19 Aprel 2021, 12:07 | Ana Səhifə - Yazılar - Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I Yazı
Hüsü kişinin gördükləri, eşitdikləri və dedikləri - I Yazı

Akif Təvəkküloğlu,
əməkdar jurnalist


Adı Hüseynqulu idi. Uşaqlıqdan ata-anası onu Hüsü - deyə çağırmışdı. Ona görə də qohum-qonşu da Hüseynquluya Hüsü deyərdi. Əsl adının Hüseynqulu olduğunu heç çoxları  bilmirdi, deyəsən  bunu elə  Hüsü  dayı özü də unutmuşdu...

 

Hüsü kişi dünya görmüş, ağıllı, təmkinli, dünyanın gərdişinə özünəməxsus məntiqlə yanaşan bir insan idi. Çox məzəli söhbətləri var idi. Öyüd-nəsihət verməyi xoşlayırdı. İnsanların yaxşı işinə öz işi qədər sevinər, kədərini özününkü bilib şərik olmağa çalışardı. Məsləhətlərini söhbət əsasında elə ustalıqla deyərdi ki, heç kəsin ruhu da inciməzdi, eşidən, dinləyən ondan ancaq dərs götürərdi. Dünyanın çox aşırımlarını aşmışdı. Yaşadığı illərdə rast gəldiyi, şahidi olduğu hadisələri danışmağı çox sevirdi. Danışdıqları, söylədikləri başdan ayağa həyat məktəbi idi. Onun “iştahla” danışdıqlarına biz də eyni “iştahla” qulaq asardıq, maqnitafon lenti kimi yaddaşımıza köçürürdük. 

 

Hüsü dayı böyük-kiçik məsələlərinə çox həssaslıqla yanaşardı. Həmişə ilk sözü bu olardı ki, ağsaqqal-ağbirçək sözünə mütləq qulaq asmaq lazımdır,  Hətta onlar müasir dövrün ab-havası ilə ayaqlaşa bilməsələr belə. Çünki onlar böyük həyat məktəbi keçiblər. Bildiyi, eşitdiyi, gördüyü hadisə və  əhvalatları yeniyetmələrə, gənclərə danışarkən mütləq şəxsi qənaətindən yaranan fikirləri, öyüd-nəsihəti də sonuna “bərkidərdi”. 

 

Deyir - günlərin birində gənc bir oğlan Hüsü  dayıya yaxınlaşır. Üzləşdiyi ailə problemini ona söyləyir və çıxış yolu göstərməsini istəyir. Hörmət sahibi olan ağsaqqal  oğlana məsləhətlərini verir, yol göstərir. “Dediklərimi qulaqlarında sırğa elə və mütləq yerinə yetir” - deyib gəncə uğurlar arzulayir. Oğlan məmnun halda qocadan ayrılır... Bir neçə gündən sonra cavan yenidən bu müdrik ağsaqqalın yanına gəlir. Hüsü dayı onun üzündəki pərişanlıq ifadəsinin səbəbini soruşanda oğlan qocanın dediklərini yerinə yetirmədiyini söyləyib, vəziyyətin daha da gərginləşdiyini bildirir. Ağsaqqal yorulmadan, usanmadan yenidən oğlana “həyat dərsi” keçir. Xoşbəxt olmaq və yaxşı yaşamağın yollarını bir daha ona başa salır. Cavan söz verir ki, bu dəfə mütləq verilən məsləhətlərə əməl edəcək. Amma iradəsizlik yenə gəncə qalib gəlir, öz bildiyi kimi həyatına davam  edir. Hadisə bu minvalla bu bir neçə dəfə təkrar olunur. Nəhayət oğlan öz əli ilə həyatını puç edir. Ailə dağılır. O, ağsaqqalın yanına gələrək tutduğu yolun yalnış olduğunu bilə-bilə müdrik qocanın məsləhətlərinə qulaq asmadığını və bunun “cəzasını” çəkdiyini söyləyir...

 

Hüsü kişi söhbətini bitirən kimi üzünü bizə - yeniyetmə və gənclərə tutub sual edirdi: “Siz bilirsinizmi, belə yerdə atalarımız  nə deyib? Hamı mattım-mattım Hüsü kişinin üzünə baxdı... “Bax uşaqlar  belə yerdə atalarımız deyir ki, böyüyün sözünə baxmayan böyürə-böyürə qalar. Sonrakı peşmançılıq fayda verməz”... Mən də sizə tövsiyə edirəm, biz qocaları nə qədər zəmanədən geri qalmış hesab etsəniz də məsləhətlərimiz ancaq fayda verə bilər. Bu, sizin gələcəyiniz üçün lazımdır...

