa qoyuldu

15 Oktyabr 2009, 10:59

Bakı şəhəri Binəqədi rayonunda yerləşən süd məhsullarının istehsalı ilə məşğul olan “Ocaq Pro” MMC-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mütəxəssisləri dövlət nəzarəti aparıblar.
Modern.az
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müəssisədən götürülmüş nümunələr Təcrübə-Sınaq Mərkəzində müayinə olunub. Müayinə nəticəsində məlum olub ki, xama və ayran fiziki-kimyəvi göstəricilərinə görə, yağlı qatıq isə mikrobioloji göstəricilərinə görə normativ sənədlərin tələblərinə cavab vermir.
Adıçəkilən məhsulların istehsalı və satışı qadağan edilmişdir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu