19 Fevral 2021, 09:06 | Ana Səhifə - Yazılar - Ermənilər özlərinə inanmır
Ermənilər özlərinə inanmır

Elçin Alıoğlu

Ermənilər "qisas", "revanş" deyirlər, "Qarabağda itirdiyimiz torpaqları geri alacağıq" söyləyirlər, Rusiyaya bel bağlayırlar.

Sosial şəbəkələrdə virtual "qisas savaşı"na başlayıblar öz aləmlərində. Suçlu, günahkar arayırlar. Təbii, ağır durumdan çıxış yolları ilə bağlı "bilgili insan"ların məsləhətlərinin də biri 1 qəpik.

Azərbaycanda isə sosial şəbəkələrdə gərginlikdir. "Qazaxın 7 kəndi nə oldu?", "Xankəndi, Xocalı, Xocavənd, Əsgəran, Ağdərə ermənilərdədirsə, hansı qələbədən danışırıq?" tipli narahatlıqlar, təlaşlar.
Özlərini siyasətçi, partiya sədri və s. kimi təqdim edənlər də kütləyə oynayır, populizmə varır, əksər hallarda aşkar demaqogika ilə məşğul olurlar.

Olsun, cəmiyyətdir, normal durumdur.

Hər kəsin narahat olmağa, Vətəni düşünməyə haqqı və hüququ var.

Kimsə buna bir söz deyə bilməz, deməməlidir də.

Fəqət...

Təqribən 7 əsr əvvələ yollanaq. Bizansa, Konstantinopola. İkinci Roma dağılırdı, parçalanırdı, laxlayırdı. Əsrlər boyu işğalla və riyakarlıqla məşğul olmuş, çoxsifətli, daha doğrusu, simasız siyasəti adi davranış çevirmiş dövlət kiçilmişdi.

Bizanslılar uydurduqları tarixlə sayıqlayırdılar. "Böyük Bizans olub keçmişlərdə, dənizlərdən dənizədək" deyən Bizansdan qalan sadəcə, Konstantinopol, ətrafdakı ərazilər, Aralıq və Qara dəniz sahillərindəki koloniyalar, bir də kiçik adalardı.

Bizansa artıq kimsə kömək edə bilməzdi.

1453-cü il yaxınlaşırdı.

Və oldu.

Səlcuqlar şəhəri üzük qaşı kimi mühasirəyə aldılar.

Bizans isə hələ də Qərbə bel bağlayırdı, Qərbə ümid edirdi, Qərbin ona mütləq arxa duracağına və dəstək olacağına şübhə etmirdi.

Bizans xalqı əmin idi ki, "böyük qardaşı" Vatikan mütləq yardım edəcək.

Venesiya və Genuya, Avropadakı krallar, hersoqlar, qraflar vədlər vermişdilər.

Kimsə Bizansa kömək etmədi.

Bizanslıların özləri də.

Şəhərdəki 300 min bizanslı Konstantinopol uğrunda bir dəstə romeyin vuruşmağına baxır, onlara məsləhətlər verir, "müdrik" müzakirələr aparırdılar.

Konstantinopol fəth olundu, çökdü türk oğlu türklərin qarşısında.

... Ermənistan Bizans deyil və heç Bizansın atılmış dırnağı da deyil. İrəvan o dönəmdəki Konstantinopolun donuzxanalarının olduğu Alleola məhəlləsindən də bərbad məkandır.

Bu viranə ölkənin indiki durumu isə bizanslıların aqibətini xatırladır.

İrəvana da "Allahu Əkbər!" deyənlər daxil olacaq, bayrağımızı sancacaqlar şəhərin ən hündür binasının damına.

O günə çox qalmayıb.

Bilirsiniz niyə?

Ermənilər özləri özlərinə güvənmir, inanmır. Onlardakı natamamlıq kompleksi milli idefiksdir çünki.

Tarixləri kimi, mədəniyyətləri, ruhları, siqlətləri, şüurları saxtadır.

Özləri də bunu bilirlər.

Adi misal: ermənilər Zəngəzura "Sünik" desələr də, o ərazinin "qədim erməni torpağı" olduğunu tutuquşu kimi təkrarlasalar da, Qafandakı yerli telekanalın adı "Zengezur TV"dir.