 

P.S. Hüsü  kişinin  eşitdikləri, gördükləri və bildikləri ilə yolumuza  davam edəcəyik. Nağıllarda  deyilmişkən ardı  var...

Pakistandan yeni PUA təqdimatı   3 Dekabr 2021, 23:36 ABŞ-da abort qadağan edilə bilər 3 Dekabr 2021, 23:14 Daha bir ölkədə "Omicron" aşkarlandı 3 Dekabr 2021, 22:56 İki begemot koronavirusa yoluxdu 3 Dekabr 2021, 22:37 Aİ-dən Ukraynaya daha 1,4 milyon avro yardım 3 Dekabr 2021, 22:14 İraqdan “Bayraktar TB2” üçün 100 milyon dollar 3 Dekabr 2021, 22:01 Gürcüstanda azərbaycanlıların kəndində silahlı insident 3 Dekabr 2021, 21:51 BƏƏ Fransadan qırıcı və helikopter alır 3 Dekabr 2021, 21:28 “Qaraheybət” şəhidlərinin ailələrinə bu ödənişlər veriləcək 3 Dekabr 2021, 21:16 Yasamalda binada yanğın - Ölən var 3 Dekabr 2021, 20:52 Azərbaycanda vaksinə xərclənən vəsait 500 MİLYONA ÇATIR 3 Dekabr 2021, 20:37 Heydər Əliyev Fondu ilə UNICEF arasında  memorandum 3 Dekabr 2021, 20:32 Ərdoğan və Putin Soçi görüşünü müzakirə etdi - YENİLƏNİB 3 Dekabr 2021, 20:21 Göyçayın baş həkimi işdən ÇIXARILDI 3 Dekabr 2021, 20:09 Nazirliyin təklifilə bağlı qərar 3 Dekabr 2021, 19:59 Türkiyə ordusu şəhid VERDİ 3 Dekabr 2021, 19:31 Merkel bu tarixdə siyasətdən GEDİR 3 Dekabr 2021, 19:17 "Omicron" aşkarlanan ölkələrin SAYI 3 Dekabr 2021, 19:09 Bakıda 18 yaşlı qızı intihara məcbur edən şəxs HƏBS EDİLDİ 3 Dekabr 2021, 19:00 Türkiyə və Azərbaycan pilotları təlimdə - VİDEO 3 Dekabr 2021, 18:52 Son sutkanın vaksin STATİSTİKASI   3 Dekabr 2021, 18:45 Yoluxma sayı açıqlandı: 24 ölüm baş verdi 3 Dekabr 2021, 18:38 Vilayət Eyvazov əməkdaşlarına TƏLƏB QOYDU 3 Dekabr 2021, 18:30 Xəzərdə cəsəd qalıqları tapıldı 3 Dekabr 2021, 18:22 125 yaşlı Sona nənə dünyasını DƏYİŞDİ 3 Dekabr 2021, 18:15 Məşhur Xalq artisti vəfat etdi 3 Dekabr 2021, 18:08 BMU-dan əlil sahibkarlara dəstək 3 Dekabr 2021, 18:00 Oxçuçayla bağlı tədqiqat qrupu yaradılır 3 Dekabr 2021, 17:55 "Omicron" Braziliyada da AŞKARLANDI 3 Dekabr 2021, 17:50 Qazaxıstan Atom Elektrik Stansiyası tikəcək - Nazarbayev 3 Dekabr 2021, 17:45 Azərbaycanlı şərqşünasın Mehriban Əliyeva haqqında məqaləsi ərəb KİV-lərində gündəm olub 3 Dekabr 2021, 17:40 Nazir ATƏT-in baş katibi ilə üçtərəfli bəyanatları müzakirə etdi 3 Dekabr 2021, 17:34 Jurnalistlər “Azəriqaz”da - FOTO 3 Dekabr 2021, 17:30 Dollar yeni həftəyə belə başlayacaq 3 Dekabr 2021, 17:25 Marallarda koronavirus aşkarlandı 3 Dekabr 2021, 17:20
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?