Psixoloqlar bilir bu sindromun adını: cinayətkar nə illah etsə də, cinayətinin izlərini sonadək
gizlədə bilmir və əsla inanmır ki, cəzasız qalacaq.
 
 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Ukrayna parlamentində dava düşdü 17 İyun 2021, 20:58 Ruslar Suqovuşan-Kəlbəcər yolu ilə ermənilərə yük daşıdı - FOTO 17 İyun 2021, 20:40 İstanbulda gəmi qayıqla toqquşdu 17 İyun 2021, 20:23 Laçında həlak olan hərbçimiz dəfn edildi - FOTO 17 İyun 2021, 20:09 Ukrayna millisi ilk qələbəsini qazandı 17 İyun 2021, 20:00 Ermənistanın mina xəritələrini verməsi üçün beynəlxalq ictimaiyyətə çağırış edilib 17 İyun 2021, 19:54 Prokurorluq Sarkoziyə 6 ay həbs istədi 17 İyun 2021, 19:47 Rəşad Nəbiyev Salim Atayla görüşdü 17 İyun 2021, 19:40 DİN-dən Bakıda kütləvi dava görüntüləri ilə bağlı AÇIQLAMA 17 İyun 2021, 19:34 Deputata Baş Prokurorluqda vəzifə verildi 17 İyun 2021, 19:27 Nabrandakı yanğının söndürülməsinə helikopter cəlb olundu 17 İyun 2021, 19:20 Zakir Həsənov Latviyanın NATO PA-dakı nümayəndə heyətinin üzvü ilə görüşüb 17 İyun 2021, 19:14 Rusiya mina xəritələrinin Azərbaycana verilməsini vacib hesab edir 17 İyun 2021, 19:07 Fikrət Qoca vəzifəsi Çingiz Abdullayevə həvalə olundu 17 İyun 2021, 19:00 “KİV haqqında” qanun ləğv olunur - ÖZƏL 17 İyun 2021, 18:54 Xaricdəki azərbaycanlılar Qarabağa gəlmək istəyir - Deputat Sevil Nuriyevanı DƏSTƏKLƏDİ 17 İyun 2021, 18:50 Qavriil İlizarov doğma vətənində anıldı - FOTOLAR 17 İyun 2021, 18:47 Görkəmli həkimlərimiz… 17 İyun 2021, 18:40 Hərbçilərimiz “Anadolu Qartalı - 2021” təlimində iştirak edəcək 17 İyun 2021, 18:34 “Media haqqında” Qanun layihəsi ekspertizaya verilib 17 İyun 2021, 18:27 Ağdamda minaya düşən şəxsin meyiti ailəsinə təhvil verildi 17 İyun 2021, 18:20 Daha bir hərbçimiz həlak oldu - FOTO 17 İyun 2021, 18:14 Şuşa Bəyannaməsində milli təhlükəsizlik  - Azərbaycan və Türkiyə deputatları DANIŞDI 17 İyun 2021, 18:07 Xocavənddə daha 3 erməni hərbçinin qalıqları tapılıb 17 İyun 2021, 18:00 Şuşadan diaspora MESAJ: “Birliyimiz erməniləri qorxudur”                     17 İyun 2021, 17:54 Ölkəmizin tanıdılması Barselonadakı Ermənistan səfirini qıcıqlandırıb 17 İyun 2021, 17:48 Dolların sabaha olan məzənnəsi açıqlandı 17 İyun 2021, 17:42 Azay Quliyev seçicilərlə görüşdü - FOTOLAR 17 İyun 2021, 17:36 Rəsmi Moskvadan Şuşa Bəyannaməsinə REAKSİYA 17 İyun 2021, 17:30 Azərbaycanda daha 38556 nəfərə vaksin vurulub 17 İyun 2021, 17:24 Diaspor Komitəsi Van Dammın oğlu ilə əlaqə QURDU 17 İyun 2021, 17:18 COVİD-19-a yoluxma artdı - ölən olmayıb 17 İyun 2021, 17:12 Ağacları kəsən şəxs cəzalandırıldı 17 İyun 2021, 17:06 Keçmiş məhkum avtomatla yaxalandı - FOTO 17 İyun 2021, 17:00 Lavrov ATƏT-in Baş katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edəcək 17 İyun 2021, 16:54
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?